15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Mələk xalanın qazları - Hekayə
Tarix: 30-01-2024 11:53 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Şabranın dağ kəndlərinin birində Meybulla adlı bir kişi yaşayırdı. Mələk adlı arvadı, Beydulla adlı oğulları vardı. Kənd yeridir. Yəqin ki, bir uşaqla kifayətlənməzdilər. Başqa oğul-uşaqları da olmamış olmazdı.
Bu Mələk xalanın 50 qazı vardı. Bu qazların üstündə əsirdi.
Kənd yeridir. Həyət-baca itsiz olmaz. Meybulla da vaxtilə bir küçük gətirib həyətə atmış, o da böyüyüb it olmuşdu. İt deyirəm, ha! Allah eləməsin zəncirindən açıla. Aləmi bir-birə qatardı.
Günlərin birində Meybulla rayon mərkəzinə getməli oldu. Vacib işi vardı. Ləngiməli olsaydı, orda gecələyəcəkdi. Hər şey də o gedəndən sonra başladı.
Alabaş zəncirindən açılmışdı. Yaxşı ki, həyət qapısı bağlı idi. Amma evin heyvanlarına, quşlarına da ziyan vura bilərdi. Mələk xalanın əli Meybullaya çatmırdı, mobil telefona da cavab vermirdi. Bir də ki, bu Alabaş dinc durmasaydı, Meybulla gələnə kimi onsuz da bildiyini edəcəkdi. Mələk xala təcili bir tədbir görməli idi. Gördü də.
Kənd yerində qoyun-quzu, toyuq, qaz, ördək, hindquşu olduğundan qəfil qonaq gələndə adam “nə edim, necə edim?” - dilemması qarşısında qalmırdı. Amma bu kişilərin qarşısına dünyanın ən ləzizi xörəklərinin, tamlarının, mer-meyvəsinin hamısını düzəsən, xeyri olmayacaq, bildirməsə də, əgər süfrədə spirtli içki olmasa, narazı qalacaq.
Qonaq gələndə mağazaya qaçmağı xoşlamayan Meybulla həmişə evdə ehtiyatda 4-5 şüşə araq saxlayardı.
Mələk xala tez araqlardan bir neçəsini götürüb həyətin bir küncündəki ləyənə boşaldı. Diqqəti onda olan Alabaş yaxın gəlib başladı içməyə. Bayaqdan həyəti dörd dolanan, nə isə bir ziyan vermək barədə fikirləşən it sanki sakitləşmişdi və çox keçmədi ki, başını yerə qoydu. Mələk xala tez gəlib onu zəncirlədi.
Mələk xanım dərindən nəfəs alıb evə keçdi. Az sonra ləyənə qazlar daraşdılar. İçdiklərini içib hinlərinə girdilər.
Yadulla dərsdən gəlmişdi. Mələk xala ona müraciətlə:
- Qazlar gözümə dəymir, a bala. Bax gör hindədirlər.
Yadulla gedib baxdı, başı alovlu anasının yanına qayıtdı:
- Ay ana, qazların hamısı ölüb.
Mələk xala saçlarını yoldu:
- Nə danışırsan, ay oğul? Hamısı? Əllisi də?
Yadulla da qanı qara:
- Hə, ana, əllisi də, - dedi. - Zəhərləniblər yəqin. İki daşın arasında kim zəhərlədi bunları?
Mələk xala dinmədi. Özünü hinə saldı. Qazlar döşənmişdilər.
- Vay, vay! Bunlar üçün nə qədər zəhmət çəkmiş, dəninə nə qədər pul xərcləmişdim. Bütün zəhmətim hədər getdi. 50 qaz bilirsən, ay oğul, nə qədər pul deməkdir?
Mələk xala göz yaşlarını tökdü.
- Meybulla öldürəcək məni. Hamısı o çər dəymiş Alabaşın ucbatından oldu.
Yadulla təəccüblə anasına baxdı:
- Alabaşın bura nə dəxli? Bunlar harada belə zəhərləniblər?
Mələk xala dinmədi. Az keçmiş:
- Oğul, o qazlar daha heç nəyə yaramaz, - dedi. - Peyinliyə apar. Gecdir, sabah basdırarıq.
Beydulla Mələk xalanın dediklərini elədi.
Həmin gecə Mələk xala necə yatdığını bilmədi. Qanı it qanına dönmüşdü. Bir təhər səhəri açdı. Həyətə düşəndə gördü nə? 50 qaz həyətdə özləri üçün gəzib-dolanır. Mələk xanıma elə bil dünyanı bağışladılar. Qazlar hərəkətsiz qaldıqlarından, nəfəs belə almadıqlarından Mələk xala ilə Yadulla elə biliblərmiş ki, onlar ölüblər. Sən demə kefləniblərmiş.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək