15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Kəlbətin - Hekayə
Tarix: 06-02-2024 16:25 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Məmmədqulu bazarın tinində özünə yer eləmişdi. Burada dayanıb qarşısına tökdüyü pal-paltarı satır, balalarına çörək pulu, yavanlıq qazanırdı. Dolanışığı pis deyildi. Allah bazara bərəkət versin. Adamı hər necə olsa, vəziyyətdən çıxarır.
Məmmədqulu yenə alış-verişində idi. Dostu Səfərəli yanında dayanmışdı. Oradan-burdan söhbət edir, başlarını qatırdılar. Bu zaman Məmmədqulunun oğlu qaçaraq özünü atasına yetirdi:
- Ata, qardaşım oldu, muştuluğumu ver.
Məmmədqulunun arvadı hamilə idi. Bu gün sancısı tutmuş, aparıb qoymuşdular doğum evinə. Heç Məmmədqulunun bundan xəbəri yox idi. Onu bilirdi ki, arvad bu gün-sabahlıqdır, onunçun dünyaya övlad gətirəcək.
Məmmədqulu xəbəri eşidib sevindi. Çıxarıb oğluna bir beşlik verdi. Bunu görən Səfərəli də əl çəkmədi:
- Bəs mənim şirinliyim?
- Sənə şirinlik yox, qonaqlıq düşür…
Səfərəli çəkinə-çəkinə:
- Yox, qonaqlıq istəmirəm. Əgər məni özünə dost bilirsənsə, bir xahişim var, onu yerinə yetir, - dedi.
- Buyur, dostum.
- İcazə ver, oğlanın adını mən qoyum. Amma söz ver ki, dediyimdən boyun qaçırmayacaq, mənim sözümü qəribçiliyə salmayacaqsan.
Məmmədqulu çar-naçar:
- Söz verirəm, - dedi.
- Elə isə uşağın adını Tin qoy.
Məmmədqulu heyrət içərisində soruşdu:
- Daha Tin niyə? Bu nə addır? Yer üzündə o qədər gözəl adlar var ki…
Səfərəli aydınlaşdırmağa başladı:
- Gör neçə ildir ki, sən bazarın tinində dayanıb alver edirsən. Bu tin sənə düşüb. Uğur gətirib, bərəkət verib. Bu tinin hesabına evini-eşiyini dolandırırsan.
Məmmədqulu tərəddüd içərisində dilləndi:
- A kişi Tindən ad olmaz, arvad-uşaq, qohum-əqrəba, qonum-qonşu, dost-tanış nə deyər mənə?!
- Məmmədqulu, axı söz verdin. Tinin nəyi pisdir? Öz uşağına Traktor, Ekskavator, Kombayn, Dilənçi, Yolçu, Mexanizator, Kolxozçu qoyanlar var! Gəl sözümü qəribçiliyə salma!
Məmmədqulu Səfərəli ilə uzun illərin dostu idi. Neçə illər idi çörək kəsirdilər. Xeyir-şərdə bir-birinin yanında olardılar. İndi dostunun xahişini yerə salmağı kişiliyinə sığışdırmayıb razılaşdı.
Beləliklə, uşağın adı oldu Tin. Tin böyüdü, yekə oğlan oldu. Evləndi, oğul-uşaq sahibi oldu. Məmmədqulu bir gün köçünü dünyadan çəkdi. Tinin 45-50 yaşı olanda o, Kərbəla səfərinə yollandı. Kərbəlayi Tin oldu. Amma kənddə-kəsəkdə bu müqəddəs şəhərə gedib, imamı ziyarət edənləri Kərbəlayi deyil, sadəcə Kəblə çağırırdılar. Dilə belə yaxşı yatırdı. Tinə də başladılar Kəblə deməyə. Əvvəllər onu Kəblə Tin çağırırdılar. Fəqət insanlar son zamanlar elə tənbəlləşiblər ki, elə hey sadələşdirmə ilə məşğul olurlar. Tin bir də onda ayılıb gördü ki, hamı - dost-tanış, arvad-uşaq, qohum-qonşu ona Kəlbə Tin deyə müraciət edirlər. Əvvəllər belə, yəni Kəlbətin çağırıldığına görə özündən çıxırdı. Sonra kimsə ona başa saldı ki, bizim qrammatikada səslərin yerdəyişməsi təbii bir haldır. Biz torpaq deyirik, türklər deyir topraq, biz yarpaq deyirik, türklər deyir yapraq…
Tin başa düşdü və qəbul etdi. Bir də əlindən nə gələ bilərdi? El-obanın ağzını yığmaqmı olardı?! Bir də nə fərqi var: Kəblətin, yoxsa Kəlbətin? Onsuz da əvvəldən adını qəribə qoyublar: Tin! Yox bir Döngə?
İndi hamı Tinə Kəlbətin deyə müraciət edir. Onun da qulağı bu sözlərə alışıb, nə cinlənir, nə də özündən çıxır, heç fərqinə də varmır…
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək