15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Beş - Akif Abbasovun tərcüməsi
Tarix: 11-10-2023 18:45 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Beş
Aftandil Adeişvili
Gürcüstan
(Tərcümə Akif Abbasovundur)
Müəllim sinfi nəzərdən keçirərək:
- Bu gün yoxlama yazı işimiz var, - dedi. - “Bizim qonaq” mövzusunda inşa yazacağıq.
Çox düşünmədən yazmağa başladım:
“Qonaq - Allah adamıdır”. Bunu mənim babam deyir. Mən pionerəm. Allaha inanmıram. Qonağa isə inanıram. Evimizə qonaq gələndə bizdə toy-bayram olur. Qapısını qonaq açmayan evi qonaqsevməz adlandırırlar. Mənim valideynlərimə isə bu adı vermək olmaz. Ona görə ki, evimiz həmişə qonaqlı-qaralı olur. Özü də həmişə çoxlu pay gətirirlər: hinduşka, toyuq, çoşka, qoyun. Bir dəfə hətta inək də gətirmişdilər. Belə qonaqlar ailəmizin kefini kökəldir. Qonşuların bizə paxıllığı tutur. Anam onları “annonimçi” adlandırır. Bunun nə demək olduğunu bilmirəm. Madam ki, anam belə deyir, demək bu ada layiqdirlər.
Yaxınlarda atam ezamiyyətdə olub. Sabaha həmin rayondan qonaq gözləyirik. Maraqlıdır: görəsən, nə gətirəcəklər? Bal gətirsəydilər, lap qiyamət olardı. Baldan ötrü ürəyim gedir. “Qonaq - Allah adamıdır”. Bunu babam deyir…
Yoxlama işimə görə “5” qiymət aldım. Müəllim bütün sinfin qarşısında məni təriflədi:
- Elə təbii yazmışdın ki, sənin inşanı müəllimlərin rayon müşavirəsində oxudum. Hamı səni təriflədi. - Sonra müəllim üzünü başqa şagirdlərə tutaraq.- «Əsl həqiqəti necə yazmağı öyrənin», - deyə sözünü tamamladı.
Sevincək evə qaçdım. Orada məni xoşagəlməz hadisə gözləyirdi. Dəhlizdə milisionerlər dayanmışdılar. Biri oturub nə isə yazırdı. Rayondan gələn qonaq yanıqlı-yanıqlı mələyən quzunu qucağında tutmuşdu. Əhvalı pozğun idi. Atam vaxtı ötmüş limon kimi sapsarı saralmışdı. Sonra atamı və qonağı quzu ilə birlikdə harasa apardılar. Anam məni qucaqlayaraq:
- Oğlum, bizi kimsə ələ verib,- deyə hıçqırdı. - Atanın rayona gedişləri, qonaqların evimizə gəlişləri barədə yazıblar. Daha atan müfəttiş olmayacaq, daha bizim balaca quzumuz, çoşkamız olmayacaq.
Mən:
- Ağlama, anacan, - dedim. - Bu yoxlama yazı işi üçün mənə beş veriblər.
- Beş??? - deyə hər iki qulağı ağır eşidən babam təkrar etdi. - Buna görə atana beş yox, olsa-olsa üç il iş verə bilərlər.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək