15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azərbaycan səhnəsində qürbət arxetipi - Kənan Hacı yazır
Tarix: 20-05-2023 08:32 | Bölmə: Kənan HACI

Kənan HACI
“Qürbətdən gələn məktublar” tamaşası üzərinə qeydlər
Bu günlərdə Azərbaycan Akademik Milli Dram Teatrında Həsən Həsənovun “Qürbətdən gələn məktublar” tamaşası nümayiş olundu. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Qürbət mövzusu bu əsərdə Azərbaycan maarifçilik hərəkatının öncülü, dramaturgiyamızın əsasını qoymuş Mirzə Fətəli Axundzadənin və oğlu Rəşidin həyatı fonunda təqdim edilir. Bu tarixi şəxsiyyətlərin həyatı hamımıza məlumdur.
Bilirik ki, Mirzə Fətəlinin oğlu Rəşid bəy yol mühəndisi idi. Sankt-Peterburqda təhsil almışdı, Belçikaya oxumaq üçün getsə də təhsilini yarımçıq qoyub Tiflisə qayıtmışdı, atasının məsləkinə uyğun olaraq Rusiya imperiyasının məmurlarından olmuşdu.
Bilirik ki, Rəşid bəy Brüsseldə təhsil aldığı dövrdə oradan mütəmadi olaraq atasına məktublar yazırdı. Həsən müəllim pyesi məhz bu məktublar əsasında qələmə alıb. Mən bu tamaşanı ideoloji dram janrı kimi qəbul etdim. Romantik məhəbbət Rəşidin milli düşüncəsi kontekstində konfliktə cəlb olunur. Əməkdar artist Elşən Cəbrayılov bu rolun öhdəsindən uğurla gəlir. Bundan əvvəl onu Qoqolun “Müfəttiş” tamaşasında Xlestakov rolunda görmüşdüm və bu gənc aktyorun oyun tərzinə heyran olmuşdum. Bilənlər bilir, məlumatı olmayanlara xatırladaq ki, Elşən unudulmaz aktyorumuz Şahin Cəbrayılovun oğludur.
Elşən Rəşidi coşqun temperamentlə, romantik teatr poetikasının estetik prinsipləri əsasında oynayırdı. O, öz əqidə, məslək mübarizəsində kifayət qədər qətiyyətli olmağına baxmayaraq romantik duyğularını da gizlətmir. Aktyor obrazın ifası üçün seçdiyi romantik boyaları realist ifadə vasitələri ilə sintezdə təqdim edir.
Aktyor ansamblında hər ifaçı öz rolundakı ideya yükünü və məqsədi düzgün icra etməklə tamaşanın bədii konsepsiyasına və rejissorun ali məqsədinə yaradıcılıqla bütövlük verməyə səylə çalışırdılar.
Tamaşada psixoloji dramatizm qabarıq verilmişdi. Müəyyən fərqli aktyorluq üslublarına rəğmən ifaçıların hamısı obrazları daxili ehtirasla, dinamik coşqunluqla, emosional dramatizmlə oynayırdı.
Atalar və oğullar problemi Mirzə Fətəli ilə oğlundan da yan keçməyib. Lakin bu konflikt dərinləşməyib. Rəşid bəy atasının maarifçilik missiyasını dərindən dərk edirdi və təbii olaraq gənclikdən doğan radikalizmlə bəzən atasının fikrləriylə razılaşmırdı. Həzrət Əlinin məşhur bir deyimi var: “Övladlarından daha çox öz zəmanələrinə bənzəyirlər”. Rəşid bəy də öz zəmanəsinin övladı idi. Bu zaman isə olduqca ziddiyyətli idi və onun da qismətinə belə bir mürəkkəb dövr düşmüşdü.
Rəşid bəyin xaricə oxumağa getməsi səhnəsi yadımıza Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyasında Şahbaz bəyin Parisə oxumağa getməsiylə bağlı situasiyanı salır. Tubu xanım (Xalq artisti Laləzar Mustafayeva) oğlunun xaricə getməsini istəmir. Onun burada Firəngiz (Əməkdar artist Vəfa Zeynalova) adlı sevgilisi var, onlar bir-birlərini sevirlər. Lakin Mirzə Fətəli ( Xalq artisti Əli Nur) oğlunun elm dalınca getmək istəyini təmkinlə qarşılayır.
Rəşid Brüsseldə Fransuaza adlı qızla tanış olur və aralarında eşq münasibətləri yaranır. Rəşid vətəndə qoyub gəldiyi Firəngizi də unuda bilmir. Onun mənəvi tərəddüdləri, daxili çırpıntıları Elşən Cəbrayılovun ifasında son dərəcə təbii idi.
Patrik obrazını yaradan istedadlı aktyor Elçin Əfəndi də özünəməxsus oyun plastikası nümayiş etdirir. O, tamaşadan əvvəl ayağını zədələmişdi, yeriməkdə çətinlik çəkirdi. Düşünürdük ki, bəs səhnədə necə gəzəcək? Tamaşa boyu onun ayağının zədəli olması zərrə qədər hiss olunmadı. Səhnənin cazibə qüvvəsi öz sözünü demişdi.
Xalq artisti Əli Nurun ifasında Mirzə Fətəli Axundzadəni ailə daxilində görürük. Lakin aktyor böyük dramaturqun millətin gələcək taleyi ilə bağlı narahatlığını, iztirab və intizarını mimikalarıyla, səhnə mizanlarıyla son dərəcə ustalıqla göstərə bilir, pauzadan, gərgin sükutdan yerində, məqamında istifadə edir. Əli Nur səhnədə sükutun da haqqını verir, o sükutu mənalandırır. Şübhəsiz, Əli Nur geniş diapazonlu aktyordur və bu tamaşada da Mirzə Fətəlinin yaşantılarını öz içindən keçirərək, özününküləşdirərək tamaşaçıya təqdim edir.
Böyük dramaturqun son nəfəsində oğluna dedikləri də tamaşaçını son dərəcə mütəəssir edir. “Mən islama deyil, cəhalətə, xurafata qarşı mübarizə aparmışam, oğul”. Və kəlmeyi-şəhadətini deyərək canını tapşırır. Mirzə Fətəlinin xalqın taleyində oynadığı rol bu tamaşada öz əksini tapır.
Kəlağayı da tamaşada son dərəcə uğurlu tapıntıdır və milli element olaraq Rəşid bəyin nə qədər vətənə, milli gələnəklərə bağlı olduğunu simvolizə edir.
Rejissor Axundzadənin xurafatla mübarizəsinin məqsəd aydınlığını aktyor ansamblının ümumi oyun prinsipində tam dolğunluğu ilə realizə edə bilib. İdeya qabartmaları Nəcəfin, Rəşidin, Axundzadənin replikalarında özünü büruzə verir. Nəticədə dərin məna yükü daşıyan forma-kompozisiya alınıb.
Qürbət arxetipi Mirzə Fətəlinin və Rəşid bəyin xarakterini açmaq, tamaşanın mahiyyətini anlamaq baxımından son dərəcə mühüm əhəmiyyət daşıyır. Bir sözlə, “Qürbətdən gələn məktublar” Azərbaycan Milli teatrının ən yaddaqalan tarixi tamaşalarından biridir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək