15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Şalvar məsələsi - Hekayə
Tarix: 24-03-2024 11:30 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Tikinti idarələrinin birində iclas idi. Nazir müavini də gəlmişdi. Rəyasət heyəti iki nəfərdən ibarət idi. Yuxarı başda nazir müavini ilə direktor əyləşmişdi. Direktorun illik hesabatından sonra nazir müavini söz aldı. O, müəssisənin müsbət fəaliyyətini qeyd etməklə yanaşı görülməsi vacib olan məsələlərin üzərində də dayandı.
İşçilər sakitcə dinləyir, hərə öz payını götürürdü. Baş mühəndisin müavini Teymur da qabaq cərgədə oturmuşdu. Onun 70-ə yaxın yaşı vardı, iclasla heç arası yox idi. İclasların əleyhinə deyildi, amma xoşu da gəlmirdi. Ona görə ki, bir az oturandan sonra mürgüləyirdi. Bu isə yaxşı əlamət deyildi. Həm iclasa, həm də çıxış edən şəxsə hörmətsizlik sayıla bilərdi. Üstəlik, çəkiliş olurdusa, yuxulu vəziyyətdə ekrana düşərdi. Bu lap pis.
Nazir müavini hələ sözünü qurtarmamışdı:
- Əziz yoldaşlar, siz tənqiddən nəticə çıxarmalı, fəaliyyətinizdə dönüş yaratmalısınız...
Birdən iclas zalında canlanma yarandı. Nazir müavini çıxışını kəsdi. Teymur kişi ayağa qalxmışdı. Direktor öz-özünə: “Bu kişi niyə ayaq üstə dayanıb? İcazə almadan çıxış etmək istəyir? Bu, ən azı hörmətsizlik, özbaşnalıqdır! Axı nazir müavini hələ sözünü bitirməyib. Onun sözünü kəsmək nə deməkdir?”
Hamı diqqət kəsilmişdi. Nazir müavini də baxırdı. Teymur kişi köynəyini çıxarıb bayaq əyləşdiyi stulun üstünə tulladı. Sonra əlini belindəki kəmərə atdı. Onu açmağa başladı. Hamının gözü dörd olmuşdu. Şalvarını çıxarmaq istəyəndə tez onun başının üstünü kəsdirdilər. Onu qucaqlarında qonşu otağa apardılar.
Nazir müavini başını bulayıb sözünə davam etdi və çıxışını yekunlaşdırdı. Tezliklə iclas bitdi. Direktor nazir müavinini yola salıb baş mühəndisi çağırdı:
- Bu nə oyun idi Teymur kişi çıxardı?! Hələ Allah üzümüzə baxdı ki, şalvarını əynindən çıxarmamış onu otağa apardılar. Nazir müavininin, qadınların, qızların yanında bu nə axmaq hərəkət idi.
Baş mühəndisin güldüyünü görüb:
- Niyə gülürsən? Düz demirəm? Yoxsa Teymurun hərəkəti xoşuna gəlib?!
Baş mühəndis cavabında:
- Maraqlandıq, - dedi. - Bilirsiniz nə söylədi?
- Nə?
- Dedi ki, yuxulamışdım. Yuxuda arvadım gəlib məni oyadaraq, dedi ki, a kişi, pallı-paltarlı niyə yatırsan. Dur, əynini soyun, rahat yat. Mən də iclasda olduğumun fərqinə varmadan qeyri-ixtiyari, yarım yuxulu onun sözünə əməl etdim. Bağışlayın. Xəcalətimdən özünə yer tapmıram. Axırıncı dəfə olsun.
Direktoru da gülmək tutdu:
- Bəh, bəh. İşimizə bax. Nazir müavininin yanında biabır olduq. Gedib nazirə də deyəcək.
Baş mühəndis sözünə davam etdi:
- Hə, amma, Teymur pis adam deyil. Bir az xəstəliyi də var. Üzr istədi. Məsləhətdirsə, dəyib-dolaşmayaq, həm də bu məsələyə bir daha qayıtmayaq. Onsuz da utanır.
Direktor:
- Yaxşı, - dedi. - Bundan sonra gedib arxa cərgələrin birində əyləşsin, kimsə ona nəzarət etsin. Yaxşımı?
- Yaxşı.
Bakı şəhəri, 21 mart 2024-cü il
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək