15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Məşədi Məhəmməd Fərzəliyevin məzarının bir addımlığında
Tarix: 05-07-2023 11:54 | Bölmə: Kənan HACI

Kənan Hacı
Bir başdaşı zümzüməsi
sızlar indi qulağımda…
İsa İsmayılzadə
Muğam irsimizin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı uzun müddət idi ki, Azərbaycan muğamının sütunlarından olan əvəzsiz səs sahibi, “Şüştər” muğamının və eləcə də digər muğam və xalq mahnılarının misilsiz ifaçısı, xanəndə Məşədi Məhəmməd Fərzəliyevlə bağlı araşdırmalar aparır, onunla bağlı kitab üzərində işləyirdi. İşin ən çətini bu idi ki, Məşədi Məhəmmədin ömrünün xeyli hissəsi mühacirətdə keçmişdi və elə orda da dünyasını dəyişmişdi.
Gənclik çağlarında bir çox ölkələri gəzmiş, konsertlər vermiş Məşədi Məhəmməd 1929-cu ildə Türkiyəyə gedir və bir daha Azərbaycana qayıtmır. Bu tarixdən ömrünün sonuna qədər (1962-ci ildə dünyasını dəyişib) İstanbulda yaşayan xanəndə otuz üç il ərzində hansı işlərlə məşğul olub? Bu barədə heç bir məlumat yox idi. Gülhüseyn müəllimin uzun axtarışlarından sonra müəyyən nəticələr ortaya çıxdı. Türkiyədə yaşayan gənc tədqiqatçı Dilqəm Əhməd Gülhüseyn müəllimin təşəbbüsü ilə Məşədi Məhəmmədin izinə düşdü və bəzi sənədləri əldə etdi. Sən demə, Məşədi Məhəmməd Fərzəliyev Şuşalı Türkiyədə yaşadığı illərdə muğamdan bir gün də ayrı yaşamayıb. Orada Məhəmməd Çaylı kimi tanınan xanəndə davamlı konsertlər vermiş, ifaçılıq fəaliyyətini davam etdirmişdir.
Mərhum xalq yazıçımız Əzizə Cəfərzadənin oğlu, texnika elmləri üzə fəlsəfə doktoru Turan İbrahimov, hal-hazırda Türkiyədə təhsil alan gənc tarixçi Amin Namazlı, mən və Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyi məsələni gündəmdə saxlamağa çalışdıq. Televiziya kanallarında bu haqda süjetlər getdi. Gülhüseyn müəllimin “Salam, Məşədi” kitabı Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə çap olundu və kitabın təntənəli təqdimat mərasimi keçirildi. Amma bu da hələ işin sonu deyildi. Məşədi Məhəmməd Fərzəliyevin məzarının axtarılması istiqamətində işlər davam edirdi. Nəhayət, bu günlərdə Gülhüseyn müəllim özünün sosial şəbəkə hesabında belə bir status yazdı:
“Xeyli müddətdir ki, mədəniyyət nazirinin müavini hörmətli Murad Hüseynov (hələ BMM-in direktoru işləyərkən), mən, Dilqəm Əhməd və Hafiz Əhmədovdan ibarət araşdırma qrupumuz böyük Azərbaycan xanəndəsi Məşədi Məhəmməd Fərzəliyevin İstanbuldakı məzarının axtarışındayıq. Hələlik Dilqəm Əhməd xanəndənin oğlu Mahmud Çaylının və nəvəsi Çingiz Çaylının birgə dəfn olunduğu məzarı Feriköy məzarlığında tapa bildi, qrup üzvləri adından böyük təşəkkür, inşallah Məşədinin öz məzarı da tapılar!”

Beləliklə, Məşədi Məhəmmədin oğlunun və nəvəsinin məzarları tapıldı. Çox güman ki, Məşədi Məhəmməd də həmin məzarlıqda dəfn edilib. Biz ən yaxın zamanda böyük xanəndəmizin məzarının tapılacağına ümid edirik. Mənə elə gəlir ki, onun məzarı elə doğmalarının həndəvərindədir. Bəlkə də lap bir addımlığındadır!
Məşədi Məhəmmədin mənəvi varisi, dəyərli ziyalımız, elm xadimi, muğam irsimizin yorulmaz tədqiqatçısı Gülhüseyn Kazımlıya bu böyük xanəndəni xalqımıza daha yaxından tanıtdığı üçün sonsuz minnətdarlıq borcumuz var. Onun araşdırma şövqü, tədqiqatçı marağı hələ çox səsyazılarının sükutunu pozacaq, çox itgin məzarlarının həsrətinə son qoyacaq...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək