15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Nümunəvi sinif - Akif Abbasovun tərcüməsi
Tarix: 12-10-2023 20:05 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Nümunəvi sinif
Herbert Komoklidze
(Hekayəni Akif Abbasov tərcümə edib)
- Salam, uşaqlar. Bu gün rayon Xalq Maarif Şöbəsinin inspektoru Mariya Panteleymovna Stupakova bizim qonağımızdır. Dünən sinfimiz ən yüksək ada - “nümunəvi sinif” adına layiq görülüb. Mariya Panteleymovna işimizlə tanış olmağa gəlib. Bizim göstəricimiz əladır… Vitya, qabaqdakı partaya - Olqa Skvartsovanın yanına keç. Sənin yerində Mariya Panteleymovna əyləşəcək…
İndi isə əsas məsələyə keçək… Bəli, bəli… buyurun. Salam, Saveli Lvoviç… Uşaqlar, bu gün dərsimizdə iştirak edən ikinci şəxs vilayət Xalq Maarif Şöbəsinin inspektoru Saveli Lvoviç Dudikdir. Tanya Fateyeva, yerini dəyiş. Qoy Saveli Lvoviç Mariya Panteleymovnanın yanında otursun. Nə dedin, Tanya? Boş yer yoxdur? Nə danışırsan? Olmaz üçünüz oturasınız? Borya, Sveta, sıxlaşın. Bir az da. Bax, belə…
Deməli, bu günkü dərsimizin mövzusu… yoldaşlara mane olmayın, qapını örtün, görürsünüz ki, dərs gedir. Siz də buraya gəlmisiniz? 5 nömrəli məktəbin müəllimlərisiniz? Təcrübə mübadiləsinə? Neçə nəfərsiniz? İyirmi üç? Nə etməli, bir halda ki, gəlmisiniz, keçin. Sağ cərgədə oturan uşaqlar, sol cərgəyə keçin. Bəli, olar… Dörd-dörd də, beş-beş də əyləşmək olar. Hamı yerləşdimi? Ancaq xahiş edirəm, sakit oturasınız.
Deməli, dərsə başlayırıq… Bəs siz kimsiniz? 6 nömrəli tikiş fabrikinin işçiləri? Hami təşkilatın nümayəndələri? Axı, bizim başqa hami təşkilatımız var. İndi sizsiniz? Çox əcəb. Sexin hamısı gəlib? Nə deyirəm ki, buyurun. Oğlanlar, xahiş edirəm, sinifdən çıxasınız. Tənəffüsə kimi dəhlizdə gözləyin. Tikişçi yoldaşlar, oğlanların yerini tutun. Xahiş edirəm, mümkün qədər tez…
Deməli, harada qaldıq?.. Yoldaşlar, sizdəmi buraya gəlmisiniz? Hansı kolxozdan? “İşıqlı yol”dan? Hay-küy salmayın. Növbə ilə daxil olun. Qızlar, yerinizi kolxozçu yoldaşlara verin. Özünüz isə dəhlizə – oğlanların yanına, marş! Uzağa getməyin. Orada gözləyin.
Hamı əyləşdi? Elə isə dərsi davam etdirək… Paho… Görün, kimlər təşrif gətiriblər. Bizim əziz qonaqlarımız. Bəli, bəli, gəlişinizdən xəbərimiz vardı. Bu gün zəng vurmuşdular. Əziz yoldaşlar, tanış olun: xanım Jozefina Puatye və cənab Arçibald Sfinks. Onlar xarici ölkədən ona görə gəliblər ki, bizim nümunəvi sinfimizi görsünlər. “İşıqlı yol” kolxozundan olan yoldaşlar, yerinizi xanımla cənaba verin. Heç nə olmaz. Bir az sıxlaşın. Siz isə, yoldaşlar, nədən sıxılırsınız? Üç-üç oturun. Onsuz da bu saat xaricilərdən ibarət nümayəndə heyəti gələcək və siz dəhlizə çıxmalı olacaqsınız. Dəhlizdə siniflə daha yaxşı tanış olub onun nümunəvi sinif olmasına inanacaqsınız. Əminəm ki, dərsin qurtarmasını gözlədikləri üçün heç biri evə qaçmayıb.
Budur, zəng çalındı. Xudahafiz, cənablar və yoldaşlar! Sizə uğurlar diləyirik! Gələn görüşlərədək!!!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək