Tarix: 27-01-2026 10:53 | Bölmə: Xəbərlər / İqtisadiyyat

Bu il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 156,4 milyon ABŞ dolları təşkil edib.
Reyting.az xəbər verir ki, bunun 86,5 faizi və yaxud 73 milyard 641,5 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13,5 faizi və yaxud 11 milyard 514,9 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin IV rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 684,2 milyon ABŞ dolları və yaxud 4,5 faiz artıb. ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 479,8 milyon ABŞ dolları və yaxud 5 faiz, AMB-nin valyuta ehtiyatlarında isə 204,4 milyon ABŞ dolları və yaxud 1,8 faiz artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 14 milyard 165,5 milyon ABŞ dolları və yaxud 20 faiz artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 13 milyard 610,1 milyon ABŞ dolları və yaxud 22,7 faiz artım, AMB-nin valyuta ehtiyatları isə 555,4 milyon ABŞ dolları və yaxud 5,1 faiz artım nümayiş etdirib.(Report)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək