Tarix: 10-05-2016 14:41 | Bölmə: Şou-biznes / Xəbərlər

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində "Eurovision-2016" mahnı müsabiqəsinin ilk yarımfinalı olacaq.
İlk yarımfinalda həm də Azərbaycan təmsilçisi Səmra Rəhimli çıxış edəcək. "Miracle" (Möcüzə) mahnısını ifa edəcək müğənni səhnəyə 14-cü çıxacaq. O, yarımfinalda səhnəyə qızılı paltarda çıxacaq.
Səhnədə S.Rəhimli ilə bərabər, 4 rəqqas və bir bek-vokalçı olacaq. Azərbaycanlı müsabiqə iştirakçısının çıxışı möhtəşəm pirotexniki effektlə müşayiət olunacaq.
İlk yarımfinalda S.Rəhimlidən başqa, həmçinin Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Çernoqoriya, İslandiya, Bosniya və Herseqovina və Malta iştirakçıları çıxış edəcəklər.
Qeyd edək ki, müsabiqə ilə bağlı bir maraqlı detalın da üstü açılıb. Belə ki, dünya şöhrətli amerikalı müğənni Castin Timberleykin də "Eurovision" səhnəsində çıxış edəcəyi məlum olub. O, mayın 14-də Böyük finalın fasiləsi zamanı "Can’t stop the feeling!" hitini ifa edəcək.
Report
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək