15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Yazıçı necə yaşasın?! - Kənan Hacı yazır
Tarix: 15-01-2020 17:20 | Bölmə: Kənan HACI

Gələcəklə bağlı kütləvi inamsızlıq hissi əlimizi işdən-gücdən soyudur. Biz – XX əsrin insanları hələ də yeni texnogen erayla ayaqlaşa bilmirik. Sürətlə dəyişən ətraf mühit, dəyərlər, texnoloji yeniliklər bizi küncə - keçmişə qısnayır. Biz özümüz də hiss etmədən mühafizəkar olmuşuq. İntellektlə şüur arasında xaos yaranıb və total bayağılıq da məhz bu xaosun nəticəsidir. Biz yeniliyə qarşı deyilik, bu, qarşısıalınmaz bir prosesdir. Amma bu yenilik bizi zombiləşdirməyə xidmət edirsə, o yenilik deyil.
Kütləvi bayağılıq artıq idarəolunmaz hal alıb; ekranı açırsan, bayağılıq sel kimi adamın üstünə gəlir, bütün mənəvi dəyərlərin altını üstünə çevirir. Və bu bayağılıq amorf insan yetişdirir. Biz illərdir haray çəkirik, yazırıq, deyirik ki, televiziyalarda maarifləndirici verilişlər hazırlansın, kitabın təbliğinə yer ayrılsın. Bir-iki telekanalı çıxmaq şərtilə əksər telekanallar sanki millətin mənəvi dəyərlərini məhv etmək uğrunda yarışa çıxıblar. Bir neçə kanalda Bədii Şura yaradılıb, amma görürsən ki, yenə efirdə həmin simalar at oynadır. Halbuki bu adamların efirdə görünməsi belə xalq üçün təhqirdir.
Uzun müddət idi ki, 1918-20-ci illərlə bağlı tarixi bir roman üzərində işləyirdim. Ötən ilin sonunda nəhayət, romanı bitirdim. Bir neçə adamdan romanın çapı üçün köməklik istədim və nəhayət, anladım ki, bu “soxasox”da belə romanlar heç kəs üçün maraqlı deyil. İndi şou-ulduzların həyatından roman yazıb babat pul qazanmaq olar. Bu sətirləri yaza-yaza şotland yazıçısı Arçibald Kroninin “Qala” romanından bir məqamı xatırladım. Yazıçı obrazın dilindən yazır ki, gecə çağı küçələrdən keçərkən yoxsul daxmalardan fortepiano səsi ucalırdı. İnsanlar ac idi, yoxsul idi, amma uşaqlarına mükəmməl təhsil verməyi unutmurdular. Bu daxmalarda hər axşam qiraət gecələri təşkil olunurdu, ailəvi mütaliə mədəniyyəti formalaşmışdı. Təsəvvür edin, bu cür ailələrdə böyüyən uşaqlar gələcəkdə hansı zirvələri fəth edəcək.
Mən bir neçə dəfə qəribə hallarla rastlaşmışam. Ad çəkmək istəmirəm, özünü alim hesab edən bəzi şəxslərin evində olanda heyrətdən quruyub qalmışam. Evdə cəmi iki-üç kitabdan başqa gözə kitab dəymirdi. Ətrafa göz gəzdirdim ki, bəlkə kitabxana görüm. Heyhat! Belə paradoksal və ziddiyyətli məqamlarla zəngin bir toplumuq.
İçimdə bir məyusluq hissi var və bu hiss hər gün bir az da dərinləşir. Azərbaycan yazıçısı nə vaxt yazdığı kitabın qazancıyla yaşaya biləcək? Azərbaycanda nə zaman kitab sənayesi yaranacaq? Nə zaman yazıçı-naşir-oxucu tandemi yaranacaq? Bu və bu kimi saysız sualların cavabı tapılmayana qədər yazıçılıq Azərbaycanda gəlir gətirməyən bir peşə olaraq qalacaq...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək