15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Xalça - Akif Abbasov yazır
Tarix: 09-12-2023 09:13 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Hacı mebel mağazasının müdiri idi. Gəlib-gedənləri şirin dillə qarşılayıb yola salardı. Onunçun fərqi yox idi: istər nə isə alsınlar, yaxud almasınlar. Müştəri ilə xoş münasibət rəğbət doğurur. Bu gün bir şey almırsa, həmin yaxşı münasibətə görə nə vaxtsa yenə yolunu buradan salır və nə isə götürür.
Hacı müştərinin biri ilə yenicə xudahafizləşib kabinetinə keçmişdi ki, Nəcəf özünü içəri saldı. Xoş-beşdən sonra Nəcəf stullara baxdı, birini bəyənmədi, o birinin qiyməti ürəyincə olmadı, keçdi başqa söhbətə:
- Hacı, məndə qədimi bir xalça var. Bilirsən nə maldır?! İnandırım səni, dörd min dollar saydılar, vermədim. Bəlkə gətirim, qoyasan burada. İstəyən olsa, satarsan. Sənə də xeyir verərəm.
Onun təklifi Hacını açmadı. Odur ki dedi:
- Nəcəf, hərə bir işlə məşğul olur. Mən də başımı mebel alıb-satmaqla qarışdırıram. Xalça mənlik deyil. Allah müştərisini yetirsin. Yenə özün soraqlaş. Axır ki sən deyən qiyməti verən olar…
Bu zaman Hacının dostu Aslan içəri girdi. Xalçanın tərifini eşidib maraqlandı:
- Baxmaq olar o tərifli xalçaya?!
- Niyə olmur?! Bir tin aralıda oluram. Gedək, baxın.
Aslan ayağa qalxdı. Hacı getmək istəmirdi. Dilə tutub onu da apardılar. Nəcəf üçüncü mərtəbədə yaşayırdı. Ortaya rəngi avazımış, bir neçə yeri süzülmüş, bir neçə yeri didilmiş bir xalça atılmışdı. Hacı xalçaya nəzər salıb bir şey başa düşmədi. O, Aslanın üzünə baxdı, yəni “sən nə deyirsən?”
Nəcəf bir daha təkrar etdi:
- Srağa gün dörd min dollar verirdilər, razılaşmadım.
Aslanın qaşları çatıldı, bir anlığa fikrə getdi, sonra Nəcəfə müraciətlə dedi:
- Mağazanın qarşısında yağın içində bir “Jiquli” dayanmışdı, gördün?
- Gördüm.
- O mənim maşınımdır. Təzə almışam. Vur-tut yüz iyirmi üç kilometr gedib. Həmin “Jiquli”ni sənin bu xalçanla dəyişirəm. Razısan?
Nəcəf özünü götür-qoy edən kimi göstərib fikrə getdi. Aslanın təklifindən razı qalıb-qalmadığını büruzə verməyərək dedi:
- Qoy oğlum gəlsin, məsləhətləşim, - dedi. Sonra bir parça kağızı Aslana uzatdı. - Bu mənim telefon nömrəm. Zəngləşək, nəticəsini deyərəm.
Nəcəflə sağollaşıb aşağı düşdülər. Hacı Aslanın üzünə baxdı:
- Aslan, o xalçanın nəyindən xoşun gəldi ki, bir ətək pula aldığın maşını onunla dəyişirsən?
Aslan mətləb üstünə gəldi:
- Ay Hacı, sənin o Nəcəf dostun bir həftə gecə-gündüz gəlib mənə yalvarsa, həmin xalçaya heç əlli dollar da vermərəm.
Hacı təəccüb içərisində:
- Bəs o təp-təzə “Jiquli”dən bezmisən ki, xalça ilə başa-baş dəyişirsən?!
Aslan əlini-əlinə vurub şaqqanaq çəkdi:
- Ay pir olmuş, məzələnirdim də… Bilirsən, o, qədimi xalça deyil, iyirmi-iyirmi beş ilin xalçasıdır. Bir ətək pulu beləsinə vermirlər. Qədimi xalçanın, lap elə nimdaş olsun, dəyəri bilirsən nədədir? Naxışlarının gözəlliyində, ilmələrinin sıxlığında. Həm də bu xalçalarda yalnız təbii boyalardan istifadə olunur. Nəcəfin bizə göstərdiyi xalçadan heç yoxsa hər evdə ikisi-üçü var. Bir sözlə, Nəcəf dostun hərifləməyə adam axtarır. Məni Nəcəfin “xalçaya dörd min dollar saydılar, vermədim»,- sözləri yandırdı. Odur ki, ona dərs vermək istədim.
Hacı əmin olmaq üçün dedi:
- İndi sən maşını ona verməli oldun, yoxsa…
- Ay sağ olmuş, başıma at təpib? Bir söz idi, dedim.
- Axı ona söz verdin…
- O məni yandırdığı kimi, mən də onu yandırmaq istəyirəm. Zəng vursa, deyəcəyəm: «Müştəri çıxdı, maşını satdım».
Sövdələşmə baş tutmadı. İndi Nəcəf nə vaxtdır “qədimi” xalçaya müştəri axtarır. Lakin tapa bilmir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək