15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Böyüklər üçün modern nağıllar - Kənan Hacı yazır
Tarix: 24-08-2022 18:08 | Bölmə: Kənan HACI

Kənan Hacı
İnsanın həyatı, xəyalları, arzuları, gümanları, ümidləri şeirə dönüb özünə qayıdır. Vücud, ruh, zehin. Vücudun hisləri, ruhun arzuları, zehnin düşüncələri var. İstedad adlı toxum insan vücudunda bütün bu hiss, duyğu, düşüncə kanallarında öz işini görür, ömür misralara – yazıya köçür. Göylər insanı öz sonsuzluğuna səsləyir, bu, o zaman baş verir ki, insan öz içindəki sonsuzluğu dərk edir, axı o, makrokosmosun mikro variantıdır.
Gözün gördükləri görünənin mində biri də deyil. Məhz buna görə insan daim axtarışdadır, bu axtarışlar onu sənət yoluna çıxarır, kimi rəsm çəkir, rənglərin qammasını yaradır, kimi xalça toxuyur, çeşnilərdə axtarır dünyanın sirrini, kimi daş yonur, daşların dilini açır, kimisi də sözləri bir-birinin yanına düzüb misralar qoşur... Dünya nəhəng axtarış meydançasıdır. Axtarış ehtirası insanın fitrətindədir. Uşaqlıq illərimizdə, yeniyetməliyimizin bəxtəvər, qayğısız çağlarında romanlarını şirin bir nağıl kimi oxuduğumuz Xalq yazıçısı Əzizə Cəfərzadənin – Əzizə ananın nağılları da bizə əsrarlı dünyanın qapılarını açırdı. Biz nənələrimizin mehrini-məhəbbətini, nəvazişini, alqış-dualarını şərbət kimi içib xoşbəxt olurduq. Beləcə, biz də o sonsuz axtarışlar yoluna çıxdıq. Bu yollar hərəni bir səmtə aparıb çıxardı, biz də sözün tilsiminə düşdük, işıq gələn tərəfə yürüdük. Aylar, illər ötdü və bir gün bu yolda Turan bəylə yollarımız kəsişdi. Turan bəy də kim olsa yaxşıdır?! Sevimli yazıçımız Əzizə xanımın oğlu, varisi...
Bizi bir-birimizə yaxınlaşdıran, doğmalaşdıran da Əlahəzrət Söz oldu. Turan bəy neft mühəndisi olsa da, elə bir mühitdə böyüyüb ki, ədəbiyyat onun taleyinin bir parçasına çevrilib. Əzizə xanımın söz dünyası onun mənəvi inkişafına böyük təsir göstərib. Böyük yazıçımızın zəngin ədəbi irsinin toplanıb yenidən çap edilməsi, arxivində indiyədək işıq üzü görməyən bir sıra əsərlərin oxucuya çatdırılması, biblioqrafiyasının hazırlanması və bu kimi böyük zəhmət tələb edən işlər Turan bəyin üzərinə düşür. O da bu şərəfli işi ləyaqətlə, entuziazmla yerinə yetirir. Övlad məhəbbəti, mənəvi məsuliyyət, təkcə Əzizə xanımın deyil, Cəfərzadələr nəslinin qələmə aldığı mətnlərin tərtibi, redaktəsi ilə bağlı görülən işlər onun həyatının cövhərinə çevrilib.
Hələ 90-cı illərin əvvəllərində böyük şairimiz Məmməd İsmayılın nəşr etdiyi “Gənclik” jurnalında (biz həmin jurnala abunə idik) Əzizə xanımın qardaşı Əhməd Cəfərzadənin avtobioqrafik romanından hissələr oxumuşdum. O vaxtdan bilirdim ki, Əhməd Cəfərzadə dissident kimi təzyiqlərə, təqiblərə məruz qalıb, repressiya olunub, lakin əqidəsindən, məsləkindən bir addım da geri çəkilməyib. Turan bəylə söhbətlərimizdən birində bu barədə söz açdım, o, mənə Əhməd müəllimin yadigarlarını (şeirləri və xatirələrindən ibarət iki kitabı) verdi ki, oxuyum. “Yarımçıq qalmış gündəlik” sadəcə, dəhşətli, ağrı-acılarla dolu bir həyat hekayətidir. İnsan bu qədər məşəqqətlərə necə dözə bilərmiş?! Sonda böyük yazıçı Yusif Vəzir Çəmənzəminlinin faciə ilə bitən həyatı və itgin məzarı qəlbimi göynətdi. “Yaralı könül” kitabı Əhməd Cəfərzadənin ömür kitabıdır, tale romanıdır.

Turan bəy mənə bir kitab da bağışladı: “Hikmətlər mücrüsü”. Bu isə onun yaddaş xəzinəsindəki rəvayətlərin, əfsanələrin, ibrətamiz hadisələrin nəzmə çəkilmiş variantlarıyla süslənmiş nəsihətlər mücrüsüdür. Məsnəvi formasında yazılmış əsər klassik şeir ənənələri əsasında qələmə alınıb və dilinin sadəliyi ilə bütün yaş kateqoriyalarına aid oxuculara xitab edir. Təbiəti, xasiyyəti dupduru su kimi şəffaf olan Turan bəyin içindəki işıq bu kitabın hər səhifəsinə, hər misrasına səpələnib. Mənim övladım olsaydı, bu kitabı ona nəsihətnamə kimi oxuyardım və deyərdim ki, oğlum, qızım, bu kitabı həmişə baş ucunda saxla. O sənə həyat yollarında həmişə düzgün istiqamət göstərəcək.
Bu kitaba daxil edilmiş hər rəvayət mini romandır, böyüklərin də özü üçün götürə biləcəyi çox nəsnələr var bu “mücrü”də. Qədim və məlum rəvayətlərin, əfsanələrin yeni interpretasiyada təqdimatı ( “Həyat haqqında söhbət”, “Bəxt haqqında nağıl”, “Zalımın cənnətə düşməsi”, “Misirli qocanın hekayəti” və s.) bir daha təsdiq edir ki, təkrarda təkrarsızlıq yaradıcılığın təbii fəlsəfəsidir. Şeir həyat həqiqətinə söykənməyəndə, Füzuli demiş, “qalibi-biruh” olur. Əfsanə ilə gerçəklik bir medalın iki üzüdür, bütün nağılların mahiyyətində həqiqət dayanır.
“Hikmətlər mücrüsü”ndə mövzular arasındakı yaxınlıq, oxşarlıq və peyğəmbərlərin həyatının nəzmə çəkilməsi bütöv bir mətnin qəlpələri təsiri bağışlayır. Bu kitab bir az da mənə “Kəlilə və Dimnə”ni xatırlatdı. Kim bilir, bəlkə gələcək zamanlarda Turan bəyin qələmə aldığı bu kitab da “Kəlilə və Dimnə” kimi əldən ələ gəzəcək, həmişə öz aktuallığını qoruyub saxlayacaq.
Turan bəyin folklordan qaynaqlanan didaktik yazı tonu təbii ki, Əzizə Cəfərzadə çeşməsindən qaynaqlanır. Əzizə xanımın bədii nəsri dilin ən dərin qatlarından şirələnib ballanır. Bu sözlər haqdan mayalanıb yazıya hopub. Turan da bu ocağın hənirinə isinib, söz yükünü bu ocaqdan götürüb. Şərqdə refleksləri hərəkətə gətirən mifoloji düşüncə Turanın mənzum ülgüsündə dastan estetikası statusunu qazanır. İbtidai instinktlərin bədii mətnə çevrilməsi prosesi rəvayət və əfsanələrdən keçir. Aşıqlar, ozanlar, ravvilər, akınlar bu mifoloji yaddaşın daimi keşikçiləridirlər. Turan da “Hikmətlər mücrüsü” ilə bu bu dəstəyə qoşulan nağılçılardandır.
Mən bu kitabı oxuyub uşaqlığıma qayıtdım, riyasız, utopik dünya üçün darıxdım. Şərq axetiplərinə yeni rəng, çalar qatan bu kitab uşaqlar üçün əvəzsiz bir dərs vəsaitidir. Turanın qəhrəmanları bir az sufi, bir az dərviş, bir az da Xeyir mələyi kimi dünya cifəsinə biganədirlər və bu laübalı tövrləriylə xoşbəxtlik iksiri hazırlayan kimyagərlərə bənzəyirlər.
Böyüklər üçün modern nağıllar yazan Turan abinin xurcunu doludur. Yeni kitablarını gözləyirik, dəyərli dost!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək