15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Demokratiyaya gedən əyri yol - Nadir Qocabəyli yazır
Tarix: 06-11-2019 14:47 | Bölmə: Nadir QOCABƏYLİ

Ulu öndər Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin müxtəlif səbəblərdən (korrupsiya, xəyanətkarlıq, prinsipsizlik, siyasi riyakarlıq və s.) hakimiyyətdən uzaqlaşdırdıqları və qovduqları adamları öz süfrələrinin başında əyləşdirmək ənənəvi radikal müxalifətin zərərli vərdişlərindən yalnız biridir. Bir vaxtlar Lalə Şövkət Hacıyevanın, Rəsul Quliyevin istisinə qızınanlar, Eldar Namazovu baş ideloq edənlər, hazırda Gültəkin Hacıyevanı əcnəbilərlə “pıçı-pıçı” üçün baş koordinator seçənlər, dünən də Əli İnsanovun başına toplaşmışdılar.
Guya ictimai-siyasi vəziyyəti müzakirə edib, çıxış yolları axtarırlar. Əslində isə özlərinin düşdüyü və heç cür çıxa bilmədikləri acınacaqlı durumdan çıxış yolu tapmaq üçün neçə dəfə yığışmışdılar. Çünki Azərbaycan xalqı radikal müxalifətin fəaliyyət göstərdiyi otuz ilə yaxın vaxt ərzində belə formatları çox görüb və müşahidə edib. Bunlar vaxtilə Lalə Şövkətin, Rəsul Quliyevin, Eldar Namazovun, Rüstəm İbrahimbəyovun şərəfinə düzənlədikləri məclisi bu dəfə də Əli İnsanovun şəninə düzüb-qoşmuşdular. Həmişəki kimi, uğursuz olacağı da hər kəsə bəri başdan məlumdur.
Ancaq insaf naminə onu da qeyd etmək lazımdır ki, radikalların budəfəki kumiri əvvəlkilərdən xeyli fərqlənir və təəssüf ki, bu fərqin heç bir müsbət tərəfi yoxdur. Yəni radikalların başlarına tac etmək istədikləri əvvəlki eks-məmurların və qeyri-məmurların tərcümeyi-hallarında xalqa təqdim etmək üçün müəyyən müsbət cizgilər tapmaq mümkün idisə, bu dəfə o da yoxdur. Məsələn, Rəsul Quliyev yaxşı təsərrüfatçı, Lalə Şövkət güclü xarakterə malik qadın, Rüstəm İbrahimbəyov tanınmış ssenarist kimi təqdim olunurdusa, daha doğrusu, sırınırdısa, Əli İnsanovu kütləyə heç nəylə sırımaq mümkün deyil. Radikallar buna tüpürüblər. Onlardan soruşanda “axı bu kişinin nəyi xoşunuza gəlib ki, madmazel Demokratiyanın taleyini onunla müzakirə etməyə qərar vermisiniz?” – cavab tapmağa çətinlik çəkir, məntiqlərini zorlayırlar. Bu yaxınlarda bir debatda Pənah Hüseynə bu haqda sual veriləndə dedi ki, guya Əli İnsanov eks-məmurlar içərisində əyilməyən, sınmayan yeganə şəxsdir. Bu söhbət, əlbəttə, ilk olaraq adamın yadına böyük Üzeyir Hacıbəylinin dahiyanə operettası “O olmasın, bu olsun”dakı məşhur fraqmenti salır: “Biz şərab içirik, Məşədi İbad isə çay içir”.
Mən Əli İnsanovun hansı içkini daha çox xoşladığını bilmirəm, amma həm Pənah Hüseynin, həm də bütün unutqanların yaddaşını təzələyə bilərəm. Əli İnsanov dəfələrlə Prezident İlham Əliyevə onu bağışlaması, əfv etməsi haqda yazılı müraciətlər ünvanlayıb (şifahi müraciətlərin, yəqin ki, sayı-hesabı yoxdur), amma günahı böyük olduğundan, dərhal əfv edilməyib. Çünki o, dövlətə ikiqat, üçqat xəyanət edib: həm səhiyyəni rüşvət, korrupsiya bataqlığına çevirməklə, ölkə vətəndaşlarının sağlamlığına ciddi ziyan vurub, həm də oğurladığı pullardan istifadə edərək dövlət çevrilişinə cəhd edib. Bununla belə, Prezident alicənablıq göstərərək sonunda onu həbsdən azad etdi. Amma görünür, o, öz hirsini, hikkəsini, kinini cilovlayacaq qədər nəcib insan deyil. Radikallara da belə tünd duyğuların əsiri olan persona lazımdır.
Amma bunun üzərinə Əli İnsanovun televiziyada nümayiş etdirilən qızıl kərpiclərinin parıltısını, ərəb şeyxləri üslubunda bəzədilmiş gözqamaşdırıcı sarayını da gəlmək olar. Keçmiş səhiyyə naziri qətiyyən səxavətli adam təsiri bağışlamasa da, radikalların gözlərini qamaşdırdığı şübhəsizdir. Yalançı tamahkarı həmişə aldadıb və bu dəfə də belə olacağı şəksizdir. Bir də Əli İnsanov özünü mənsub olduğu regionun ağsaqqalı elan edib. Məncə, tamamilə yanılır. Ola bilər ki, Heydər Əliyevin kölgəsinə sığınaraq nazir olduğu əyyamlarda kimlərsə ona “ağsaqqal” deyib və o da xam xəyala düşüb. İnsanda belə hallar olur, ancaq tez silkinib ayılmayanda ağır nəticələr doğurur. Odur ki, Əli müəllim də keçmişin təsirindən qurtulmalı, hər deyilənə inanmamalı, yenidən küyə getməməlidir.
Diqqət çəkən məqamlardan biri də toplantının tərkibi idi. Heç də yeni olmayan bu avantüra Pənah Hüseynin dəsti-xəttinə çox oxşayır və çox güman ki, Strateji Düşüncə Mərkəzinin yeganə təmsilçisi olan İsa Qəmbərin beyninin süzgəcindən keçəndən sonra Müsavat başqanı Arif Hacılının dilindən səsləndirilib. Odur ki, hər üç zat şəxsən təmsil olunurdu. ADR hərəkatından sədr Qubad İbadoğlunun deyil, məhz “demokratiyaya gedən uzun yol” kitabının müəllifi Hikmət Hacızadənin dəvət olunması da, “kompromat dostlarının” (ifadə Pənah Hüseynin köməkçisinə aiddir – N. Q.) iqtisadçı professora qarşı hələ də qəzəbli olduqlarını göstərir. Amma bəlkə də bitib-tükənmək bilməyən “uzun” (oxu: “əyri” – N.Q.) yollarını bu dəfə də başa vura bilməyəcəklərinə dolayısı ilə işarə ediblər.
Əli Kərimlinin o məclisə qatılmayacağı haqda fikirlər olsa da, son məğlubiyyətdən sonra özünə gəlmək üçün hər gördüyü saman çöpündən yapışmağı fürsət bilən baş cəbhəçi bu avantüradan da kənarda qala bilmədi. Ya da qatılmaqla bağlı “yevro-tövsiyə”ni ona son anda çatdırdılar.
Görüşün ən maraqlı və sürpriz personajı “Turan” informasiya agentliyinin şefi Mehman Əliyev idi. Bu adamın hansı məzhəbə qulluq etdiyi həqiqətən müəmmalıdır. Gah azad, müstəqil mediadan danışır, gah müxalifətçi olur, gah özünü Prezidentin apardığı islahatların dəstəkçisi rolunda təqdim edərək, mülahizələr irəli sürür, gah da mətbuatın işini tənzimləyən dövlət məmuruna qarşı kəskin hücuma keçir, hətta onun həbsini tələb edərək bir anlıq qeyri-ciddi prokuror roluna girir (əslində öz aləmində hayıf çıxır), mənfəət dostları ilə əlbir olaraq bəzi saytlarda Prezidentin ən sadiq və fəal köməkçilərindən biri olan Əli Həsənova qarşı qərəzli materiallar dərc etdirir, şər-böhtan kampaniyası aparır. Adamdan soruşarlar: əgər islahatlara dəstək verirsənsə, niyə saman altından su yerindən dostlarınla birlikdə Prezidentin islahatçı komandasına qarşı təxribatçı işlər görürsən? Digər tərəfdən, əgər mediada, ümumiyyətlə ölkədə islahatlar aparmaq tərəfdarısansa, xalqı qeyri-qanuni küçələrə səsləyən radikal Kərimlinin, mətbuat təmsilçilərini vaxtilə “neandertal” adlandıran, qadın jurnalistə “elə-belə yox ey, konkret rədd ol” deyən İnsanovun yanında nə işin var? Axı azad, tərəfsiz mətbuat istəyən adam, Qənimət Zahidə və Sevinc Osmanqızıya sanki özünün qabaqcadan hazırlayıb verdiyi sualları cavablandıran Əli Kərimli, mətbuata nifrət püskürməsi ilə ad çıxaran Əli İnsanovla hansı müsbət, məhsuldar müzakirələr apara bilər? Əlbəttə ki, heç bir. Mehman Əliyev və onun kimilərini yalnız bircə şey düşündürür: o da şəxsi mənfəət, qazanc və puldur. O öz saman altından su yeridən professor, redaktor, QHT-çi, xüsusi müxbir, ekspert dostlarını da başına yığıb tədricən hakmiyyətə sızmaq, dövlətin KİV-ə ayırdığı vəsaitlərə nəzarəti ələ keçirmək, onu öz “kruqu” arasında pay-püş etmək, imtiyazlardan gen-bol, hərtərəfli faydalanmaq arzusu ilə yaşayır, bu məqsədlə maskalanır, ancaq arabir radikal dostlarının yanında olmaq şakərindən də əl çəkə bilmir.
Mehman Əliyevin şəxsi və qrup mənfəətinə hesablanan ikibaşlı oyunları heç də yeni deyil. O, Qərbdən Azərbaycanda „müstəqil“ medianın inkişafı üçün ayrılan pulların daim bəlli bir şəbəkə tərəfindən mənimsənilməsinə şərait yaradıb. Öz layihələrinə, o cümlədən fərdi biznesinə zaman-zaman hakimiyyətin, onun müxtəlif iri fiqurlarının ən azı loyal münasibət göstərməsi üçün müəyyən əməkdaşlıqlara gedib. Mehman Əliyevin “Turan” informasiya agentliyindən kənarda müəyyən biznesə malik olması barədə “Azadlıq” qəzetinin məşhur redaksiyasında həmişə danışılıb. Mehman Əliyevin hakimiyyətlə münasibətləri bəzən hətta o qədər isti olub ki, AXCP, daha doğrusu, AXCP daxilindəki “Yurd”un maraqlarının təminatı üçün müəyyən danışıqlar şəxsən onun vasitəçiliyi ilə aparılıb. Bu barədə Mehman Əliyev özü də zaman-zaman açıqlamalar verib. Mehman Əliyev hətta 2013-cü ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinə ünvanlanan “şanlı namə”yə imza atanlardan biridir. Məktubda Rusiyadan Bakıya namizəd ixrac edilməsi xahiş olunurdu. Təkcə bu fakt Mehman Əliyevin hansı əqidənin daşıyıcısı, yolun yolçusu olduğu haqda yetərli qənaət hasil edir.
Uzun illərdir ard-arda məğlubiyyətə uğrayan radikal müxalifət, onun məşhur başbilənləri xalq arasında nüfuz qazana bilmədiklərinin fərqindədirlər. Odur ki, cilddən-cildə düşür, müxtəlif oyunbazlıqlar edir, vaxtaşırı özlərinə yeni lider axtarır, bununla sayı bir neçə min nəfəri aşmayan hay-küyçü, dağıdıcı, söyüşcül tərəfdarlarını pərən-pərən olmaqdan qorumağa çalışırlar. Bu məqsədlə indi də ən odioz, ən çox korrupsiyaya bulaşmış, əhalinin ən çox nifrət etdiyi eks-məmur Əli İnsanovun ətəyindən yapışıblar. Bu siyasi avantüranın da iflasa uğrayacağı gün uzaqda deyil. Atalar yaxşı deyib: „Görünən dağa nə bələdçi“.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək