15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Bizim Əkrəm Əylisli
Tarix: 19-04-2016 21:07 | Bölmə: Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
Tarix: 19-04-2016 21:07 | Bölmə: Nadir QOCABƏYLİ

Bu gün görkəmli yazıçımız Əkrəm Əylislinin Prezident İlham Əliyevə ünvanladığı və ölkənin əksər saytlarında dərc olunan müraciətini ürək ağrısı ilə oxudum. 79 yaşlı ahıl qələm adamına qarşı son bir neçə ildə istər cəmiyyətin müxtəlif təbəqələri və nümayəndələri, istərsə də dövlət tərəfindən göstərilən münasibət həqiqətən düşündürücü və təəssüf doğurucudur.
Məlum "Daş yuxular” romanından sonra yazıçıya qarşı təşkil olunmuş etiraz aksiyaları, daş-qalaq kampaniyaları bəs deyilmiş kimi, təəssüflər olsun ki, o, dövlət təltifləri və təqaüdlərindən də məhrum olundu.
Əkrəm Əylislinin kim olduğunu, Azərbaycan ədəbiyyatında, bədii nəsrində hansı yeri tutduğunu, ölkəmizin ədəbi-ictimai həyatında hansı rolu oynadığını uzun-uzadı yazmağa, çox güman ki, ehtiyac var, çünki bir neçə il əvvəl sosial şəbəkələrdə ona qarşı elə adamların elə səviyyəsiz şeylər yazdığını gördüm ki, istər-istəməz düşündüm: bu adamların həm Əkrəm Əylislini oxuyub tanımasına, başa düşməsinə, həm də ümumiyyətlə öz səviyyələrinin qayğısına qalmalarına ciddi ehtiyac var. Ancaq Əkrəm Əylisli, onun yaradıcılığı, ictimai fəaliyyəti və şəxsiyyəti bir köşə yazısına sığmaz. Həm də o özü son müraciətində bu haqda bəzi şeyləri ötəri qeyd edib, maraqlananlar oxuya bilərlər.
Sadəcə onu deyə bilərəm ki, Azərbaycan xalqına, onun dilinə, onun yaxşı adamlarına olan sevgi payımın böyük bir hissəsində məhz Əkrəm Əylislinin böyük rolu var. Heç nə demirəm, elə götürün onun "Gilas ağacı” hekayəsini oxuyun, "Nənəmin tütün kisəsi” hekayəsini oxuyun, "Mənim nəğməkar bibim”, "Kür qırağının meşələri” povestlərini, başqa əsərlərini oxuyun. Əgər əsil azərbaycanlısınızsa, bu ölkəni, bu vətəni, onun insanlarını sevirsinizsə, mütləq gözləriniz dolacaq, bədəninizdən şirin bir gizilti keçəcək. Bunlar olmayıbsa və olmayacaqsa onda nəƏkrəm Əylislini, nə də bu yazıdakıları anlamayacaq, Vətəni də həmişə kampaniya xatirinə, boğazdan yuxarı sevəcəksiniz.
"Daş yuxular” romanına görə daş-qalaq kampaniyasına qoşulanları o zaman da, indi də iki qismə ayırıram: siyasi konyukturadan çıxa və yazıçını şəxsən həzm edə bilməyənlər, bir də onu anlamaq səviyyəsində olmayan və küyə gedənlər.
Anlamaq lazımdır ki, yazıçı (mənə görə bu çox böyük bir sözdür) hökmən siyasi konyukturaya uyğun yazmaq zorunda deyil. Nəinki zorunda deyil, ümumiyyətlə, belə yazmamalıdır. Əgər o, hakim ideologiyanın ruporu olmaqdan zərrə qədər kənara çıxa bilmirsə, ona heç yazıçı demək də mümkün deyil. İkincisi, yazıçı kütlənin ani ehtiraslarının əsiri də ola bilməz və olmamalıdır. Yazıçı xalqa təsir etmək, onu yönləndirmək gücündə olan şəxsiyyətdir. Üçüncüsü, tarix boyu ipə-sapa yatmayan, qəliblərə sığmayan sənətkarlar, şairlər, yazıçılar öz millətlərinə daha çox xeyir verib, onu daha çox tanıdıb, adını daha yüksəklərə qaldırıblar. Və nəhayət, yazıçı milli, məhəlli duyğularla yaşayan, vurub-tutmağı təbliğ edən yox, bəşəri ideyalara xidmət edən, sülhü, əmin-amanlığı, dostluğu təbliğ edən insandır. Əlbəttə, dövlətlər çox zaman birincilərin xidmətinə ehtiyac duyur, ancaq geniş anlamda və mədəni millət olmanın uzaq perspektivində ikincilər həm dövlət, həm də millət üçün daha mühüm iş görmüş olurlar. Mən Tomas Vulfdan və Teodor Drayzerdən ABŞ-ın apardığı müharibələrə ironik münasibət oxumuşam, əgər dövlətin hərbi ideologiyasının ruporuna çevrilsəydilər, yəqin ki, bu gün Amerikanı bu qədər tanıda bilməzdilər. Çünki bunu edənləri bu gün heç kəs tanımır.
Biz çox zaman "Biləcəridən o yana” keçməyi çox arzulayır, yazıçılarımızın Nobel, filmlərimizin Oskar almasını istəyirik, ancaq düşüncəmiz, təxəyyülümüz Biləcərini keçə bilmir.
Gürcü rejissoru Rezo Çxeidzenin bundan düz 51 il qabaq, 1964-cü ildə çəkdiyi "Əsgər atası” filminə Azərbaycanda vaxtilə sovet vətəndaşı olub baxmayan və bu filmi sevməyən çox az adam tapılar. Yeni nəsilin əksəriyyəti, bəlkə də, baxmayıb, amma baxmayıbsa, çox şey itirib.
O filmdə belə bir epizod var: sovet qoşunları artıq Berlinə giriblər, şəhər uğrunda şiddətli döyüşlər gedir. Bu zaman Berlin ətrafında dayanan tanklardan biri əsərin baş qəhrəmanı, əsgər atası Maxaraşvilinin təsadüfən görüb, öz şirin gürcü ləhcəsində nəvazişləəzizləyib-oxşadığı üzüm tənəklərinin üstündən keçmək istəyir. Ancaq Maxaraşvili buna imkan vermir, hətta onun sözünə baxmaq istəməyən rus əsgərin qulağının dibinə bir şapalaq da ilişdirib deyir: "Məgər onların canlı olduğunu görmürsən, sənə yol azlıq edir?” Əsgər qayıdır ki, bəs onlar bizim ölkəmizin başına nələr gətiriblər! Bunu eşidən əsgər atası ona deyir: "Onlar faşistlərdir! Sən də faşistsən? Əgər faşitsənsə, al bu silahı, – deyəəlindəki avtomatı rus əsgərinə uzadıb, bir az aralıda dayanmış iki səfil alman uşağını göstərir, – güllələ onları.” Əsgər pərt olub, silahı almır və dodağının altında mızıldanır: "Sən nə danışırsan, faşist-zadam, bəyəm?!”
Bu film sovet dövründə və təbii ki, sovetlərin xalqlar dostluğu ideologiyası əsasında çəkilib. Sövet dövləti bununla bütün dünyaya sadə almanlara kin bəsləmədiyini, irqçi olmadığını, faşizmə qarşı vuruşduğunu bəyan edirdi. Amma biz iki qonşu xalqın, onun sadə adamlarının tarixən dost olduğundan, elə indi də bir-birinə qarşı kin bəsləmədiyindən bəhs edən bir romana görə, ədəbiyyatımız, xalqımız qarşısında böyük xidmətləri olan ahıl yazıçını daş-qalaq edir, ölkədən çıxmasına mane olmaq üçün onu nəvəsi yaşda birini döyməkdə (!) ittiham edir, haqqında cinayət işi qaldırırıq...
Amma bütün bunları görən dünyanın haqqımızda nə düşünəcəyini fikirləşmirik.
Mənə elə gəlir ki, Əkrəm Əylisli Prezidentə etdiyi müraciətində də özünü düşünməkdən çox, cəmiyyətə məhz bu mesajı vermək istəyib...
Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək