15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Mərc - Akif Abbasov yazır
Tarix: 15-09-2024 09:12 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Əmir, Qulu və Faiq bir yerdə işləyirdilər. Əmir həm yaşca böyük idi, həm də vəzifəcə. Qulu ilə Faiqin zarafatları tuturdu, bir-birlərindən inciməzdilər. Əmir bir qədər sadəlövh və adama tez inanan olduğundan arada onunla zarafat edirdilər.
Bir dəfə iki dost – Qulu və Faiq işdə oturub bekarçılıqdan darıxırdılar. Qarşılarındakı krossvordun cavablarını da tapıb yazmışdılar. Birdən Qulu Faiqə müraciətlə dedi:
- İstəyirəm, bu gün Əmiri stolun üstündə uzandırım.
Faiq təəccüb içərisində ona baxaraq:
- Bu haradan ağlına gəldi?
- Məzələnmək istəyirəm.
Faiq bunun qeyri-mümkün olduğuna dostunu inandırmaq üçün:
- O kişi ağır adamdır. Sadəlövh olmağına baxma. Sən onu stolun üstünə uzandıra bilməzsən.
Qulu əlini irəli uzadaraq dedi:
- Gəl, mərc gələk.
Faiq dərhal razılaşdı. O, mərci aparacağına əmin idi.
- Uzandıra bilsən, on manatın məndə… Bacarmasan, onda sən on manat tərləyəcəksən.
- Oldu.
Çox keçmədi ki, Əmir əlində portfel içəri girdi. Salamlaşıb portfeli stolun üstünə qoyaraq istidən gileyləndi:
- Heç yoxsa, qırx beş-əlli dərəcə istilik var. Amma radioda, televizorda otuz yeddi-otuz səkkiz dərəcə deyirlər. Bu da səbəbsiz deyil. Qırx dərəcədən yuxarı olduğunu elan etsələr, gərək bütün idarələrdə, müəssisələrdə işi dayandıralar…
Qulu onun sözünə qüvvət verərək:
- Doğru deyirsən, qağa. Bu, yuxarılara sərf eləmir. Bəs pambığı kim yığacaq, mədənlərdə, tikintilərdə, elektrik stansiyalarında kim işləyəcək?
Əmir Faiqə sarı baxaraq:
- Dostum, sənin səsin niyə gəlmir? – deyə ona sataşdı.
Qulu:
- Gələcək, ay qağa… Bayaq bir mərcimiz vardı. Faiq uduzub, ona görə səsini içinə salıb.
- Nə mərc?
- Şərtimiz belə idi ki, kim stolun üstünə uzanıb əlini stola dayamadan ayağa qalxsa, mərci o aparacaq. Faiq bacarmadı.
Əmir canfəşanlıq edərək dedi:
- Bundan asan nə var ki? Mən ömrüm boyu idmanla məşğul olmuşam.
Qulu Əmiri qızışdırmaq üçün:
- Qağa, yəni deyirsən bacararsan? – deyə soruşdu. – Axı bu sənin işin deyil.
Əmir əlini əlinə vuraraq:
- Yəni deyirsən qocalmışam?! Onda sən bu lələşini yaxşı tanımırsan.
Qulu cəld:
- Nəsə inanmağım gəlmir, - dedi. - Faiq kimi əjdaha bunu bacarmadı.
Əmir özünü gözə soxaraq:
- Sənin nə borcuna qalıb? - dedi və sonra, - yaxşı, neçə verəcəksən? - deyə soruşdu.
Faiq tələsib “10 manat” demək istəyirdi ki, Qulu onu qabaqladı:
- Beş manat. Mərci udsan – alırsan, uduzsan beş manatından keçirsən.
- Mən razı.
Əmir çıxıb stolun üstünə uzandı. Qulu Faiqə göz vurdu, yəni “Gördün lələşini?! Hərif aldandı”.
Sonra Əmir bir ölüm-zülmlə əlini stola dayamadan qalxdı. Və əlini irəli uzatdı: yəni “ver 5 manatımı”.
Qulu tez:
- Faiq, on manatı bəri ver.
Faiq çar-naçar əlini cibinə salıb pul çıxartdı. İki beşliyi Quluya uzatdı və:
- Axır ki bəlasan, Qulu, - dedi.
Qulu beşliyin birini qatlayıb öz cibinə qoydu. O birini isə Əmirə uzadaraq:
- Faiq isə inanmırdı ki, Əmir müəllimi stolun üstündə uzandıra bilərəm.
Əmir sanki yatmışdı, ayıldı. Başa düşdü ki, bu tələ onunçun qurulubmuş. Odur ki, Qulunun əlini kənara itələyib pulu götürmədi. Pərt halda:
- Dolamağa adam tapmırsınız? – dedi və qapını çırpıb çıxdı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək