15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Tiflissayağı boşanma - Akif Abbasovun tərcüməsi
Tarix: 10-10-2023 19:06 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Tiflissayağı boşanma
Zurxan Qemazaşvili
Gürcüstan
(Tərcümə Akif Abbasovundur)
İri, ala gözlü, cavan bir qadın və şux qamətli gənc bir-birinə çox yaraşırdı. Amma boşanmaq qərarına gəlmiş, məhkəməyə ərizə vermişdilər. İşə yaşlı və təcrübəli bir hakim baxırdı. O, boşanma işlərində, necə deyərlər, saç-saqqal ağartmışdı. İstəmirdi ki, cavanların ailəsi dağılsın.
- Niyə boşanırsınız?
- Ona görə ki, futboldan savayı bir şey görmür, sözü-söhbəti futboldur, - deyə qadın hirsli gözlərilə ərinə işarə etdi.
Hakim təəssüflənərək gəncləri süzdü:
- Nə vaxt evlənmisiniz?
Qadının gözləri yaşardı:
- Ondan soruşun, - dedi. - Yəqin heç xatırlamır da...
Kişi ah çəkərək:
- Başlandı da... - dedi. - Necə xatırlamıram? Həmin gün 1:0 hesabı ilə “Spartak”a qalib gəlmişdik.
Hakim diqqətlə kişiyə baxdı, sonra qadına müraciətlə soruşdu:
- Uşağınız var?
- Hə, bir oğlumuz var… - onun sifəti işıqlandı. - Ondan xəbər alın, bir görək, oğlu olduğunu bilir, ya yox.
Kişi qaşqabağını tökdü:
- Yenə öz bildiyindən əl çəkmir... Oğlumun noyabr ayında anadan olduğu gün heç yadımdan çıxar? Həmin gün biz Moskva dinamoçularını 5:1 hesabı ilə udduq. Bax, buna deyərəm yarış.
- İlk mübahisəniz nə vaxt düşüb?
- Yeddi il əvvəl. Eh, yaman uğursuz il idi. Birinci yerə çıxmağa imkanımız olduğu halda iyulun 14-də “Zenit” ə 2:1 hesabı ilə uduzduq. Gözlənilmədən paytaxt dinamoçuları 2:1 hesabı ilə bizi məğlubiyyətə uğratdılar. Hər iki topu Çislenko vurdu. “Şaxtyor”la heç-heçə oynadıq.
Qadın mənalı-mənalı:
- Eşidirsiniz? - deyib yaylığını çıxartdı.
Hakim soruşdu:
- Bəs necə tanış olmusunuz?
- Görüm o günü lənətə gəlsin, - deyə qadın ah-uf elədi. - İşin tərsliyindən biz elə stadionda tanış olmuşuq…
- Hə… Hə… stadionda. Yaman oyun gedirdi. “Dinamo” (Moskva) - “Dinamo” (Tiflis). Oyun 2:1 hesabı ilə bizimkilərin xeyrinə qurtardı. Topları Metreveli və Mesxi vurdular. Lap əjdaha kimi oynayırdılar. Mişa Mesxi topu qapının sol tərəfindən vurdu, Belyayev sıçradı…
Hakim yumruğunu stola çırpdı:
- Əvvəla, həmin topu Mesxi başı ilə qapıdan keçirdi, ikincisi, qapıda Belyakov deyil, Lev Yaşin durmuşdu.
Üçüncüsü, sizi boşamayacağam… futboldan başın çıxmır, hələ bir azarkeşlik də edirsən. Hə, arvadını da götür birbaşa evə get. Futboldan əməlli - başlı xəbərdar olmayınca gözümə görünməyə cürət eləmə…
Karıxıb qalmış, utandığından qıpqırmızı pörtmüş kişi arvadının qolundan tutub qapıya sarı yönəldi. Gənc ər-arvad çıxıb gedəndən sonra hakimdən soruşdum:
- Siz, doğrudan, futbolu belə gözəl bilirsiniz?
- Açığı, futbol haqqında təsəvvürüm belə yoxdur, - dedi.
- Bəs Lev Yaşin barəsində dedikləriniz?
- O, tanıdığım yeganə soy addır. Balaca bir tamaşa göstərməyə məcbur oldum. Bir-birinə yaraşan o iki gəncin ayrılmasını istəmirdim.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək