15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Yoxlama - Akif Abbasov yazır
Tarix: 03-05-2025 16:45 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Səid özünə yer tapa bilmirdi. Anası açıq-aydın tərslik edirdi. Səid srağagün küçədən 5 manat tapmışdı. Yerdə pulu görəndə və onu götürəndə ətrafına çox boylanmışdı. Bir ins-cins görməmişdi ki, pul tapdığını desin və pulu yiyəsinə qaytarsın. Əlacsız qalıb pulu evə gətirmiş, anasına verərək: “Küçədən tapmışam”, - demişdi.
Pərvanə xala bunu gizlətməyib ona dediyindən xoş hal olsa da, həm də yaman pis olmuş, halı dəyişmiş, oğlunu çoxsaylı suallara tutmuşdu:
- Düzünü de, oğlum, qorxma, səni cəzalandırmaram. Bəlkə ətrafında kim isə varmış, amma pul tapdığını onlardan gizlətmisən?
Səid anasını inandırmağa çalışdı:
- Yox, ay ana, bu nə sözüdür! Olanı dedim. Uşaq-zadam?!
Səid and-aman eləsə də, Pərvanə xala əl çəkmirdi.
Səidi atasız böyütmüşdü. Ərini erkən itirmişdi. Uşaq onun yadigarı idi. Bu həyatda Pərvanə xalanın varı-yoxu bir Səid idi. Övlad sarıdan yəni. İstəyirdi onu vicdanlı, namuslu, ədalətli, xeyirxah, doğrucul bir insan kimi böyütsün. Baxıb ona fəxr eləsin.
- Səid, az-azacıq pul deyil, iki balon qatıq, 2-3 litr süd, 10 dənə çörək, 1 kilo pendir edir. Gərək götürməyəydin.
Səid də özünü pis hiss edirdi. Anası ona niyə inanmır?
- Ay oğul, bəlkə…
Səid qıpqırmızı qızardı:
- Ay ana, deyirsən bəlkə 5 manatı oğurlamışam?
- Elə demirəm, oğlum, ağlıma min şey gəlir. Nə bilim…
Pərvanə xala daha bir söz deməyib üzünü çevirdi, yarımçıq qalmış işləri ilə məşğul olmağa başladı. Amma Səid gördü ki, onun eyni hələ də açılmayıb.
Həmin axşam sorğu-sualsız keçdi. Pərvanə xala 5 manatı stolun üstündəki örtüyün altına qoymuşdu. Yadına düşəndə dilxor olurdu. Oğluna inanırdı. Yalançı deyildi, düzlük, doğruçuluq tərəfdarı idi. Pis işlərlə arası olmazdı. Davranışı nümunəvi idi.
Həmin hadisədən 2 gün keçmişdi. Pərvanə xala hələ də fikirli idi. O, Səidə pul verib kənd dükanına göndərdi. Bir kilo uzun düyü, bir kilo da qənd almağı tapşırdı.
Səid yola düzəldi. Dükanda satıcı Səlim kişidən başqa adam yox idi. O, Səidin dükana yaxınlaşdığını görüb ayağa qalxdı. Səid içəri girəndə döşəmədə 10 manatlıq gördü. Əyilib götürdü.
Səlim kişi Səidə müraciətlə soruşdu:
- Oğlum, nə alacaqsan?
Səid Səlim kişiyə salam verib onluğu ona uzatdı:
- Səlim dayı, 10 manatlığı yerdən tapdım.
Səlim kişi razılıqla başını tərpədib pulu aldı:
- Yəqin müştərilərdən birinindir. İtirib. Gec-tez dalınca gələcək.
Səlim kişi Səidi yola saldı. Səid uzun düyü ilə qəndi anasına verib uşaqlarla oynamağa getdi. Axşamüstü evə gələndə anasını üzügülər gördü. Qadın sevincdən az qalırdı qanadlanıb uçsun:
- Oğlum, Allah səndən razı olsun! Ürəyim yerinə gəldi.
Səid təəccüb içərisində idi.
- Ana, nə olub? Nə baş verib? İki gün idi halı pərişan gəzib-dolanırdın? Birdən-birə nə dəyişdi?
Pərvanə xala:
- Tamam əmin oldum ki, sən o 5 manatı həqiqətən küçədən tapmısan?
Səidi gülmək tutdu:
- Yəni əmin oldun ki, oğurlamamışam?!
- Yox, elə demədim. Nə isə, pisimə gəlirdi. Hər şey aydınlaşdı…
Səid diqqət kəsildi:
- Necə?
Sən demə Pərvanə xala dərdini dayısı oğlu Səlim kişiyə deyibmiş, o da Səidi yoxlayıb? Necə? Uzaqdan Səidin gəldiyini görüb döşəməyə 10 manat pul atıbmış. Səid də pulu götürüb Səlim kişiyə verib. Səlim kişi Pərvanə xalaya:
- Sənin oğlun saf uşaqdır. Ondan nəbadə şübhələnəsən. O, özünü vicdanının tələb etdiyi kimi aparır. Pula həris olsaydı, 10 manatı qaytarmazdı…
Bölməyə aid digər xəbərlər

26 avqust 2023-cü il
Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək