15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Hekayələr - Akif Abbasov yazır
Tarix: 25-11-2023 10:00 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Əvəzedici
Rafiq həkim yazan resepti götürüb Orucun aptekinə yollanır. O zaman Əli Bayramlıda vur-tut iki aptek vardı - Teymur kişinin və Orucun. Orucun apteki evlərinə yaxın idi, özünün də qəribə iş üsulu vardı. Hansı dərmanı soruşurdunsa, Oruc: “Yoxdur, əvəzedicisi var”, - deyirdi. Bunu bilərəkdən edirdi, yoxsa həqiqət bu idi, ya da təmənnası vardı. Rafiq bunu bilmirdi.
Bu dəfə Rafiq Oruca dərs vermək istədi. Elə bu istəklə də qapını açıb resepti ona uzatdı:
- Bax, gör, bu dərmanın əvəzedicisi var?
Oru təəccüblə Rafiqə baxıb:
- Əvəzedicisi niyə? Özü var ki…
Bunu eşidən Rafiqi gülmək tutdu:
- Rəhmətliyin oğlu, nə vaxt dərman soruşmuşam, demisən - özü yoxdur, əvəzedicisi var. Fikirləşdim yenə həmin cavabı eşidəcəyəm. Odur ki, vaxt itirməyib birdəfəlik əvəzedicisini xəbər aldım.
***
Sup da, kabab da…
Bilal Kərimov Əli Bayramlıda Partiya Komitəsinin birincə katibi işləyirdi. Bir dəfə o, şəhərdəki neft mədənlərinə gedir. Fəhlələri başına yığıb hal-əhval tutur, onların problemləri ilə maraqlanır. Fəhlələrdən biri deyir:
- Yoldaş Kərimov, hər şey qaydasındadır. Bicə buradakı yeməkxanaya əl gəzdirmək lazımdır. Qəribə qiymətlər qoyurlar. Sup da bir manatadır, kabab da…
Zarafatcıl katib bunu eşidib güldü:
- Madam elədir, daha sup niyə yeyirsən, elə birdəfəlik kabab ye də…
***
Kimin kimə borcu var?
Molla Vəli tamahı iti və qarınqulu idi. Ona görə camaat yalnız bir neç yerdə yas düşəndə əlacsız qalıb ona ağız açırdı. Bu, bir adətdir ki, ehsan süfrəsinə nə qoyulursa, o da yeyilir. Molla Vəli isə qabaqcadan sifariş verirdi: “Mən nehrə yağında bişən yemək yeyirəm. Mənimçin toyuğun döş ətini bişirsinlər, camış qatığı gətirsinlər…”
Atasının qırxını verəndən sonra Ağamməd mollanı qandırmaq qərarına gəlir:
- Molla Vəli, Allah ölənlərinə rəhmət eləsin. Məclisi yola verdin. Tanrı köməyin olsun. İndi isə, gəl, haqq-hesab çəkək. Mənim hesabıma görə, sənin mənə 37 manat borcun var.
İlk dəfə idi ki, Molla Vəli yas məclisindən sonra belə söhbətlə rastlaşırdı. Odur ki, ona çatacaq pul barədə fikirləşən mollanı elə bil cin vurur:
- Necə, necə? Mənim pulumu vermirsən-vermə. Daha mən niyə borclu oluram?
Ağamməd yerini rahatlayır. Bir-iki nəfər də qulaq asırdı:
- Molla əmi, ortada ehsan ola-ola, maşın tutub Qaragünəyə səninçin nehrə yağı almağa getmişəm? Getmişəm. Səhər yeməyinə bal, qaymaq istəmisən? İstəmisən. Camış qatığından ötrü Şıxsalahlıya maşın sürdürmüsən? Sürdürmüsən. Daha hansını deyim? Sənə verəcəyimlə izafi yerə xərclədiklərimi toplayıb çıxandan sonra gördüm ki, sənin mənə 37 manat borcun qalır. Bu pulu verməsən, ananın ruhu səni bağışlamaz.
Bunu eşidən kimi Molla Vəli cəld ayağa qalxıb məclisi tərk edir. Həmin əhvalatdan sonra sifarişlərini yığışdırır.
***
Yolda hadisə
Milis şöbəsinə xəbər gəlir ki, Təzə şəhərdə bir nəfəri maşın vurub. Rəis məzuniyyətdə olduğundan hadisə yerinə onun müavini Gəray müəllim yollanır. Gəray müəllim ideya-siyasi işlər üzrə müavin idi. O zamanlar müəllimlərdən seçib bu vəzifəyə təyin edirdilər.
Gəray müəllim gəlib hadisə yerinə çatır. Burada xeyli adam yığışmışdı. Milislər rəis müavinini görən kimi əmrə müntəzir dayanırlar. Hadisə Əli Bayramlıdan Hacıqabula gedən yolda baş vermişdi. Sürücü aradan çıxmışdı. Gəray müəllim yolun ortasında dayanıb əvvəlcə Əli Bayramlı səmtə, sonra Hacıqabul tərəfə baxır. Hamı onun nə deyəcəyini gözləyir. O, əlini belinə qoyub özünə inamlı şəkildə deyir:
- Bu adamı ya Əli Bayramlıdan Hacıqabula gedən maşın vurub, ya da Hacıqabuldan Əli Bayramlıya gedən maşın…
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək