15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Araq da olacaq - Akif Abbasov yazır
Tarix: 03-12-2023 18:10 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Nizami müəllim kollec direktoru idi. Qəbul imtahanları yaxınlaşırdı. İmtahanlar Tələbə Qəbulu Komissiyası tərəfindən aparılır, sonda qəbul olunanların siyahısı kolleclərə göndərilirdi.
Yayın cirhacır vaxtı idi. Nizami müəllim kabinetində əyləşib sənədlərə baxır, bəzilərini imzalayıb möhürləyirdi. Otaq sərin idi. Kondisioner içərini isti havadan qoruyurdu. Bu ara telefon səsləndi. Nizami müəllim dəstəyi qaldırdı. Gözətçi idi:
- Nizami müəllim, burada bir nəfər ağsaqqal sizi görmək istəyir.
- Deyin başım qarışıqdır.
- Deyirik, nə billah eləyiriksə, əl çəkmir.
Nizami müəllim sənədləri bir kənara qoyub:
- Buraxın, gəlsin. - dedi.
70-75 yaşlarında bir kişi daxil oldu. İrəli yeriyib Nizami müəllimə əl verdi və özünü təqdim etdi:
- Qır Saqqızov.
Nizami müəllimin dodağı qaçdı. Öz-özünə: “Deyirəm axı. Heç bunun qabağında durmaq olar? Adından görünür”, - deyə fikirləşdi və kişiyə yer göstərdi:
- Eşidirəm.
- Mən barlı-bağatlı Çaxırlı kəndindənəm. Kəndçi babayam. Suçu işləyirəm. Özünüzə baxmayın, bu istidə sərin kabinetdə oturmusunuz. Bizim başımızı qaşımağa vaxtımız yoxdur. Uzun yolu qət eləyib gəlməyim səbəbsiz deyil. Nəvəm bu il orta məktəbi bitirib. Sizin kollecə girmək istəyir. Dedim, problem yoxdur. Nizami müəllimin canı sağ olsun. Onun əlində su içmək kimi bir işdir.
Kişi ərklə danışırdı. Sanki onunla 40-50 ilin dostu idi. Nizami müəllim isə onu birinci dəfə görürdü.
- Hə, uşağa bax beləcə də dedim. Dedim bir uşağı kollecə qəbul eləmək Nizami müəllimin əlində nədir ki?! Dövlət onu buraya direktor qoyub ki, zəhmətkeşlərin balalarını yola versin. Yola verməyib nə deyəcək ki? Hə, Nizami müəllim, deməli belə, bu uşağı - nəvəmi sizin kollecə qəbul edirsən. Bu, bir. Onu oxudursan. Bu, iki. Ona yataqxanada yer verirsən. Bu, üç. Aylıq təqaüd kəsirsən. Bu da dörd. Axırda da çağırıb diplomunu verirsən. Bu da, beş. Uşaq diplomunu alanda əmin gəlib sənə yaxşı bir qonaqlıq verəcək.
Nizami müəllimin mati-mutu qurumuşdu. Dayanıb baxırdı. Onun dinmədiyini görən kişi tez:
- Qonaqlıqda araq da olacaq, - deyə söz verdi. Sonra ayağa qalxıb, - Gedib uşağı gətirim, sənə təhvil verim. İş adamıyam. Sabah kənddə olmalıyam.
Kişi çıxmaq istəyəndə Nizami müəllim onu saxladı:
- Yoldaş Qır Saqqızov, dediklərinin heç biri mənlik deyil. Kolleclərə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparır. Oxumağa qalanda tələbələrin yerinə mən oxumuram. Yataqxanaya gələndə, orada yerimiz yoxdur. Qaçqınlar yerləşdirilib. Diplomu da Təhsil Nazirliyi verir.
Qır Saqqızov dilxor oldu. Alnına soyuq tər gəldi:
- Bə mən sənə arxayın olub gəlmişdim. Bütün bu işlərə sənin dəxlin yoxdursa, bə səni burada niyə oturdublar?
Nizami müəllim zarafata saldı:
- Oturdublar da. Kabinet boş idi. Dedilər get, otur orada.
Qır Saqqızov suyu süzülə-süzülə kabinetdən çıxdı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək