15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Məni də aparın... - Akif Abbasov yazır
Tarix: 19-07-2024 14:45 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Rüfət Buzovnada dostları ilə yeyib-içib, dayanmışdı Zuğulba yarımstansiyası ilə üzbəüz avtobus dayanacağında. 171 nömrəli avtobusu gözləyirdi.
Əzizağa dostlarını Buzovnadakı bağına qonaq çağırmışdı. Gəlib kabab çəkmiş, həyətin mer-meyvəsindən dərib yemiş, doyunca spirtli içki içmişdilər.
Rüfətin qəribə xasiyyəti vardı. Arağı pivə ilə qarışdırıb içərdi. Dostları deyirdilər belə eləmə, ya araq iç, ya pivə. İkisinin sərxoşluğa yaman olur. Əvvəl, yəni içəndə bilmirsən, sonra səni götürür, gəl görəsən. Kimə deyirsən? Rüfət bu xasiyyətindən əl götürmürdü.
Əzizağa yaxşı süfrə açmışdı. Əvvəlcə samovar çayı gətirildi. Cürbəcür bahalı şokolad və karamellər, çərəzlər, mürəbbələr, limon süfrəni bəzəyirdi. Kəklikotulu, mixəkli, zəfəranlı, nanəli çayniklər düzülmüşdü stol boyu. Xalis, təbii Astara çayından dəmlənmiş çay da vardı.
Manqal tüstülənməkdə, kabablar bişməkdə idi. Lülə, tikə kababından savayı, nərə balığından tikələr də şişlərə keçirilib düzülmüşdi manqalın üstünə. Əlqərəz yaxşı bir qonaqlıq alınmışdı. Bahalı araqlar, viski, çaxır, pivə... Hansından istəyirsən iç...
Məclis sona yetəndə ayıq sürücü çağırdılar. Toğrul, Tural, Tofiq qalxdılar. Rüfət yerindən tərpənmədi. Gözü içkilərdə qalmışdı.
- Siz gedin, mən özüm gələcəyəm, - deyə əlini yellədi. Bildirdi ki, onun hələ getmək fikri yoxdur. Əzizağa ilə söhbətləri var.
Dostlar getdilər. Rüfət qədəhini araqla doldurub Əzizağaya:
- Sağ ol, brat, sənin, ailənin sağlığına, - deyib arağı başına çəkdi. Pivə ilə arağın acılığını görürdü. Üstündən də bir dilim qarpız yedi.
Açığı, Əzizağa çox yorulmuşdu. Əslində istəyirdi ki, Rüfət də o birilərinə qoşulub getsin. Amma o getmədi. İndi Əzizağa oturub onun nə zaman ayağa qalxacağını gözləyirdi. Rüfət rabitəsiz danışır, gah Əzizağanı tərifləyir, gah gedən dostlarının qeybətini edirdi.
Nəhayət, Rüfət ayağa qalxdı. Ləngər vururdu. Əzizağa oğlu Muradı çağırdı:
- Əmini dayanacağa qədər apar.
Murad maşını işə saldı. Rüfət Əzizağanı qucaqlayıb öpdü. “Di, salamat qal”, - deyib maşına əyləşdi. Avtodayanacağa çatanda düşdü. Murad dedi:
- Rüfət əmi, hava istidir, maşında əyləşin, avtobus gələndə düşüb minərsiniz, - deyə təklif etsə də, Rüfət qulaq asmadı. Əksinə, Murada dedi ki, gözləməsin, getsin. Murad onun təkidlərindən sonra çar-naçar evlərinə döndü.
171 nömrəli avtobus “Koroğlu” metrostansiyasına gedirdi. Rüfət orada düşüb metronun “Nərimanov” stansiyasına gedəcəkdi. İşin tərsliyindən 171 nömrəli avtobus yenicə gəlib getmişdi. Rüfət gözləməkdə idi. Bu zaman bir minik maşını qarşısında dayandı.
Ayaq üstə Rüfəti yuxu basırdı. Sürücü hara getdiyini dedi. Rüfət də tez maşına əyləşdi. Rüfət sevincək olmuşdu: “Mercedes” lap yerinə düşdü. Rahat gedəcəyəm. Avtobusda basa-bas olur. Çox vaxt əyləşməyə yer tapılmır. Cavanlar da dəyişiblər. Əvvəlki yeniyetmələrə bənzəmirlər. Durub yaşlılara yer vermirlər. Eybi yox, axır onlar da yaşa dolarlar. Onda günahlarını anlayarlar”.
“Mercedes” tərpəndi. Rüfət içəridəkilərlə salamlaşdı. Bir nəfər arxa oturacaqda, bir nəfər də sürücünün yanında əyləşmişdi. Kondisioner işləyirdi. Rüfət başını atıb yatdı.
Az keçdi, çox keçdi, bilmirik, maşın mənzil başına çatmışdı. O biri iki nəfər düşüb getmişdi. Rüfəti oyatmaq problemə dönmüşdü. Oyanmaq bilmirdi ki. Spirtli içkinin iyi maşının salonunu başına götürmüşdü. Nəhayət, Rüfət özünə gəldi. Maşından düşüb ətrafa boylandı. “Bura haradır?” Heç tanış gəlmir.
Rüfət sürücüyə müraciətlə:
- Qardaş, harada saxlamısan bu maşını? – deyə soruşdu. - Tapa bilmirəm haradayam.
Sürücü təəccüblə ona baxdı:
- Elə bil birinci dəfədir gəlirsən. Necə yəni haradır? Həmişə harada saxlayırıq, oradır da. Taksi dayanacağıdır. O da o biri taksilər.
Rüfət boylanmaqda davam edərək xəbər aldı:
- Metro hansı tərəfdədir?
Sürücü çiyinlərini çəkdi:
- Nə metro?
Onu gülmək tutmuşdu:
- Mən biləni, buraya metro yüz il sonra da çəkilməz.
Rüfət elə bildi ki, sürücü onu dolayır, ona görə özündən çıxdı:
- Al, manatını, özüm taparam.
Sürücü manatı onun üstünə atdı:
- 200-250 kilometr yol gəlmisən, bir manat verirsən?
Bu dəfə Rüfət çiyinlərini çəkdi:
- 200-250 kilometr haradan çıxdı? Vur-tut 30 kilometr yol gəlmisən. Adam dolayırsan?
Sürücü qəribə müştərinin danışığına, özünü aparmasına mat-məəttəl qalmışdı:
- A kişi, sənin ağlın üstündə deyil deyəsən. Boz araqdan vurmusan doyunca, ağlın başından çıxıb. Ona görə də ağlına gələni danışırsan.
Rüfət özündən çıxdı:
- Nə qədər istəyirsən, 2 manat? Lap ağ eləmisiniz. Əvvəllər metroya gəlmək üçün 4 nəfər götürüb adambaşına 1 manat alardınız...
Sürücü ilə Rüfətin mübahisəsini görüb bir neçə sürücü də onlara yaxınlaşmışdı. Bu mübahisənin nə ilə qurtaracağını gözləyirdilər:
- Ay kişi, nə metro, metro salmısan? Sən hara gedirdin?
Rüfət anlatdı:
- Buzovnadan metronun “Koroğlu” stansiyasına...
Sürücülərdən biri dilləndi:
- Ay kişi, bura bilirsən haradır?
Rüfət:
- Hara? – deyə soruşdu.
Dedilər:
- Kürdəmirdir.
Rüfəti gətirən sürücü:
- Bəli, Kürdəmidir. Əlin cibində olsun. 15 manat verəcəksən.
Rüfət lap cin atına mindi:
- Nə Kürdəmir? Mənim Kürdəmirdə nə işim?
Sürücü:
- Necə yəni nə işim?! - dedi. -Təqsir özündədir, məndə deyil. Maşını saxladım. Soruşdun ki, hara gedirsən? Dedim Kürdəmirə. Sən də tez oturdun. Oturan kimi də yatdın. Qırx ilin yuxusuzu kimi...
Rüfət sanki yatmışdı, ayıldı. Başını yelləyərək dedi:
- Mən metronun “Koroğlu” stansiyası bilib əyləşmişəm.
Sürücü ona məsləhər gördü:
- Bu taksilərdən Bakıya gedəni var. Nə qədər gec deyil, əyləş, səni aparsınlar.
Sürücü bunu deyib əlini qabağa uzatdı:
- Amma əvvəlcə mənim 15 manatımı ver.
Rüfət baxa-baxa qaldı. Əzizağanın qonaqlığı ona baha başa gəlmişdi.
Bakı şəhəri, 19 iyul 2024-cü il
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək