15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qəlblərin sevimlisi - Kənan Hacı yazır
Tarix: 27-05-2024 10:07 | Bölmə: Kənan HACI

Kənan HACI
Böyük fikir və düşüncə adamı, türkoloq alim Ramiz Əsgərin əziz xatirəsinə
Böyük türkoloq alim Ramiz Əsgərlə tanışlığımız ötən əsrin 90-cı illərindən başlayır. O zaman Jurnalistlər Birliyinə tez-tez gedib-gəlirdim, o da Birliyin katiblərindən idi. “Odlar yurdu” qəzetindəki əfsanəvi fəaliyyətindən xəbərdar idim. Bu qəzet müstəqilliyimizin ilk illərində milli düşüncənin formalaşmasında müstəsna rol oynadı. Qəzet üç əlifbada (kiril, latın və əski əlifba ilə) çıxırdı və oxucu dairəsi kifayət qədər geniş idi. Ən əsası, bu qəzetdə o vaxta qədər qadağan olunmuş mövzularda yazılar dərc olunurdu ki, bu da böyük rezonans doğururdu, qəzet əl-əl gəzirdi. 90-cı illərin ortalarında ondan geniş müsahibə almışdım və söhbətimiz geniş marağa səbəb olmuşdu. O vaxt qəzet oxuyanların sayı daha çox idi və xatırlayıram, həmin müsahibə ilə bağlı redaksiyaya bir neçə oxucu məktubu da daxil olmuşdu. Türk dünyasının ortaq dəyərləri ilə bağlı son dərəcə maraqlı fikirlər səsləndirmişdi və onun otuz il bundan əvvəl dedikləri bu gün reallığa çevrilir. Böyük Turan birliyi yaranır. Ramiz müəllim hələ o vaxt gələcək tarixin üfüqlərində Türk dünyasının birliyinin işartılarını görürdü.
Ramiz Əsgərin xidmətləri ölçüyəgəlməzdir, o, bir neçə İnstitutun işini görmüş azman bir tədqiqatçı idi. Mahmud Kaşğarinin “Divani-lüğəti-türk” əsərini, özbək ədəbiyyatının klassiki Əlişir Nəvainin “Xəmsə”sini və risalələrini, Yusif Balasaqunlunun “Qudatqu-bilik” əsərini və saysız-hesabsız yazılı mədəniyyət abidələrini ana dilmizə tərcümə etmişdi. Sonuncu görüşümüz təxminən bir ay bundan öncə olmuşdu. Mərkəzi Elmi Kitabxanada “Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilirdi. Son dərəcə maraqlı diskussiya oldu və o tədbirdə Ramiz Əsgər də çıxış etdi. Fasilə zamanı yaxınlaşıb hal-əhval tutdum, soruşdu ki, sən Folklor İnstitutunda işləyirsən? Dedim, Ramiz müəllim, uzun müddətdir işsizəm. Bir az təəccübləndi, “nə əcəb bu İnstitutlardan birində işə düzəlmirsən, səni hamı tanıyır axı”,- dedi. Məsləhət gördü ki, elmi iş götürüb müdafiə edim. Çox gümrah görünürdü. Ağlıma gəlməzdi ki, bu, bizim Ramiz müəllimlə son görüşümüz olacaq.
Jurnalistlər binasında qonşu idik və axşam gəzintilərində çox vaxt birlikdə olurduq. Gəzdiyi türk obalarından, türk ellərindən o qədər maraqlı əhvalatlar danışırdı ki, deyirdim, Ramiz müəllim, bunları mütləq yazın. “Tərcümələrdən vaxt qalsa, yazaram”, - deyirdi. Təpədən-dırnağa Turan sevdalısı idi. Deyirdi ki, cığatay üslubunda yazan şairlər oğuz-qıpçaq dillərini bir araya gətirərək bir dilin ərazisini, mənəviyyatını bütövləşdirən sənətkarlar olublar. Oğuznamələr türk xalqlarının həyatını, mübarizəsini, mənəviyyatını obrazlar, bədii lövhələrlə əks etdirən ədəbi tarixi qaynaqlardır.
Mənə çoxlu kitablar bağışlamışdı. Kitabxanam bir az da zənginləşmişdi.

Ramiz Əsgər
Neçə gündür Ramiz müəllimlə bağlı xatirələr beynimdə, yaddaşımda dolaşır. Mən onları ipə-sapa düzə bilmirdim. Çünki yoxluğu ilə barışmaq çox çətindir. Qeyri-ixtiyari əlim kitab rəfində Əlişir Nəvainin “Əsərləri”nə uzandı və “Məhbub ül-qülub” (“Qəlblərin sevgilisi”) əsəri diqqətimi çəkdi. Balasaqunlunun “Qutadqu-bilik” əsəri ilə müqayisə oluna biləcək bu əsəri oxumaq o qədər də asan məsələ deyil. Əsərin dili çox qəlizdir, Ramiz müəllim orijinala sadiq qalmaqla əsərin sonunda lüğət təqdim edir. Bu, ən məqbul yoldur. Eyni zamanda əsərin mövzusu əlvan və rəngarəngidr. Orta əsr ənənələrinə müvafiq olaraq didaktik üslubda yazılmış bu pəndnaməni Nəvai ömrünün müdrik çağlarında qələmə alıb.
Əsəri şairin bir növ, həyati müşahidələrinin, keçdiyi ömür yolunun yekunudur. Ağsaqqal mərtəbəsində öyüd-nəsihət vermək haqqı qazanmış Nəvai dünyanın işləklərindən bəhs edir, münəccimlərin, təbiblərin, qissəxanların, bəzirganların və digər peşə sahiblərinin mənfi cəhətlərini sadalayır. Əsərdə onun nadan vəzirlərə, bəylərə, naiblərə tənqidi münasibəti diqqəti cəlb edir. Şair uzun ömründə hər cür insanla qarşılaşmışdı, qoca dünyanın hər üzünü görmüşdü və istəyirdi ki, ondan sonra gələn nəsillər bu vaqeələrdən ibrət götürsünlər. Əsərini də bu niyyətlə yazmışdı. “Qəlblərin sevgilisi” onun həm də gələcəkdə yaşayanlara bir vəsiyyəti idi.
Bu sətirləri yazarkən Nəvainin timsalında müdrik insan Ramiz Əsgəri xatırlayıram. O, özündən sonra böyük zəngin mənəvi sərvət qoyub getdi. Hər dəfə “Qudatqu bilik”i, “Divani-lüğəti-türk”ü, Əlişir Nəvainin kitablarını vərəqləyəndə onu minnətdarlıq hissiylə xatırlayacağıq. O, gerçəkdən qəlblərin sevimlisi idi. Çünki, Nəvai demiş, içi dışı ilə müvafiq, zahiri batini ilə eyni olanlardan idi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək