15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Ehtiramla” - Nadir Qocabəyli yazır
Tarix: 26-09-2019 15:29 | Bölmə: Nadir QOCABƏYLİ

Elə mətnlər var, sadəcə oxuya bilmirəm. Bu dəfə də oxuya bilmədim. Universitetdə eyni "potokda" mühazirə dinləmişik. Diqqətimi heç nəyi ilə çəkməyib. Bircə dəfə ötəri söhbət eləmişik, mənə deyib ki, sənin üzündə ironik ifadə var, amma yaxından söhbət edəndə yaxşı adam olduğun görünür...
Çox sonralar eşitdim ki, yazar olub. Fb-də qarşıma çıxdı, şəkli tanış gəldi. Sən demə, təxəllüs götürübmüş və çoxdanmış müxalifət qəzetlərində köşə-möşə yazırmış. Ay da... Yadıma düşdü. Bu imzaya rast gəlmişəm, amma Tofiq Yaqublu kimi maraqsız olub deyə, 2-3 cümləsindən o yana keçə bilməmişəm. Təəccüb etdim, mən müxaliflik edəndə bunun izi-tozu da yox idi. Asif atanın yanında fırlandığını eşitmişdim...
Amma indi müxalifətin məni tanımaq belə istəməyən iki aparıcı qəzetində bərkgedən köşələr yazırmış. Fb-də olan bütün qrup, "potok" yoldaşlarım kimi, ona da salam yazdım. Hal-əhval tutduq. Məlum oldu ki, artıq iki romanı çap olunub. Allah-Allah, papaq altında nə qızlar, oğlanlar varmış…
Bir neçə gündən sonra yazdı ki, üçüncü kitabımın təqdimat mərasimi olacaq, dəvət etsəm, gələrsən? Əlbəttə, o nə sözdür...
Deyilən vaxt getdim təqdimata. Yeri zülümnən tapdım. Yekə və yöndəmsiz bir binanın yuxarı mərtəbəsi idi. Pillələri qalxdım. Salona daxil olanda gözümə ilk sataşan "müxalifətin mitinq taktikasına" görə həbsdə yatan və şəklini qəzetlərdə gördüyüm oğlan oldu. O mənə xeyli zənlə baxdı, daşıdığı stulu döşəməyə qoyub dayandı. “Potok” yoldaşım məni ona təqdim etdi. Başımızla salamlaşdıq. Doğrusu, onların arasındakı münasibəti hələ də anlamış deyildim və sonralar biləcəkdim. Amma stuldaşıyan oğlan gözünü çəkmirdi…
Bir az keçdi. Baxdım ki, gələnlərin hamısı müxalifətçidir. Peşman oldum. Çünki mən ədəbi bir mühit, tələbə yoldaşlarımızı gözləyirdim, amma görmək istəmədiyim adamlarla qarşılaşdım. İstədim üzüsulu aradan çıxam, amma sonra “yaxşı düşməz” deyib qaldım. Çıxışçılar - İsa Qəmbər, Sabir Rüstəmxanlı, Əli Kərimli, Rafiq Zeynalov, Gültəkin Hacıbəyli, İbrahim İbrahimli ancaq siyasətdən danışdılar, hökuməti tənqid etdilər. Hiss elədim ki, Sabir Rüstəmxanlı xaric, heç birinin ədəbiyyat anlayışı yoxdur və kitabı da oxumayıblar.
Əlimi qaldırıb, aparıcıdan söz istədim, o AXCP funksioneri olan bir qadındır və məni yaxşı tanıyır. Özünü görməməzliyə vurdu. Bəlkə də, düz elədi. Çünki kitabı mən də hələ oxumamışdım, amma deməyə söz, danışmağa mövzu vardı. Deyəcəkdim ki, siz bura kitab müzakirəsinə yığışmısınız, yoxsa iqtidar əleyhinə mitinqə?
Nə isə, bu adamlar danışan kimi çıxışlar kəsildi. Müəllif özü danışdı və kitabları gətirib satmağa başladılar. Mən də birini aldım və hamı kimi, eyni zamanda xətri xoş olsun deyə, avtoqraf üçün müəllifin qarşısına qoydum. O, sadəcə “Ehtiramla” yazıb, kitabı mənə sarı itələdi. Çox pərt oldum və bura gəldiyimə görə, ürəyimdə özümü min dəfə söydüm, danladım, qınadım. Elə bilirdim ki, qət etdiyim 25 km yolun, 4-5 saatlıq vaxtın, təqdimat yerini tapana qədər çəkdiyim əziyyətin, ən nəhayət, verdiyim pulun müqabilində, heç olmasa, “Tələbə yoldaşım Nadir müəllimə, yaxud bəyə” sözlərini haqq edirəm. Amma buna əhəmiyyət vermədi mənim yazıçı “potok” yoldaşım. Nə yazıçılığı, nə də müxalifətçiliyi onda adi bir etika, minnətdarlıq duyğusu formalaşdıra bilmişdi.
Nə isə, belə yerlərə bir daha gəlməyəcəyimə “tövbə” edərək, kitabı götürüb çıxdım. Doğrusu, onun babat nəsə yazacağına zərrə qədər ümid etmirdim. Avtobusda bir neçə səhifəni güc-bəla oxuduqdan sonra, istədim kitabı pəncədərən atam bayıra. Amma əvvəla kitaba hörmət duyğusu buna icazə vermədi, bundan başqa küçəni zibilləmək istəmədim, sonra da düşündüm ki, bəlkə evdə uşaqlar, yaxud həyat yoldaşım oxuyar...
Amma onlar da oxuya bilmədilər...
Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək