15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Bığ - Akif Abbasov yazır
Tarix: 03-11-2023 08:52 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Vəli Balayev Günəşli rayonuna yola düşməmişdən ağsaqqal rəhbər işçilərindən məsləhətlər aldı. Onlar öz iş üslubları barədə bəzi mətləbləri ona anlatdılar. Özünü hökmlü aparmağı, ciddi olmağı tövsiyə etdilər.
Vəli Balayev bundan belə birinci katib vəzifəsində çalışacaqdı. O, artıq bilirdi ki, hər rayonda özündən deyən, hamını təsiri altına ala bilən, sözünün qabağına çıxmayan, hər kəsin hesablaşdığı, lazım olanda üstünə borca getdiyi, onun-bunun qabağına düşüb işini düzəltdiyi bir-iki nəfər olur. Vəli öyrəndi ki, Günəşli rayonunda da belə şəxs - ictimai iaşə idarəsinin sədri Xeyrulladır. O, dərhal Xeyrulla haqqında məlumat topladı. Sonra tapşırıq verdi ki, Xeyrulla onun yanına gəlsin.
Vəli Balayev Xeyrullanı yaşlı, ağır tərpənişli bir adam təsəvvür edirdi. Lakin qəbuluna çağırdığı şəxs orta yaşlarında iri cüssəli idi. Enli, kərpic bığları vardı.
Birinci katib onunla görüşüb hal-əhval tutdu. Soruşdu ki, neçənci ildən rayonda işləyir. İdarədə vəziyyət necədir, haranı qurtarıb, neçə uşağı var və s.
Həmin məlumatlar əslində katibdə var idi. Sadəcə, söhbətə körpü salırdı. Sorğu-sual bitdikdən sonra Xeyrulladan xəbər aldı:
- Mənimlə bir yerdə işləmək istəyirsən?
Xeyrulla suala müsbət cavab verdi. Katib ağır-ağır söhbətinə davam etdi:
- Çox yaxşı. Onda bir neçə şərtim var. Sənin də enli kərpic bığın var, mənim də… Birinci şərtim budur ki, gərək bığlarını qırxasan.
Xeyrullanın qaşları çatıldı. Vəli Balayev onun dinmədiyini görüb dedi:
- Yaxşı, get, hələ bu şərtimə əməl elə, o birilərini sonra deyərəm.
Xeyrulla xudahafizləşib çıxdı. Katibənin yanından ötəndə nə isə fikirləşib ayaq saxladı. Bir kağız alıb nə isə yazdı, kağızı katibəyə verib otağı tərk etdi. Az sonra həmin kağızı birinci katibə göstərdilər. Vəli Balayev ərizəni oxuyub fikrə getdi.
Xeyrulla işdən azad olunmağını xahiş edirdi.
Vəli Balayev təxminən beş il Günəşli rayonunda birinci katib işlədi. Xeyrullanın yerinə başqa adam qoymuşdular və Vəli bu beş ilin ərzində nə bir dəfə də olsun Xeyrullanı gördü, nə də onun hansısa xoşagəlməz hərəkətini eşitdi. Görünür, buna görə də Xeyrullanı çoxdan yaddan çıxartmışdı.
Vaxt-vədə gəlib yetişdi. Vəli Balayev Günəşlidən getməli oldu. Mərkəzi Komitəyə çağırıb demişdilər ki, hazırlaşsın, Aydınlı rayonuna katib gedəcəkdir.
İndi kabinetdə əyləşən Vəli Balayev sənədləri, kağız-kuğuzu saf-çürük edə-edə həm də olub-keçənləri yadına salırdı. Birdən Xeyrullanı xatırladı. Maraqlandı. Xeyrulla çıxıb başqa rayona getmişdi. Orada işləyirdi. Vəli Balayev göstəriş verdi. Maşına oturub Xeyrullanın ardınca yollandılar və axşam tərəfi onunla birlikdə geriyə qayıtdılar.
O, içəriyə girən kimi birinci katib stolun arxasından qalxıb irəli yeridi. Xeyrulla əvvəlki kimi enli, kərpic bığ saxlamışdı. Vəli Balayev onu mehribanlıqla qarşıladı. Gülə-gülə:
- Bax, belə. Sən kişi adamsan, Xeyrulla, mən gedirəm, gəl, otur əvvəlki yerində, işlə...
Şirvan şəhəri (Əli Bayramlı), 1999
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək