15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Eelektron elçi - Akif Abbasovun tərcüməsi
Tarix: 08-10-2023 12:06 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Elektron elçi
Nikolay Yelin, Vladimir Kaşayev
(Hekayəni Akif Abbasov tərcümə edib)
Həyatda özünə layiqli ömür-gün yoldaşı tapmaq çox müşkül işdir. Bəziləri bütün həyatları boyu bu məsələni həll edə bilmirlər. Bunu nəzərə alıb konstruktor büromuzda, asudə vaxtlarımızda ictimai əsaslarla xüsusi maşın düzəltdik və onu “EE-1” adlandırdıq. Bu, «Elektron elçi» deməkdir. Gələcək ömür-gün yoldaşın haqda bütün məlumatları (yəni onu necə təsəvvür edirsən, maaşı və s.) qoyursan maşının ağzına… Beş dəqiqə ötmüş cavab hazırdır: o filan yerdə yaşayır, maaşı filan qədər, soy adı - bu, iş yeri filan yer və s.
Maşın hamının xoşuna gəlir; böyük, yaraşıqlı və parlaqdır. Bir əngəli var ki, hələ təcrübədə yoxlanılmayıb, sınaqdan çıxarılmayıb. Ona görə, hələ açıb-ağartmırıq, belə bir maşının mövcud olduğunu aləmə car çəkmirik. Hər halda ciddi məsələdir, özün üçün qaloş yox, həyat yoldaşı seçirsən… Budur, şöbə rəisi məni çağırıb:
- Bilirsən, nə var, Sanya - deyir, - belə qərara gəlmişik ki, maşını sənin üzərində sınaqdan keçirək. Gəncsən, subaysan, maaşın azdır. Müvəffəqiyyət qazanmasan da, səndən ötrü heç kim gözünün qorasını tökməz. Risk et! Yayda səni məzuniyyətə də buraxaram.
Nə isə, məni dilə tutdu. Mən də kağız-qələm götürüb bütün məlumatları yazdım. Yazdım ki, gələcək ömür-gün yoldaşımı bir ideal qadın kimi necə görmək istərdim və s. Sonra kağızı baxmaq üçün müdirə uzatdım.
- Olar, - o deyir, - hər şey yerli-yerindədir! Öz idealını necə lazımdırsa, təsvir etmisən! Təbrik edirəm! Amma bilirsən,… əgər çətin deyilsə,… qeyd elə ki, seçdiyin adam gərək «Əməyə və müdafiəyə hazıram» kompleksinin normalarını yerinə yetirmə. Bu, bir növ, rəsmiyyət xatirinədir. Vərəqi təsdiq üçün direktorluğa təqdim etməliyəm. Qorxuram «əmma»sı çıxa. Fikirləşərlər sən (elə mən də), bu məsələni qiymətləndirmirsən.
- Nə deyirəm ki, - onunla razılaşır və kağızı götürüb ƏMH normaları barədə əlavələrimi edirəm.
- İndi hər şey qaydasındadır. Gedək yerli komitəyə. Xahiş etmişdilər, hazır olan təki onlara göstərək.
Yerli komitənin sədri də idealımı bəyəndi. Amma gələcək ömür-gün yoldaşımı ictimaiyyətçi kimi göstərməməyim onu narazı saldı. Xahiş etdi ki, bu barədə də düzəliş aparım. Kağız direktor müavininə təqdim olunmalıdır. Sevgilim ictimai işlə məşğul olarsa, bu mənim xeyrimədir.
Çiyinlərimi çəkib bir sətir də əlavə etdim.
Direktor müavini seçdiyim qadına bir şərtlə razılıq verdi: ömür-gün yoldaşın, heç olmazsa, bir xarici dil bilsin. Etiraz etmək istədim, amma o, dostyana əlini çiynimə qoyub:
- Başa düşün, - dedi, - indiki zamanda bunsuz heç nə. Zəmanə belə tələb edir. Bu günün ziyalısı hökmən xarici dildə danışa bilməlidir. Məncə, siz də istəməzsiniz ki, sevib-seçdiyiniz və nəhayət, evlənəcəyiniz adam ziyalı, mədəni olmasın.
Bəli, bunu istəməzdim. Ona görə köks ötürüb bir cümlə də artırdım.
Sonrası daha pis gəldi. Kadrlar şöbəsinin müdiri tələb edirdi ki, gələcək arvadımın bir neçə təşəkkür almasını arzulayım. Həm də yaxşı olar ki, həmin təşəkkürlər şəxsi işinə də tikilsin.
Direktor nədənsə hökmən istəyirdi ki, o, pal-paltar toxumağı bacarsın…
Uzun sözün qısası, mənim ərizəm, axır ki, təsdiq olundu. Dürüstləşdirilmiş məlumatlar təntənəli şəkildə “Elektron elçi”yə təqdim edildi. Başladıq gözləməyə. Beş dəqiqə keçmədi ki, maşın nəticəni bildirdi: arzuladığım qadın bizim institutda işləyir. Özü də kitabxananın müdiri - Dina Qriqoryevnadır.
Çaşıb qalmış şöbə rəisinin alnında tər muncuqlandı:
- Səndən heç gözləməzdim, Sanya! İşi gör nə yerə çatdırmısan… O ki, səndən on beş yaş böyükdür!
Direktor müavini başını yellədi:
- Ayıbdır, cavan oğlan. Mədəni adamlar belə hərəkət etmirlər! Dina Qriqoryevna iyirmi ildir ərə gedib. İki uşağı var.
Kadrlar şöbəsinin müdiri:
- Yəqin maaşına tamah salıb, - deyə tez nəticə çıxartdı.
- Nə danışırsınız? Mən,… mən ki,… o ki,… mənim xoşuma gəlmir! - deyə özümdən çıxdım.
Şöbə rəisim qımışdı:
- Bizə ağzına gələni deyə bilərsən, maşını isə aldada bilməzsən. Qardaş, elektronika dəqiq elmdir. Hə…ə… Anlamıram, o Dina Qriqoryevnanın nəyinə vurulmusan axı?
Direktor qorxuya düşdü:
- Bəlkə aranızda nə isə olub, biz bilmirik?! Birdəfəlik başa düşün ki, ailə dağıtmağınıza göz yuma bilmərik.
- Aramızda heç nə olmayıb! - deyə çığırdım, - olmayıb və olmayacaq da!!!
Kadrlar şöbəsinin müdiri:
- Öz arzusuna görə işdən azad edin, - dedi. - Qoy başqalarına ibrət olsun!
Hamı onun tərəfini saxladı. Beləliklə, öz xahişimlə işdən çıxdım. Maşınla mübahisə etməyəcəkdim ki… Bundan sonra öz fikrimin üstündə daha möhkəm dayandım: nə deyirsiniz, deyin, həyatda özünə layiqli ömür-gün yoldaşı tapmaq çox müşkül işdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək