15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Xalq adamı ilə xalqın arasına girənlər…
Tarix: 28-02-2021 14:55 | Bölmə: Nadir QOCABƏYLİ

Hər şeyin bir qaydası, üsulu, yolu-yolağası var. Əgər bir adama "sən filan vaxt filan sözü demisən",- ittihamı irəli sürülürsə və o adam belə bir ifadə işlətmədiyi cavabını verirsə, ona "yox, yalan deyirsən, demisən", - söyləmək ən azı mədəniyyətsizlik, səviyyəsizlikdir. Bu, küçə, tin səviyyəsidir, üzr istəyirəm, bazar adamlarının söhbətidir. Mədəni adam dərhal başa düşür ki, bu adama böhtan atılıb. Yaxud söyləyibsə də, bilmədən ağzından qaçırıbsa da, təkzib edirsə, deməli, həmin mövqedə israr etmir. O, israr etmirsə, sənin ona israrla "yox, deyibsən",- söyləməyinin adı nədir? Əlbəttə, səviyyəsizlik və mədəni gerilik...
Hörmətli millət vəkilimiz Etibar Əliyev xeyli müddətdir tanıyıram. Onunla əyani tanışlığımızdan bir 15 il qabaq qəzetlərdən məqalələrini, açıqlamalarını oxumuşam və necə qətiyyətli, prinsipial, üsyankar bir ziyalı olduğunu görmüşəm. O həmişə təhsilimizin problemlərini dəqiqliklə göstərib, günahkarların adını çəkinmədən söyləyib. Nazirlər onun adı gələndə istər-istəməz qurcuxublar. Elə bir ad çıxarıb ki, Azərbaycan təhsilnin problemlərindən söz düşəndə ilk yada düşən ziyalı olub.
Onun maarifçilik fəaliyyəti də təqdirəlayiqdir. Etibar Əliyev Azərbaycanın ən bilikli və fəal bukinistlərindəndir. Bəlkə də, dünyada elə bir kitab yoxdur ki, Etibar müəllimin ondan xəbəri olmasın. Özü də o, bu kitabların əksəriyyətini pul verib alır və oxuyur, bununla kifayətlənməyib, tərcümə edir, paylaşır, haqqında yazır, bağışlayır. Onun Nobel mükafatçıları haqqında araşdırmaları və yazdığı kitablar Azərbaycan təhsilinə, ədəbiyyatına və mədəniyyətinə böyük töhfədir.
Etibar müəllimlə tanış olarkən onun çox səmimi, gülərüz, zarafatcıl, sözü üzə deyən bir insan olduğunu da bildim. Sonralar feysbuk profili açanda yuxarıda sadaladığım keyfiyyətlərinə virtual məkanın əksər sakinləri şahid oldular. O, yenə təhsil problemləri, dünya səviyyəli korifey yazıçılar, sənətkarlar, alimlər haqqında yazır, inkişafımıza mane olan neqativləri, konkret şəxsləri sərt tənqid edir, zarafatından da qalmırdı.

E. Əliyev
Etibar Əliyev millət vəkili seçildikdən sonra mənə elə gəldi ki, bir çoxları kimi, o da dəyişəcək. Bir qədər lovğa, təkəbbürlü olacaq, əvvəlki qədər əlçatan olmayacaq, elmi, pulisistik yazılarına, tənqidlərinə ara verəcək. Ancaq bunlar olmadı. O yenə həmişəki kimi sadə, səmimi, sözünü çəkinmədən açıq söyləyən Etibar Əliyevdir.
Əgər o, hər hansı sözü demiş olsaydı, ya sözünün arxasında durar, fikrini əsaslandırar, ya da kişi kimi etiraf edib, üzr istəyərdi. “Deməmişəm” söyləyirsə, deməli, yüz faiz belə bir söz, ifadə, cümlə işlətməyib. Sadəcə, kimlərsə ona qarşı qəsdən qarayaxma kampaniyası aparır, onu nüfuzdan salmağa çalışır, əsgərlərlə millət vəkilinin arasını vurmaq istəyir, saxta vətənpərvərlik, daha doğrusu, vətənşüvənlik edirlər. Xüsusilə də, heç bir fakt ortaya qoymadan.
Məndə olan məlumata görə, Etibar Əliyevin seçildiyi dairədən 10 il deputat olmuş şəxs onun millət vəkili olmasını heç cür sinirə bilmir. Odur ki, sosial şəbəkələrdə saxladığı saxta profillər vasitəsilə ona böhtan yağdırır, nüfuzdan salmağa çalışır, təhqir etdirir. Adama deyərlər ki, ay qardaş, birincisi on il deputat olub bu xalqa nə vermisən? Sənin bu xalq qarşısında Etibar Əliyevin etdiklərinin yüzdə biri qədər xidmətin varmı?
İkincisi, uzun illərin təcrübəsinə rəğmən, seçki kampaniyasında sərgilədiyin növbəti yanlış, naşı, spekulyant davranışına görə, MSK qeydiyyatını ləğv edib. İndi bunun acığını Etibar Əliyevdən çıxmağın nə adı var. Elə bilirsən ki, Etibar Əliyevi nüfuzdan salmağa çalışmaqla gələn seçkilərdə ondan daha çox səs toplaya biləcəksən. Yenə də səhv edir və naşı taktika yürüdürsən.
Etibar Əliyev öz xidmətləri, davranışları, sadəliyi və səmimiyyəti ilə xalq adamı olduğunu çoxdan sübut edib. Odur ki, belə avantüralara vaxt, enerji, vəsait sərf etməyə dəyməz. Özünüzü boş yerə yorub, rüsvay etməyin.
Bölməyə aid digər xəbərlər

28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək