15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Kiçik hekayələr - Akif Abbasov yazır
Tarix: 16-12-2023 09:30 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Qatıq
Ziyafətdə masabəyi olan Vaqif keflənir. Sağlıq deyəndə bəzən qatıb-qarışdırır. Kimisinə atmaca atır, kimisilə şit zarafat edir. Növbəti sağlığı deyəndə Ramizin kefinə soğan doğrayır. Ramiz az dözür, çox dözür, axırda qayıdıb deyir:
- Vaqif, qatıqlayırsan ha…
Hamı gülüşür. Bu dəfə masabəyi pərt olur:
- Yekə oğlansan, bu nə sözdür mənə deyirsən?! Mən səndən yaşca böyüyəm…
Vaqifin əlinə fikir verən Fərhad yerindən dillənir:
- Ramiz düz deyir. Həqiqətən qatıqlayırsan.
Bunu eşidən Vaqif bir az da coşur, nə isə demək istəyəndə Fərhad əlini qaldırıb onu saxlayır:
- Sözün düzünü deyəndə acığın niyə gəlir? Bir əlinə bax.
Vaqif əlinə baxanda deməyə söz tapmır. Demə, sağlıq deyəndə fikir verməyib araq badəsi əvəzinə əlinə qatıq dolu stəkanı götürübmüş.
* * *
Baş üstə
Evdə anası Vüqara hansı tapşırıq verirdisə, o, “baş üstə” deyib etirazını bildirmirdi. Bir sözlə, heç vaxt anasını narazı salmırdı. Ancaq son nəticədə iş görülməmiş qalırdı. Bir gün ana Vüqara dərs vermək qərarına gəlir. Odur ki, oğlu stolun arxasına keçib: “Ana, acından ölürəm, tez mənə yemək deyəndə” ana cəld “baş üstə” deyib mətbəxə getdi.
Vüqar xeyli gözlədi, yemək gəlib çıxmırdı. Əlacsız qalıb ayağa qalxdı və özü üçün yemək çəkdi. Nahar etdikdən sonra:
- Ana, qurban olum, bir stəkan say, ciyərim yanır,- dedi.
Ana dərhal:
- Baş üstə, - cavabını verib eyvana çıxdı.
Çaydan bir xəbər olmadığını görən Vüqar əlacsız qalıb özü üçün çay süzdü. Ertəsi gün səhər tezdən gözlərini açan kimi anasını səslədi:
- Ana, bu gün məktəbdə tədbir var. Zəhmət olmasa, köynəyimlə şalvarımı ütülə.
Ana tez cavab verdi:
- Baş üstə, oğul.
Səhər yeməyindən sonra şifoneri açan Vüqar köynəklə şalvarının ütülənmədiyini görərək:
- Ana, axı xahiş etdim ki, bunları ütüləyəsən. Bu gün məktəbimizdə mavi işıq gecəsi olacaq…
Ana sakitcə:
- Baş üstə, oğul, - deyib mətbəxə keçdi.
Onun ardınca baxa-baxa qalan Vüqar axır ki səhvini başa düşüb anasına yaxınlaşdı və üzr istədi.
* * *
Az yemək
Elnur hər dəfə süfrəyə xörək gətiriləndə ətrafa göz qoyur, ya küsür, ya da ağalamağa başlayırdı. Bu vəziyyət səhər yeməyində də, nahar və şam zamanı da təkrar olunurdu. Evdəkilər artıq buna alışmışdılar. Elnur narazılıq edib «Mənə yeməyi az çəkirsiniz» deyirdi. Əslində isə hamıya eyni bərabərdə yemək qoyulurdu.
Bəzən Elnurun başı həyətdə oyuna qarışır və nahara gecikirdi. Onun payını saxlar, gələn kimi qarşısına qoyardılar. Elnur qaş-qabağını töküb: “Mənimçin az saxlamışınız”, - deyərdi.
Bir dəfə anası oğlunun bəhanəsini kəsmək üçün bir qazan yarpaq dolmasını iri bir boşqaba çəkib onun qarşısına qoydu. Ətrafdakılar özlərini tox göstərib «biz yemişik» deyib kənara çəkildilər və Elnurun necə hərəkət edəcəyini gözlədilər.
Elnur yenə ağlamağa başladı. Ana: “Ay başı batmış. Nə olub, niyə gözünün qorasını tökürsən? Xörəyini ye”.
Elnur adəti üzrə:
- Mənimçin az çəkmisən.
Ana təəccüblə:
- A bala, bir qazan dolmadır. On adamın payıdır.
Elnur hıçqıra-hıçqıra dedi:
- Əgər mənə bu qədər yemək çəkmisənsə, gör, o birilər nə qədər yeyiblər.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək