15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Narıncını istəyirəm - Akif Abbasov yazır
Tarix: 31-10-2023 12:48 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(Hekayəni uşaqlarınız üçün oxuyun)
Anası Banunu başa salırdı:
- Atanla, babanla, nənənlə gəzməyə çıxanda nə isə aldırma. Bu, yaxşı vərdiş deyil. Başa düşdün?..
Banu başı ilə təsdiq edir. Eyni zamanda öz-özünə fikirləşirdi: “Niyə, nə üçün? Burada nə var ki?
Anasına qulaq assa da, onunla razılaşsa da, bəzən onun sözlərini yadından çıxarırdı. Uşaq idi də hələ. Arada üzünü babasına tutaraq:
- Açif baba, həyətə düşək? Yutalam alaq?
Banu yumurtaya yutalam deyirdi. Uşağın da öz dili var.
Onlar həyətə düşən kimi Banu babasını mağazaya - Azərin marketinə sarı çəkirdi. Baba:
- Əvvəlcə gedək yellənçəkdə yellən, evə qayıdanda yutalam alarıq.
Banu babasının qolundan dartaraq:
- Yutalam alaq.
Gedib “Kinder” alırdılar. Şokolad qatı ilə örtülmüş oyuncaq yumurtanın içərisindən oyuncaq çıxırdı. Banu şokolad qatını tezcə çıxarırdı ki, görsün hansı oyuncaq olacaq. Şokolada marağı yox idi. Ata-anası ilk günlərdən onun şokoladı yeməsinə icazə verməmişdilər. Köhnə ola bilərdi, uşağa ziyanı dəyərdi. Banu da həmin şokolada maraq göstərmirdi. Nəyi məsləhət bilirdilərsə, onu da yeyirdi.
Altı ay keçmişdi. Bir neçə ay sonra Banun üç yaşı tamam olacaqdı. Artıq sərbəst danışır, əvvəllərdə olduğu kimi adamın əlindən çıxıb qaçmırdı. Sakitcə babasının, ata-anasının, nənəsinin əlindən tutub addımlayırdı. Gəzintiyə çıxanda da özü nə isə istəmirdi.
Yenə babası ilə gəzməyə çıxmışdılar. Baba nəvəsinə müraciətlə soruşdu:
- Səninçin nə alım?
- Heç nə.
- İstəmirsən baba səninçin bir şey alsın? Oyuncaq, peçenye...
- İstəmirəm.
- Ana deyib heç nə istəmə?
- Ana deyib.
Baba və Banu gəzə-gəzə gəlib oyuncaq mağazasına çatdılar. İçəri girdilər. Rəngbərəng toplar vardı. Baba soruşdu:
- Sənə top alım?
- Varımdır. İstəmirəm.
- Bax, görürsən bu balaca top rezindən asılıb. Rezini əlində tərpədəndə top qalxıb düşəcək.
Rezinə bənd edilmiş top Banuda maraq oyatdı. Baba onu aldı.
Çölə çıxdılar. Yer yaş idi. Yağış yağmışdı. Baba dedi:
- Gözlə top yerə dəyməsin. Gəl bir az rezinini yığaq.
Bir qədər gəzişəndən sonra Banu babasına dedi:
- Babacan, mən bu topu istəmirəm.
- Niyə, balacan? Bayaq dedin istəyirsən.
- Narıncı top istəyirəm.
Onlar mağazaya qayıtdılar. Baba satıcı qıza müraciətlə:
- Uşaq şıltaqlığıdır. Narıncı topu istəyir. Dəyişmək olar?
Satıcı qız:
- Olar, dayı, niyə olmur? İndi almısınız. Belə gözəl qızın da xətrinə dəymək olar?
O, Banunun başını sığallayaraq bir-bir topları ona göstərməyə başladı:
- Bunu?
- Yox.
Bunu?
- Yox.
- Bax bu narıncıdır axı.
- İstəmirəm.
- Elə isə, özün göstər. Hansını?
Banu barmağı ilə işarə edərək:
- Bax onu istəyirəm.
Baba və satıcı qız baxdılar. Bir qədər yuxarıda mismardan iki təkərli kiçik bir araba asılmışdı. Uşaqlar qolundan tutaraq onu sürürdülər. Baba satıcı qıza:
- Zəhmət olmasa, onu verin. Bir şeyə bükün ki, palçıqlı yolda sürməsin.
Satıcı qız onu bükdü. Baba pulunu verdi. Satıcı qız:
- Bu topu qaytarırsınız?
- Yox, qalsın.
- Dəyişim?
- Ehtiyac yoxdur. Səbəbkar bu araba imiş. Bayaq uşağın gözü qalıb, amma utandığından babasına deməyib.
Banu və babası araba ilə topu götürüb çıxdılar. Baba dedi:
- Banu, gözəlim, yer yaşdır. Küçədə sürsən, palçığa batacaq. Evdə sürərsən.
Cavabında Banu dedi:
- Baba, uşaqlar həyətdə sürürlər.
Baba Banunu bağrına basdı, onun məntiqinə heyran qaldı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək