Tarix: 30-01-2026 16:30 | Bölmə: Xəbərlər / İqtisadiyyat

Sabiq Energetika naziri, “AzərKimya” Dövlət Şirkətinin prezidenti və Milli Məclisin III çağırış deputatı olmuş akademik Məcid Kərimov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
Reyting.az Qafqazinfo”ya istinadla xəbər verir ki, 67 yaşlı akademik pensiyasının azaldılmasından narazıdır.
DSMF tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Məcid Kərimova deputat fəaliyyəti ilə bağlı 4226 manat pensiya ödənilib. Təkrar hesablamadan sonra isə məlum olub ki, onun deputatlıq fəaliyyəti 5 illik tam səlahiyyət müddətini əhatə etmir. Belə ki, M.Kərimov növbədənkənar seçkilərdə seçildiyindən 4 il 5 ay 16 gün deputat olub.
Buna baxmayaraq, əvvəlki hesablamada səhvə yol verilərək iddiaçıya aylıq 5858 manat köçürülməli olduğu halda, 6631 manat pensiya ödənilib. İndi isə həmin səhv aradan qaldırılaraq artıq ödənilmiş ümumi 4226 manatın iddiaçının pensiyasından tutulmasına qərar verilib.
Eks-nazirin vəkili isə dövlət qurumunun qərarını əsassız sayıb. İddiaçı tərəf hesab edir ki, qanunvericilikdə deputat fəaliyyətinin tam və ya natamam anlayışı mövcud deyil və şəxsin növbədənkənar seçkilərlə deputat seçilməsi onun fəaliyyətinin natamam hesab edilməsi üçün əsas ola bilməz.
Məhkəmə tərəfləri dinlədikdən sonra qərarını açıqlayıb. Pensiyanın yenidən hesablanması və artıq ödənilmiş 4226 manatın büdcəyə geri qaytarılması qanuni hesab edilib.
Qeyd edək ki, Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkilərinin bəzi nəticələri ləğv edilib, 2006-cı ildə seçki nəticələri ləğv olunmuş seçki dairələrində təkrar parlament seçkiləri keçirilib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək