15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
Tarix: 09-03-2023 16:34 | Bölmə: Kənan HACI

Kənan HACI
Azərbaycanda sovet hökumətinin qurulması düşüncəmizdə solğun rənglərlə assosiasiya olunur. Bu ziddiyyətli dövr tarixin yaddaşında qırğınlar, qətliamlar, kütləvi tələfatlar, soyqırımlarla qalıb.
Quruluşun dəyişməsi yüz minlərlə insanın həyatı bahasına başa gəldi. Çarın ailəsiylə birlikdə qətlə yetirilməsi yeni quruluşun da mahiyyətcə əvvəlkindən fərqlənmədiyini ortaya qoydu. Tezliklə “xalqların öz müqəddəratını həll etmə hüququ”nun puç və yalan olduğu üzə çıxdı. Bütün ölkədə pantürkist ovuna çıxdılar, düşünən beyinlər, elm, zəka sahibləri, azad fikirli ziyalılar sıradan çıxarıldı. Qarşıdan isə amansız Stalin repressiyası gəlirdi. 1937-ci ildə təkcə Azərbaycanda nə az, nə çox, iyirmi doqquz min insan günahsız yerə güllələndi, qalanları sürgün edildi, işgəncələrə məruz qaldı. Xanimanlar dağıldı, həyatlar puç oldu, bir ulusun köksünə sağalmayan yaralar vuruldu.
On illər boyu bu mövzuda yazmaq qadağan olunub. Amma qaçaqlar mövzusunda ara-sıra yazan yazıçılarımız olub. Qaçaq teması iki quruluş arasında incə bir xətt kimi keçir və əlbəttə, sovet dönəmində gerçəkləri olduğu kimi yazmaq qeyri-mümkün idi. Fərman Eyvazlının “Qaçaq Kərəm” romanı bu mövzuda yazılmış azsaylı əsərlərdəndir.
Şura hökuməti yenicə yarananda mülkədarlara, bəylərə “qolçomaq” damğası vurulur, bütün var-dövlətləri əllərindən alınırdı. Eldə-obada igidliyi ilə ad çıxarmış cavanlar isə bu hökumətin varlığı ilə barışmayıb dağlara, meşələrə çəkilir, varlılardan alıb kasıb-kusuba paylayırdılar. Buna görə də sadə camaat qaçaqları həmişə qoruyurdu.
Bu günlərdə Xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimovla söhbətləşirdik. Söhbət bu mövzudan düşdü. Turan müəllim dedi ki, anamın qaçaqlarla bağlı bir romanı var, 80-ci illərdə yazıb, amma nədənsə heç yerdə çap etdirməyib. Onu da əlavə etdi ki, mən onu anamın yenicə çap edilmiş çoxcildliyinə daxil etmişəm, istəsən, verərəm, oxuyarsan.
“Seçilmiş əsərləri”nin birinci cildinə daxil edilmiş “Qobustan çökəklərində” romanını Əzizə xanım 1983-1986-cı illərdə qələmə alıb. Əsasən tarixi romanlar müəllifi kimi tanıdığımız yazıçının yaradıcılığında bu mövzu demək olar ki, yenidir. Əsəri oxuduqca dilin zənginliyi, gözəlliyi, şəhdi-şirəsi insanı valeh edir. Mütaliə prosesində Əzizə xanımın bu əsəri niyə zamanında çapa vermədiyi tədricən mənə aydın olurdu.
Romanın baş qəhrəmanı Seyidalı adlı qaçaqdır. O, təzə hökumətin düşməni deyil, lakin onu tora salıb hökumətlə düşmən edirlər. Erməni Sərkisin bu oyunda xüsusi rolu olur.
Əzizə xanım bütün obrazların xarakterik cizgilərini ustalıqla verir, təhkiyə dastan estetikası üzərində qurulub və hadisələr inkişaf etdikcə obrazların daxili dünyası açılır, onların mahiyyəti üzə çıxır.
İki qaçaq dəstəsi - Muxtar əfəndinin dəstəsi ilə Seyidalının dəstəsi arasında gizli ixtilaf daxili konfliklərlə inkişaf etdirilir. Seyidalı mərd adamdır, Muxtar əfəndi isə hiyləgərliyi ilə onu hökumətin gözündə düşmənə çevirmək istəyir.
Qobustan çökəklərinə sığınmış qaçaqlar arasındakı gərginlik süni şəkildə yaradılır, Səlimbəyovla Sərkisin “dostluğu” da təxribat torunu hörür.
Bədii mətnin dərin strukturunda qaçaqların yeni siyasi quruluşla barışmazlığı nəzərə çarpır. Bu konflikt romana böyük bir genişlik qazandırır, yan süjetlər də əsas ana xətdən şaxələnərək başlıca ideya ətrafında birləşir.
Qaçaqların arvad-uşağı hökumət tərəfindən girov götürülüb, Seyidalı da qarşı tərəfin qadınlarını tutub saxlayır. Lakin hər iki tərəfin kişiləri onlarla ləyaqətlə davranır, bu məqam yazıçı tərəfindən xüsusi həssaslıqla işlənib.
Milis rəisi Nəcəfqulunun gözütoxluğu belə bir situasiyada təqdim edilir: rəis bir torba qızılı evə gətirir, onları səhər hökumətə təhvil verəcək, yorğun olduğu üçün yuyunub yatır. Qızıl torbası arvadı Sonanın marağını çəkir, açıb içindəki zinət əşyalarını görür, qadınlığa xas bəzək-düzək həvəsi ona üstün gəlir, sırğaları qulağına taxır, güzgü qabağında özünə baxır. Düşünür ki, bəlkə ərim bunların hamısını mənə gətirib. Nəcəfqulu bundan xəbər tutunca arvadını tənbeh edir: “Sən nə cürətlə el malına göz dikə bilirsən?” Beləliklə, bütün qızıllar hökumətə təhvil verilir.
Seyidalı dəfələrlə Nəcəfquluya ismarış göndərir ki, mən üzə çıxmaq istəyirəm, hökumətlə işim yoxdur. Amma onun ismarışını rəisə çatdırmırlar.
Qanlı qışlaqdakı Hacı Məlik binəsində saxlanılan qadınlar daxili bir hissin diktəsiylə bu qaçaqlara inanırlar, özlərini güvəndə hiss edirlər. Seyidalının bütöv xarakteri onlarda rəğbət hissi oyadır.
Yaqut fəhmli qadındır, anlayır ki, bu bir qurğudur, qaçaqlarla hökumət qüvvələri arasında qırğın salmaq üçün bu oyunu qurublar.
Digər bir məqam da diqqəti çəkir. Seyidalı Yaqutla söhbət edərkən belə deyir: “Nikolay padşah vaxtında da bizimki gətirmirdi. Fəqir-füqəra hökuməti – Şura hökuməti vaxtında da. Onda da Allahdan gələn bəla muzdura dəyirdi, indi də...”
Müəllif obrazın dilindən deyilən bu fikirlə hər iki quruluşun mahiyyətcə despotik olduğunu vurğulayır. Təbii ki, belə bir əsər sovet dönəmində çap edilə bilməzdi.
“Qobustan çökəklərində” romanı əsasən üç personajın ətrafında qurulmuş silsilə səhnələrdən ibarətdir: Seyidalı, Muxtar əfəndi və Nəcəfqulu. Əsərin ana mövzusu mərdi qova-qova namərd etmək ideyası ətrafında təmərküzləşir. Hiylə və məkrlə Seyidalını, eləcə də ətrafındakı qaçaqları hökumət qüvvələri ilə üz-üzə gətirirlər, arada qırğın baş verir, hər iki tərəfdən ölənlər olur. Seyidalı da həyatını itirir. Milis rəisi Nəcəfqulu ən son məqamda həqiqətlərdən agah olur.
Roman Azərbaycanda sovet hakimiyyəti qurulduğu dövrdəki gerçək durumu bütün tərəfləri ilə əks etdirir. Əsərdəki xarakterlər müxtəlif məqamlarda ayrılır, sonra yenidən birləşir, süjet xətti adi hadisələrin sinxronizasiyasından ibarət deyil. Sovet hakimiyyəti yenicə qurulduğu dövrdə yüzlərlə, minlərlə günahsız insan həyatını itirib. Yarımçıq qalmış talelər, gənc yaşda qırılan ömürlər bütöv bir nəslin də taleyinə təsirsiz ötüşməyib, sağalmayan yaralar açıb.
“Qobustan çökəklərində” Əzizə Cəfərzadə yaradıcılığında, eləcə də müasir Azərbaycan ədəbiyyatında əlahiddə yeri olan bir romandır. Romanın yazılmasından az qala, qırx ilə yaxın bir vaxt keçir. Geniş oxucu kütləsi bu romanla tanış deyil. Yaxşı olardı ki, roman ayrıca kitab kimi nəşr olunub oxucuların ixtiyarına veriləydi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək