15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Sara - Akif Abbasov yazır
Tarix: 29-03-2025 16:46 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Kamalın telefon kitabçası qeydlərlə dolu idi. Bu gün işsiz-gücsüz olduğundan kitabçanı vərəqləməyə başladı. Bir-iki adama zəng edib hal-əhval tutdu. Birdən gözləri Sara adına sataşdı. Ha çalışdı yadına sala bilmədi. «Ya allah!» - deyib Saranın telefon nömrəsini yığdı. İncə səs eşitdi:
- Bəəli…
Kamal «tor» atdı:
- Can bəli.
Qız kim idisə Kamal onu tanıyırdı, yoxsa onun adı, telefon nömrəsi onun kitabçasında nə gəzirdi?! Sadəcə, xatırlaya bilmirdi. Qızlardan o qədər dost-tanışı vardı ki… Görünür, uzun müddət başı qarışdığından, onu yadına salmayıb ki, indi də xatırlaya bilmir. Qız isə onu dərhal tanımışdı. Odur ki, telefonun o biri başından səs gəldi:
- Eşidirəm, Kamal.
Kamal zənnində yanılmadığını başa düşüb sevindi. Lakin onu sorğu-suala tuta bilməzdi ki, sən hansı Sarasan, rəngin-ruhun, bərin-bəzəyin, görünüşün necədir, ayaqqabının ölçüsü neçədir, nə yeyib-nə içirsən, harada yaşayırsan, harada işləyirsən, axşamlar saat neçədə yatırsan. Qızı hürküdə, onu xatırlamadığını bildirə bilərdi. Necə deyərlər qaş düzəltdiyi yerdə vurub gözü də tökərdi. Ona görə də çoxdanın tanışı kimi onu dindirdi:
- Necəsən, gözəl, çoxdandır zəng etmirəm, fəqət həmişə qəlbimdə, yanımda olmusan. Molla Pənah demişkən, gözüm gözündən uzaq olsa da, könüldən könülə yollar görünüb.
Xəttin o biri başından səs gəlmirdi. O xanım ya adam fikirləşirdi, ya da Kamalın belə danışmağına təəccüblənirdi. Kamal qızın qəlbini ələ aldığını düşünüb kompliment deməkdə davam edirdi. Həyat yoldaşı Həqiqətin içəri girdiyini görən Kamal tez Sara ilə xudahafizləşdi:
- Bağışla, iş çıxdı, zəngləşərik.
Ertəsi gün Kamal yenə Saranın nömrəsini yığdı. Bu dəfə Sara onu qabaqladı:
- Kamal, dünən ayıq idin? İçməmişdin?
Kamal and-aman elədi:
- Nə danışırsan, gözəl. Özün bilirsən ki, mən yalnız məclisdən-məclisə, özü də çox yox, yüz, yüz əlli qram içirəm. Hətta evə gələndə ata-anam:
- Ay bala, toydan, qonaqlıqdan gəlmirsən?» - deyə soruşurlar.
Cavab verirəm:
- Niyə soruşursunuz?
Onda deyirlər:
- Toydan, qonaqlıqdan gələnə oxşamırsan.
- Bunun mənası, bilirsən, nədir: yəni heç içməmisən. Bunu anlayıb mən də cavab verirəm: qədərimi içirəm, yolda gələndə onun da qazı qaçır, oluram tamam ayıq! Əlqərəz, bu sualı niyə verdin, gözəl?
- Dünən çox odlu-alovlu danışırdın. Dedim yəqin kefin yuxarıdır.
- Yox, sadəcə ürəyim istəyən, arzuladığım xanımla danışmaq həmişə mənimçin xoş olub. Mən həmişə ayıq oluram. Görüşəndə süfrə başında birgə oturmalı olsaq, bəlkə əlli qram içərəm. O da sən icazə versən.
- O biri qızlarla da əlli-əlli içirsən?
- Yox, ay gözəl, könlümü ovlayan bir tək sənsən.
- Yəni heç bir qıza kompliment demirsən?
İndi Kamal necə desin ki, heç kimlə oturub-durmur, xoş sözlərlə onların ağlını başından almır?! Özünü yığışdırıb:
- Yox, yox, gərək tanış qız ola ki, ona kompliment deyəm. Olmaya-olmaya nə deyim, nə danışım?!
- Evlisən?!
- Guya bilmirsən ki, subayam.
- Bəs niyə?
- Axtarıram, tapanda subaylığın daşını atacağam.
- İndi məni dişinə vurmaq istəyirsən?
- Bu nə sözdür, gözəl? Dişimə vurmaq niyə? Bəlkə elə qismətim sənsən.
Arvadı Həqiqətin səsi gəldi. Kamalı çağırırdı. O, duyuq düşməmiş Sara ilə sağollaşdı.
Telefon söhbətləri, sorğu-suallar, komplimentlər haradasa bir-iki həftə, bəlkə də bir ay çəkdi. Daha danışılası sözləri qalmayanda görüşmək qərarına gəldilər. İndi Həqiqət Kamalın şalvarını, köynəyini ütüləyirdi. İşini qurtarıb, ayaqqabılarının tozunu aldı. Zarafatla:
- A kişi, xeyir ola, yaman bəzənib-düzənirsən, - dedi.
Kamal səksəndi. Lakin tez özünü ələ alıb dedi:
- İşgüzar görüşüm var, arvad, nə edim, iş adamıyam…
Ətirlənib əlavə etdi:
- Gərək səliqəli geyinəm.
Həqiqət xanım mənalı-mənalı ona baxıb bir söz demədi, mətbəxə keçib öz işi ilə məşğul olmağa başladı. Kamal çıxdı.
Onun kefi kök idi. Evdən bir saat tez çıxmışdı. Bu da səbəbsiz deyildi. İlişə bilərdi. Bir də gördün, dost-tanışdan, qohum-əqrəbadan biri qapını döydü. Ondan sonra gəl evdən çıx görüm, necə çıxırsan. Adını nə qoyacaqsan?! Deyəcəksən görüşüm var?!
O, ağır addımlarla Axundov adına parka sarı getməyə başladı. Yolda üç dənə qızıl gül də aldı. Görüşə əliboş getmək yaxşı olmazdı. Saraya nəm-nişanını demişdi. O, görüş yerinə təyin olunan vaxtdan 10-15 dəqiqə tez çatdı. Gəzişməyə başladı. Həyəcanlı idi. Sara görünmürdü. Hələ vaxta qalırdı. O, skamyalardan birində əyləşdi. Elə yerdə oturmuşdu ki, Sara gələndə görə bilsin. Vədələşdiyi vaxta 5-6 dəqiqə qalırdı. Bu vaxt ağacların birinin arxasında iki nəfər qadın dayanıb oğrun-oğrun Kamala baxırdı. Həyəcanlı olduğundan Kamalın bundan xəbəri yox idi. Düz saat dörddə iki qadın dayandıqları yerdən hərəkətə gəlib Kamala sarı gəlməyə başladı. Kamal onları görən kimi dik ayağa qalxdı. Özünü itirdiyindən əlində tutduğu gül yerə düşdü. Qadınlardan biri arvadı Həqiqət, o biri isə onun xalası Sara idi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək