15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Sükan - Hekayə
Tarix: 15-02-2024 08:42 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Məmmədəli Əli Bayramlıda işlərini qaydaya salandan, qohum-əqrəbası ilə xudahafizləşəndən sonra şəxsi maşınına əyləşib Bakıya yola düşdü. Onun tək-tənha yol getməklə arası yox idi. Həm darıxırdı, həm də yuxu güc gəlirdi. Elə fikrindən keçirirdi ki, bir qulaq yoldaşı olsaydı, yolu başa vurardı. Bir də gördü ki, Hacıqabul istiqamətində bir nəfər əl eləyir. O, qeyri-ixtiyari əyləci basdı.
Uzunboylu, noxudu keçəl bir nəfər yaxınlaşıb:
- Şəhərə gedirsiniz? - deyə xəbər aldı.
- Bəli, şəhərə gedirəm. Buyurun, əyləşin.
Həmin şəxs qabaq qapını açıb onun yanında əyləşdi. Əyləşən kimi də əlini uzadıb bir növ məcburən Məmmədəli ilə görüşdü və özünü təqdim etdi:
- Kərəm.
Maşın tərpəndi. Pirsaatı, Navahını, Atbulağı keçəndən sonra Ələt qəsəbəsinə çata-çatda Kərəm dizinin üstünə qoyduğu diplomat çamadanı açıb şpris çıxardı və ətinə yeritdi. Məmmədəli təəccüblənsə də, əhəmiyyət vermədi.
Kərəm Arandan-Turandan danışsa da, Məmmədəlinin fikri yolda idi. Birdən Kərəm üzünü ona tutaraq:
- Qaqaş, maşını verərsən, bir az da mən sürüm? - deyə xəbər aldı.
Məmmədəli:
- Olmaz, mən sükanı başqasının əlinə vermirəm. Yüz cür hadisə olur.
Kərəm də öz növbəsində:
- Biz sürəndə nə olacaq ki?.. - dedi.
Məmmədəli özünü o yerə qoymadı:
- Yoxsa, maşını idarə etməyim xoşuna gəlmir, əmioğlu? - deyə soruşdu.
- Nə danışırsan, yox, yox, sözüm yoxdur.
Maşın Qobustana yaxınlaşırdı. Boz, çılpaq təpələr adamı darıxdırırdı. Bir yandan da günəşin qızmar şüaları yandırırdı. Maşının pəncərə şüşələri aşağı salınsa da, isti adamı bezdirirdi. Kərəm dözə bilməyərək:
- Qaqaş, nolar, qoy bir az da mən sürüm də, - deyə yalvardı.
Məmmədəli:
- A kişi, fikrin özgə sürücülərə getməsin. Mən xaltura ilə məşğul olmuram, səni də darıxdığım üçün götürmüşəm. Sürməyə gəldikdə isə, özümə nə gəlib?!..
Bir az keçmiş Kərəm yenidən qır-saqqız olub yapışdı:
- Nə olar qaqaş, icazə ver, bir az da mən sürüm…
Məmmədəli:
- Nə qəribə adamsan, brat, qələt eləmədim ki, səni götürdüm. A kişi, sakit otur yerində, gedək çıxaq mənzil başına. İş-güc adamıyam…
Kərəm pərt olub səsini kəsdi. Sonra nə fikirləşdisə, üzünü Məmmədəliyə tutub:
- Onda icazə ver, öz maşınımı sürüm, - dedi.
Məmmədəli təəccüb və heyrət içərisində, heç nə başa düşməyərək çiyinlərini çəkdi:
- Sürürsən, sür də, - dedi.
Kərəm təzədən diplomat çamadanını açıb bir sükan çıxartdı, onu bardaçoka salaraq, sola-sağa döndərməyə başladı. Kərəmin hərəkətlərindən heç nə başa düşmədiyindən Məmmədəli çalışdı ki, ona əhəmiyyət verməsin. Fikri evində-eşiyində idi. Qızının ad günü keçiriləcəkdi. Az sonra qonaqlar yığışacaqdılar. Onları qarşılamaq, yola salmaq lazım idi. Odur ki, özünü tez evə çatdırmaq istəyirdi.
Kərəm gözaltı Məmmədəliyə baxaraq, onun hərəkətlərini təkrar edir, sükanı sola-sağa döndərirdi. Bu zaman onların yanından sürətlə bir “Jiruli” maşını ötüb keçdi. İndi “Jiquli” Məmmədəlinin “Moskviç”ndən bir qədər irəlidə gedirdi. Hiss olunurdu ki, onları heyrət bürüyüb. Sürücünün yanında əyləşən cavan oğlan dönüb tez-tez arxaya baxır, yanındakına əl-qolu ilə nəyisə başa salmağa çalışırdı. Sürücü də maraq göstərdiyindən qarşısındakı güzgüdən Məmmədəli ilə Kərəmin hərəkətlərini izləyirdi.
Təəccüb ediləsi iş idi: maşında iki sükan vardı. Özü də maşını həm Məmmədəli, həm də Kərəm idarə edirdi. Xeyli qabağa keçmiş “Jiquli” sahibini də, onun yol yoldaşını da maraq məcbur etdi ki, maşının sürətini azaltsınlar. “Jiquli” artıq “Moskviç”in bərabərində gedirdi. Sürücü də, cavan oğlan da heyrətdən açılmış gözlərini Məmmədəli ilə Kərəmə zilləmişdilər. Bunu görən Kərəm bir az da canfəşanlıq elədi. Sonra üzünü Məmmədəliyə tutaraq:
- Qaqaş, indi gör, lələşin nə fənd işlədəcək… - dedi və yalançı sükanı qəfil hərəkətlə sola – “Jiquli”dəkilərə sarı döndərdi. Onun hərəkətindən özünü itirən “Jiquli”nin sürücüsü “Moskviç”in onlara çırpılacağından, bədbəxt hadisə baş verəcəyindən qorxub qeyri-ixtiyari o da cəld sükanı sola döndərdi və bir an içərisində maşın yoldan çıxıb bənd aşağı yuvarlandı.
Bunu görən Məmmədəli əli ilə başını qamarladı, həyəcan içərisində və eyni zamanda qəzəblə:
- Nə etdin, zalım oğlu?! - dedi.
Kərəm halını da pozmadan:
- A kişi, sür, gedək, bənd olma…
Məmmədəli təəccüblə:
- Necə yəni sür gedək! - deyə heyrətini bildirdi. - Maşın aşdı. Yəqin yaralanıblar. Onlara kömək lazımdır.
Kərəm yalançı sükanı sağa-sola döndərməkdə davam edərək, etinasız:
- Bir vaxt mənim də yağın içində bir “Jiquli”m vardı. Günlərin bir günündə mənim də başıma belə bir oyun gətirdilər. Aşıb, başımı, gözümü əzdim. İndi o qəşəng “Jiquli”dən qalan bax bu əlimdəki sükandır… Sür, qardaş, sür gedək…
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək