15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Səngər uvertürası”ndan sonra…
Tarix: 10-09-2018 21:46 | Bölmə: Kənan HACI

Mənim jurnalistikaya sevgim televiziya və radiodan başlayıb. Lap uşaq vaxtı baxdığım verilişləri indi də xatırlayıram, sevdiyim verilişlərin həftənin hansı günündə efirə gedəcəyini belə bilirdim. Düşünürəm ki, dünyagörüşümüzün formalaşmasında, davranış modelinin yaranmasında o verilişlərin çox böyük rolu olub. O zamanlar hələ bu mətləbləri anlamaq iqtidarında deyildik, ekranın cazibəsi bizi sehrləmişdi. Televizor – bu "sehrli” qutu mənim içimdəki qəribə mexanizmi işə saldı. Mən də nə vaxtsa böyüyüb efirə çıxacağım haqqında xəyallar qurmağa başladım.
Hərənin bir tale yolu var. Ozan dili yüyrək olar. Televiziya və radio ilə yollarımız heç vaxt kəsişməsə də gözümü açıb-yumunca özümü jurnalistikanın içində gördüm. Bəzən Tanrı insan oğluna üçüncü göz verir və onu milyonların içindən seçir. Məhz bu tipli insanlar dünyanın bizim görmədiyimiz tərəflərini görə bilirlər və gördüklərini bizə söz vasitəsilə çatdırırlar. Onlar qələm adamlarıdır. Jurnalistika söz sənətidir, jurnalist sözləri ovuclayıb onlardan məna yaradır. Onun yaradıcılıq laboratoriyası beynidir.
Mən ədəbiyyata jurnalistikadan gəlmişəm, uzun müddət müxtəlif qəzetlərdə reportyorluq etmişəm, mətbəənin qoxusu canıma hopub, qəzetdə hər yazım çıxanda özümü inanılmaz dərəcədə xoşbəxt hesab etmişəm. Jurnalistika mənə böyük şəxsiyyətlərlə ünsiyyət imkanı qazandırıb, həyatım boyunca ustad qələm sahiblərindən yazmağın sirlərini öyrənmişəm. Yazı sənətinin minbir dolanbacdan keçən fəndləri var; hər janr özünün üslubunu diktə edir. Çox təəssüflər olsun ki, son zamanlar jurnalistikamızda felyeton, pritça, oçerk janrlarına demək olar, müraciət olunmur. Bu janrlar jurnalistikanın ən çətin sahəsidir və yazardan peşəkarlıq, səriştə, təcrübə tələb edir. İndi hamı rahat yoldan keçməyə çalışır, heç kəs atını daşlığa salmaq istəmir. Unudurlar ki, qələm (indi klaviatura) çətin janrlara müraciət etdikcə bərkiyir, püxtələşir.
Yazıya televiziyadan başlamağım təsadüfi deyil. Qələminə böyük sayğı duyduğum peşəkar jurnalistlərimizdən olan Flora Xəlilzadə (çox-çox illər bundan öncə onun bənzərsiz müğənnimiz Flora Kərimova haqqında yazdığı "Bənövşə ətirli səs” kitabını oxumuşdum və onun sözünün sehrinə düşmüşdüm) tədbirlərdən birində məni yerişindən-duruşundan ağayanlıq yağan cüssəli bir kişi ilə tanış etdi: Akif Cabbarlı. Bu imza mənə lap çoxdan tanış idi. Uzun illər ana televiziyamız sayılan Az.TV-də çalışdığını, peşəkar kadrların yetişməsində əməyi olduğunu bilirdim. Bir də mətbuatda ara-sıra "Həyat etüdləri” silsiləsindən yazdığı yazıları oxumuşdum. Bu yazılardakı estetik sarkazm, incə yumor, bir az da "Molla Nəsrəddin”çi ovqat oxucunu uzun müddət düşündürür, sadəcə, oxuyub keçmirsən. O yazılardakı mətləblər insanda acı təbəssüm oyadır, sətiraltı mənalarda gizlənən fikirlər bu yazıların nə qədər tərbiyəvi əhəmiyyət daşıdığını göstərir. Flora xanım Akif müəllimi təqdim edəndə "onda Mirzə Cəlil qələmi var” dedi və əlavə etdi ki, onun hekayələrini mütləq tap oxu.
Tale elə gətirdi ki, biz Akif müəllimlə nəinki tanış, hətta yaxın qonşu olduq. İndi bir binada yaşayırıq və az qala, hər gün görüşürük. Əməlli-başlı dostlaşmışıq, bir süfrə arxasında dəfələrlə çörək kəsmişik. Mənə elə gəlir ki, biz onunla uzun illərdir ki, bir-birimizi tanıyırıq. Hər tanışlıq, hər ünsiyyət dosluğa çevrilmir. Yaşca məndən xeyli böyük olsa da Akif müəllimin mənimlə rəftarı bu yaş baryerini aradan qaldırır. Bu münasibətlər sisteminin özü də bir məktəbdir. İndi çoxlarında bu xüsusiyyətlər çatışmır. Akif müəllimin kübarlığı, daxili mədəniyyəti onun ziyalılığından irəli gəlir. Bu kübarlıq, mənəvi zənginlik onun yazılarında da özünü qabarıq şəkildə göstərir.

Akif Cabbarlı
Bu günlərdə Akif müəllim mənə "Səngər uvertürası” kitabını bağışladı. Kitab uzun müddət yazı masamın üstündə qaldı. Yalan demək istəmirəm, kitabı birnəfəsə oxumadım, doya-doya - hər gün bir-iki, bəzən üç-dörd yazı - oxudum. Akif Cabbarlının qəhrəmanları həyatda gördüyümüz, hər gün işdə, ictimai nəqliyyatda, küçədə, məhəllədə rastlaşdığımız adamlardır. Amma necə adamlar! Bu necə sualının cavabıdır Akif müəllimə o yazıları yazdıran. Sovet əyyamında onlara "antipod” deyirdilər. Bu sözün izahı belədir: əqidəsi, nəzər nöqtəsi, zövqü, xarakteri ilə ümumi düşüncə və qaydalara zidd olan insan.Bu tipli insanlar zahirən ziyalı libasında görünsələr də cəmiyyətdə ziyanlı funksiya daşıyırlar. Bu, əxlaqsızlıqdan doğan paradoksal psixoloji haldır. Akif müəllim pamflet və felyetonlarında bu cür zərərli ünsürləri ifşa edir. Adətən, sovet epoxasında bu səpgili ifadələr işlənsə də zərərli ünsür bütün zamanlarda, bütün toplumlarda olub, var və olacaq. Sual yarana bilər ki, bəs onda yazıçı onları niyə ifşa edir? Mətbuatımızın banisi Həsən bəy Zərdabi də, Mirzə Cəlil də ömrünü cahillərlə, nadanlarla mübarizəyə həsr etdi. Onlar yazmasaydı, toplum qaranlıqlar içində qalacaqdı. Bu gün biz işıqlı bir cəmiyyətdə yaşayırıq və buna görə də məhz onlara borcluyuq. Amma insanın xisləti dəyişmir, bəzən işıqlı yollarda da yolumuza maneələr çıxır. Mirzə Cəlilin ölümündən 35 il sonra Xalq yazıçısı Anar "Molla Nəsrəddin – 66”nı yazdı. Sabit Rəhman, Seyfəddin Dağlı satirik əsərləri ilə Mirzə Cəlil yolunu davam etdirdilər. Akif Cabbarlının "Səngər uvertürası” kitabını oxuduqca bu müqəddəs yolun hələ də davam etdiyini düşünürəm. Maarifçilik bütün zamanlarda toplumun ən üst dəyərləri sırasında yer alır və bu missiyanın daşıyıcıları da həmişə qələm adamlarıdır. Akif müəllimin yazılarında da sələflərindən gələn bir ağrı var, Üzeyir bəyin, Ömər Faiq Nemanzadənin yazılarındakı ictimai yük var. "Sahibsiz və çarəsiz itlərin gecə söhbəti” pritçası alleqorik olsa da insan cəmiyyətinin bütün naqis cəhətlərini özündə əks etdirir.
Kitabda satirik hekayələrdən əlavə müxtəlif publisistik yazılar da yer alır. Bu yazılar da dövrün, zamanın ruhuna xitab edir. Qəribə səslənsə də bu yazılarda bir halallıq duyğusu var, mənəvi rahatlıq var, özünəarxayınlıq var. Bu da ondan irəli gəlir ki, Akif Cabbarlı bütün dövrlərdə öz şəxsiyyətini, ləyaqətini qoruyub, qələmə heç vaxt xəyanət etməyib, sözün mayasına haram qatmayıb.
O, televiziya sahəsini dərindən bilən mütəxəssislərdəndir. Onun televiziya ilə bağlı konseptual yazıları gələcəyin telejurnalistləri üçün son dərəcə faydalı mənbədir. Azərbaycan jurnalistikasının xas imzaları var ki, bu imzaların hər biri ayrı-ayrılıqda bir məktəbdir. Akif Cabbarlı da imzalar içində imzası olan bir qələm adamıdır. Düşünürəm ki, jurnalistika onun yazıçılığından çox şey oğurlayıb, çünki jurnalistika vaxtı-vədəsi bilinməyən bir sənətdir, jurnalist hər zaman iş başındadır. Gen-bol zamanı olsaydı, daha iri həcmli əsərlər yaza bilərdi. Digər baxımdan, düşünürəm ki, hekayə yazmaqla da sözün yaddaşında qalan yazarlar olub. Akif Cabbarlının hekayələrində televiziyadan gələn bir lakonizm var, az sözlə böyük mətləbləri ehtiva edə bilmək bacarığı var. Bu da yazıçıdan xüsusi ustalıq tələb edir. Onun "Hərəsi üç cümləlik üç hekayə”, "Hərəsi dörd cümləlik dörd hekayə”, "Hərəsi beş cümləlik beş hekayə” adlanan mətnləri yenicə yazmağa başlayanlar üçün yaxşı bir nümunədir.
Bilmirəm, nə sirdisə, mənə elə gəlir ki, bu yazıda Akif Cabbarlı haqqında ürəyimdən keçən hisləri dolğunluğu ilə ifadə edə bilmirəm. Onun dünya dolu səmimiyyəti, bəzən həddini aşan təvazökarlığı kökdən-nəsildən gələn əxlaqi dəyərin bir göstərisidir. Həyat tərzindəki səliqə-səhman yazılarına da yansıyır, yazılarındakı çəki-düzən onun zahiri görünüşü ilə üst-üstə düşür.
Yazımın əvvəlində qeyd etmişdim ki, Akif müəllimlə bir binada yaşayırıq, qonşuyuq. Yaxın günlərdən birində binanın həyətində gəzişirdik, dəyərli jurnalist həmkarımız Çingiz Sadıqov heç vaxt unutmayacağım bir ifadə işlətdi. Dedi ki, adətən, uşaqlıq dostlarımızı görəndə deyirik ki, biz bir məhəllədə böyümüşük, indi biz bir məhəllədə qocalırıq…
Çingiz müəllimin bu sözləri içimi titrətdi. İstədim deyim ki, sizin qocalmağa ixtiyarınız yoxdur, biz hələ sizdən çox öyrənməliyik! Hələ o qədər bilmədiyimiz mətləblər var ki!
Düşünürəm ki, hələ çox şeylər yazacaq Akif Cabbarlı. "Səngər uvertüra”sından sonra mütləq "Qələbə uvertürası” yazılmalıdır!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək