15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Göydən üç alma düşmədi... - Kənan Hacı yazır
Tarix: 24-01-2019 20:18 | Bölmə: Kənan HACI

Qarşıda uzun bir gecə var. Bu gecəni də adlamaq üçün yenə yazmaq lazım gəlir.
Bizim birgə olduğumuz bir şəkil var-atam, anam və mən. Mənim on bir aylığımda çəkilib o şəkil. Üçümüzün birlikdə olduğumuz ilk və sonuncu şəkildi o foto. Hər dəfə bu şəkilə baxanda mənə elə gəlib ki, onlar heç vaxt bu şəkildəki kimi bəxtəvər olmayıblar. Qəribədir, o şəkildəki xoşbəxt təbəssümü mən sonralar heç birinin üzündə görmədim.
O xoşbəxt anı tutub saxlayan fotoqraf da artıq həyatda yoxdur... İllər keçəcək, heç birimiz həyatda olmayacağıq, amma bu şəkil qalacaq...
Biz nə vaxtsa yenə görüşəcəyik, yenə birlikdə olacağıq. İntəhası, ayrı görkəmdə, başqa qiyafədə... O anların şəklini çəkən olmayacaq amma...
Son vaxtlar o şəklin üzünə baxa bilmirəm...
**********
O uşaq dünyaya tək gəldi, tək böyüdü, atası dünyasını dəyişəndə ikinci dəfə, anası rəhmətə gedəndə isə üçüncü dəfə tək qaldı və tək yaşadı. Dünyanın bütün qırxdüyünlü sualları onun başına dolu kimi yağdı. Bəzən evə çörək almağa belə pulu olmadı, günlərlə ac qaldı, vağzallarda yatdı, qəzetlərə yazılar yazıb özünə araq pulu düzəltdi, hər gün kafelər küncündə öldü-dirildi. Cibi də, əyni də yalın oldu o adamın. Qış başının üstünü kəsdirəndə xalası oğlundan nimdaş, əyninə dar gələn bir palto alıb geyindi, atasının köhnə botinkalarını ayağına keçirdi, bu botinkalar da tərslikdən su buraxırdı... Yağışlı, qarlı günlərdə axşamlar evə gələndə soyuqdan göyərmiş ayaqlarını ovuşdura-ovuşdura yenə kağız-qələmə əyilirdi. Təmtək idi bu zalım dünyada.
Bircə söykənəcəyi yer onun istedadı idi, qələmi əlində çomaq əvəzi gəzdirdi ki, yıxılanda qələm onu ayaqda saxlasın. Dənizin sahilindəki tənha ev kürəyini quzğun küləklərə söykəmişdi, onu qoruyurdu bacardığı qədər. Amma soyuq divarları keçib yorğan-döşəyin canına hopmuşdu, bəzən şaxtalı qış gecələrində yatağa pallı-paltarlı girirdi.
Şeirlərini, yazılarını o evdə yazdı, hər gün elektrik qatarında kənddən şəhərə, şəhərdən kəndə ümidlərini də özüylə daşıdı. “Fil çəkə bilməzdi o çəkənləri, İlahi, gör nələr çəkdi bu adam!”
Göylər uzaqdaydı, çox uzaqda... Tanrısa ürəyinin içindəydi. Bəzən ürəyindəki Tanrıya da asi olurdu, onu ürəyindən çıxarmaq üçün bədənini araqla zəhərləyirdi. Araqsa mədəsinə axırdı, ürəyinə yox.
“Ürək deyilmiş, çarıqmış camış gönündən!..” (Nazim Hikmət)
Evləndi, şəhərə köçdü, kitabları çıxdı, səhər işə, axşam evə dönən “xoşbəxt”lərdən oldu. Amma...
***********
Yazının bu yerində yalnızlıq temasını mütəmadi işləyən iki rəssamı xatırladım. Biri sənət yaşamını bütünlüklə yalnızlığa həsr etmiş Edvar Hopper, digəri isə Pierre Bonnard.
Bonnard evindən çölə çıxmayan rəssamlardan idi. O, xanımı ilə bir evə qapılıb uzun bir zaman müddətində birgə yaşayıblar. Bonnard öz xanımının əksini nə az, nə çox 400 tabloda işləyib! Düşünürsən ki, öz xanımı ilə bu qədər iç-içə ikən Bonnard necə yalnız ola bilərdi?
Xanımı bu rəsmlərin heç birində otaqda ərinin onun rəsmini çəkdiyinin fərqindəymiş kimi görünmür, sanki çöldən yad bir adam gəlib kənardan onun rəsmini çəkirmiş kimi davranır.
Amma Bonnard özü hər rəsmində bir xəyalat kimi görünür və “mən varam” demək istəyir.
Bundan artıq heç nə deməyəcəm. V. Xlebnikov deyirdi ki, “biz ölürük və bununla da doğuluşumuz başlayır. Amma mən heç vaxt indiki kimi ölüm görməmişəm. Deyəsən, artıq bu ölümün doğuluşu olmayacaq...”
Son vaxtlar bu sözləri də tez-tez xatırlayıram.
Türklərin qəribə bir ifadəsi var: “Sənətin sokak cocuğu”. Mən hərdən özümü bu təkliyim və tənhalığımla sənətin “sokak cocuğu” kimi hiss edirəm. Hərdən istəyirəm şirin yalanla ovunum, çünki həqiqət mənim üçün ölümdən betərdi...
O şəkil də mənim həyatımın nağıla çevrilmiş həqiqətidir. Hər nağılın sonunda göydən üç alma düşür.
Bu nağılın alması göylərdən düşmədi. Və heç vaxt düşməyəcək...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək