15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Bu saat…„ - Akif Abbasovun tərcüməsi
Tarix: 26-10-2023 17:59 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
***
“Bu saat…„
Şota Çkadua
Abxaziya
İştirak edənlər:
Usta
Müştəri
Vağzalyanı bərbərxana. Gül-çiçək. Səliqə-sahman. Usta ağappaq xalat geyinmişdir. Müştəri əlində portfel, qutu və tor zənbil daxil olur.
Müştəri. Salam. Üzümü qırxdıra bilərəm?
Usta. Buyurun. Keçin, əyləşin.
Müştəri oturur.
(ağappaq dəsmalı onun boynuna dolayıb işə başlayır). Əziyyət vermir ki?
Müştəri. Nə danışırsınız? Heç hiss etmirəm (səmimiyyətlə). Mümkünsə bir az əlli tərpənin. Tələsirəm, qatarın gələn vaxtıdır.
Usta. Bizim müştərilər həmişə tələsirlər. Nə etmək olar: vağzaldır. Gur yerdir. Hara gedirsiniz?
Müştəri. Tiflisə. Müşavirəyə.
Usta. Ağrıtsa, deyin. Müştərilərə tez və yaxşı xidmət etmək biz ustalar üçün böyük fərəhdir.
Müştəri. Sağ ol. Kaş hamı öz sənətinə sizin kimi yanaşaydı. Əgər adam öz işini sevirsə, demək o, insanları da sevir. Xidmət mədəniyyəti isə…
Telefon səslənir.
Usta. Bu saat (dəstəyi götürür). Bəli. Bəli… Nə vaxt? Beşdə? Başa düşdüm (iş yerinə qayıdır). Bağışlayın, xahiş edirəm. Xalq nəzarəti qrupundan zəng vurmuşdular. Mən onların fəalıyam… Dediniz adam öz işini sevməlidir. Sizinlə şərikəm. Bu xüsusda mənim bir məsələm də var: “kiçik vəzifə yoxdur, pis icraçı var”. Pul xatirinə işləyənlər…
Telefon səslənir.
Bu saat (dəstəyi qaldırır). Nə vaxt? Altıda? Başa düşdüm… Başa düşdüm, deyirəm (iş yerinə qayıdır). Bağışlayın xahiş edirəm (başını aşağı salır). Mən yerli komitənin üzvüyəm. Bu gün putyovkaları bölüşdürürlər (qırxır). Harada qaldım? Hə. Əgər adam öz işini sevirsə, bu öz arvadını sevməyən, lakin onunla yaşamağı davam etdirən ərə bənzəyir.
Müştəri. Bir çox ustalar isə yalnız ciblərini doldururlar.
Usta. Day deməyin. Bizdə də beləsinin biri vardı…
Telefon səslənir.
Bu saat (dəstəyi qaldırır). Eşidirəm. Nə vaxt? Yeddidə? Başa düşdüm. Başa düşdüm, deyirəm (iş yerinə qayıdır). Üzr istəyirəm, partiya bürosu katibinin müavini idi. Axı, mən həm də partiya bürosunun üzvüyəm. Bu gün bir ustanın məsələsinə baxılacaq: o, müştəri ilə kobud rəftar edib, müştəri də eləməyib tənbəllik…
Müştəri. Bağışlayın, sözünüzü kəsirəm. Düz saat beşdə mənim qatarım gəlir. Elə olsun ki, gecikməyim.
Usta (saatına baxaraq). Əşi, hələ çox var. O vaxta qədər hələ üç nəfəri yola sala bilərəm.
Müştəri (sakitləşir). Bir bərbər tanıyıram. Üzü qırxandan sonra odekolon üçün dolabçanın küncünü axtarır. İşarə vurur ki, bu xüsusi, əlavə xidmətdir.
Usta (mövzunu göydə qaparaq). Elə həmin odekolondan biri bu dəqiqə dolabçamın üstündədir.
Telefon səslənir.
Bu saat (dəstəyi qaldırır). Bəli…
Müştəri (öz-özünü sakitləşdirərək). Bir gör ona nə qədər zəng vururlar. Görünür o, yaxşı ustadır, həm də etimad qazanmış insandır.
Usta (iş yerinə qayıdır). Bağışlayın, drujina qərargahından idi. Sən demə, bu gün mənim nöbətçiliyimdir.
Müştəri (səbir kasası daşaraq). Əzizim, bütün bunlar çox yaxşı, axı mən Tiflisə gedirəm, mənim qatarım…
Usta. Sizə nə oldu? Hər şey qaydasında olacaq. Lap az qalıb.
Telefon səslənir.
Bu saat (dəstəyi qaldırır). Eşidirəm. Kimdir? Haradan? “Osvod”dan? Hansı “osvod”dan? Sizin də üzvəm? Xeyr, imkanım yoxdur. Necə yəni nə üçün? Ona görə ki, məşğulam. İşləyirəm. Bir yerdə müşavirədir, o biri yerdə iclasdır, sonra bölgü olacaq, növbətçiyəm, sizdə rəyasət heyətinin iclasıdır? Axı mən kiməm: bərbər, yoxsa… Xahiş edirəm icazə verəsiniz müştərinin üzünü qırxım. Yox, yox, bir də yox…
Müştəri. Afərin. Belə cavab vermək lazımdır. Yoxsa elə ki, birisinin yaxşı işlədiyini görürlər, başlayırlar tədbirlərlə onu yükləməyə. İşdən ayırırlar. Pis işləyənlərə isə toxunmurlar. Onlar istirahət də edə bilərlər.
Usta (telefonun yanında). Bir başa düşün, imkanım yoxdur, yoxdur, yoxdur.
Yaxınlaşan qatarın səsi.
Müştəri (saatına baxaraq, ayağa sıçrayır). Gecikdim (boynuna sarınmış dəsmalla qapıya sarı qaçır, portfeli, qutunu və tor zənbili qamarlayır, gözdən itir).
Usta (iş yerinə qayıdır). Bir dəsmal da yoxa çıxdı. Bir gündə bu, beşincidir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək