15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qənd - Akif Abbasov yazır
Tarix: 15-11-2023 09:02 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Başqa uşaqlar kimi Banu da şirniyyatı çox sevirdi. Amma qənd, konfet yemək ona yasaq idi. Bu səbəbsiz deyildi. Anası onun dişlərini uşaqlıqdan qorumaq istəyirdi. Odur ki, qəndi, cürbəcür konfetləri – şokalad və karamelləri Banudan kənarda, onun əli çatmayan yerdə saxlayırdılar. Amma balaca Banu hamının onu çox istədiyini, onun qayğısına qaldığını bilir, onu əzizlədiyini, anasından tutmuş bütün yaxınlarının onu yedirtmək üçün əldən getdiklərini görür, fəqət qəndi, konfetləri ondan niyə gizlətdiklərinin səbəbini başa düşmürdü ki, düşmürdü. Hətta bəzən dodağını büzsə də, buna əhəmiyyət vermirdilər.
Banu baxa-baxa qalır, bir az sızıldayır, sonra gedib oyuncaqları ilə oynayırdı.
Bir dəfə Banu babasıgilə qonaq getmişdi. O, içəri girəndə baba, nənə, dayı daha bilmədilər nə etsinlər. Banuya başları o qədər qarışdı ki, qızları belə yaddan çıxdı. Bunu görən ana üzünü əzizlərinə tutaraq:
- Ay camaat, mən də gəlmişəm. Bir mənimlə də görüşün.
Yalnız bundan sonra baba və nənə qızlarına, Babək də bacısına sarı getdilər. Təbii ki, ana onlardan incimirdi. Bilirdi ki, Banudan ötrü, bu şirin-şəkər, gözəl-göyçək baladan sarı onların ürəkləri gedir.
Ana Banunun əyin-başını dəyişəndən sonra o, otağı dolanmağa və qarışdırmağa başladı:
- Bu nədir?
Banu gəlməmişdən, adətən iti, kəsici şeylər ortadan yığışdırılırdı. Mətbəxə keçəndə göz qoyurdular ki, qaza yaxın getməsin, qaynar çaynikə əl vurmasın, isti qazana dəyməsin.
Ana ilə nənə mətbəxdə idilər. Banunu babaya tapşırmışdılar. Dayı kompüterin arxasında əyləşmişdi. Banu dayısının olduğu otağa sarı qaçdı. Baba da onun ardınca.
Banu dayısının dizi üstə çıxıb:
- Cücələrim - deyə “Cücələrim” mahnısını səsləndirməyi buyurdu. O hələ balaca idi. Buyururdu: “Du”, yəni dur, “otu”, yəni otur…
“Cücələrim” səsləndi və cücələr monitorda göründü. Banu tez çarpayının üstünə çıxıb, musiqinin sədaları altında atılıb-düşməyə başladı.
Musiqi tamama yetən kimi Banu buyurdu:
- Tik-tik xanım.
Yenə atılıb-düşməyə başladı. Amma bu cizgi filminin musiqisi oynaq olmadığından yerə düşdü:
- İstəməm, - deyib o biri otağa - qonaq otağına qaçıb gəldi. Babası da dalınca.
Baba Banunun başını qatmaq üçün onu sorğu-suala tutdu:
- Banu, gözəlim, ata haradadır?
Banu şən halda:
- Ata işdədi.
Əslində Banunun atası ezamiyyədə idi. Banu ezamiyyənin nə olduğunu, təbii ki, bilmirdi. Odur ki, ata evdə olmayanda, lap gəzməyə də gedəndə: “Ata işdədi” deyirdi.
Birdən Banunun gözü bufetin açıq gözündəki qənddana sataşdı. Babasına yaxınlaşıb əlindən tutdu:
- Du, du.
Babanın gec tərpəndiyini görüb səsini qaldırdı:
- Du!!! Du!!!
Baba ayağa qalxdı. Banu onu bufetin qarşısına gətirdi. Banu əli ilə qənddanı göstərərək qənd istədi:
- Babası, onnan.
Baba qənd əvəzinə ona armud dilimlərindən birini uzatdı.
Banu başını yellədərək:
- İstəməm. Onnan istəm, - dedi.
Baba bilirdi ki, ona qənd vermirlər, amma Banunu çox, hədsiz çox istəyirdi, ilk və hələ ki, yeganə nəvəsi idi. Banu da özlüyündə bilirdi ki, anası və atası ilə, nənəsi ilə müqayisədə ona daha çox babası güzəştə gedər.
Banu təkidlə qənd istəyirdi:
- Baba, vey, onnan istəm.
Baba əlacsız qalıb balaca, lap balaca bir qəndi ona uzatdı. Banu başını tərpədib:
- Sa, yəni sağ ol, - dedi.
Baba qəzet oxumağında davam etdi.
Bir də gördü ki, qızı ona müraciətlə deyir:
- Ata, Banuya qənd vermisən?
Baba başını qaldırıb baxdı. Banu anasının yanında dayanmışdı.
Sən demə, qənd parçasını alan kimi, tez mətbəxə keçib onu, qənd parçasını anasına göstərərək:
- Baba, - deməklə anlatmışdı ki, ana sən mənə qənd verməsən də, bax, babam mənə qənd verdi.
Baba qızına müraciətlə:
- Ay bala, uşağın ürəyini sındıra bilmədim. Balaca bir qənd parçası verdim.
Sonra baba Banuya baxdı. Söhbəti dinləyən və babasının cavabını eşidən Banu öz səhvini sanki başa düşdü. Günahkar adamlar kimi qaçaraq babasının yanına gəldi:
- Baba, babacan, - deyib başını babasının dizi üstə qoydu. Baba onun başını sığallayaraq:
- Mənim ağıllı balam, - dedi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək