Tarix: 05-02-2026 07:49 | Bölmə: İqtisadiyyat

2025-ci ilin sonunda Ukraynanın ümumi dövlət borcu 9,04 trilyon qrivna, yəni 213,3 milyard dollar olub.
Reyting.az xəbər verir ki, Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, borc bir il ərzində çox sürətlə - 29,5 faiz artıb. Borc artımı əsasən G7 ölkələrindən alınan 37,9 milyard dollar kreditin payına düşür.
Borcun 75 faizi xaricidir və ən əsas hissəsi Avropa İttifaqınadır. Bu, həm də Ukrayna borcunun yarıdan çoxunun Avropa İttifaqı (Aİ) qarşısında öhdəliklər olduğu anlamına gəlir.
Aİ-dən alınmış kreditlərin ödənişləri təxminən 11-12 ildən sonra başlayacaq, eyni zamanda bütün faizlər Aİ tərəfindən ödənilə bilər.
Digər bir məlumatda qeyd olunur ki, Aİ-nin Elmi-Tədqiqat və İnnovasiya məkanı "ERA" kreditlərini sanksiyalar nəticəsində Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına bağlamağı və Rusiya işğalı səbəbindən çox ağır duruma düşən Ukraynaya yardım göstərməyi planlaşdırılır.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək