15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Hinduşka - Akif Abbasov yazır
Tarix: 06-10-2023 09:30 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Səriyyə süddən, qatıqdan, nehrə yağından-pendirdən, qaymaqdan-baldan, bir qədər də mer-meyvədən bir zənbil düzəldib, bir hinduşka da kəsdirib, tükünü yoldu, iç-çalatını təmizləyib hazırladığı payın üstünə qoydu. Vidadi müdafiə edib alim olmuşdu. Səriyyə gec xəbər tutmuş, vaxtında əmioğlusunu təbrik edə bilməmişdi. Bir var, özünü eşitməməzliyə qoyub üstünü vurmayasan, bir də var, gec də olsa, təbrik edəsən. Hər halda ikinci variant yaxşıdır. Sabah Salyandan yola düşən avtobusa əyləşər, uzağı iki saata özünü Bakıya çatdırar, Vidadiyə, ailəsinə gözaydınlığı verər, bir stəkan çaylarını içib, rayon payını da verər, geri qayıdar.
Qonşu Gülbacı Səriyyənin bayaqdan, əlləşib-vuruşduğunu, nə zamandan bəri yanını yerə qoymağa da macal tapmadığını görüb:
- Ay Səriyyə, yumurtası tərs gəlmiş toyuq kimi nə əlləşirsən? Aaazz, özünə yazığın gəlmir?
Səriyyə deməyə məcbur oldu:
- Bizim Vidadi alim olub, xəbər tutmamışam... Deyirəm gec də olsa, gedib təbrik edim. Universitetdə oxuyan uşağa köməyi çox dəyir. Fikirləşməsin ki, özümüzü bilməməzliyə vurmuşuq, qanmazıq...
Maraq Gülbacıya güc gəldi:
- Əli boş ha getmirsən, nə aparırsan gülmə-şəkər əmioğlunçun?
Səriyyə cavabında dedi:
- Süd-qatıq, nehrə yağı, pendir, mer-meyvə...
- Elə bu? Nə əcəb toyuqdan, qazdan-ördəkdən, quzu ətindən... bir şey aparmırsan?
Səriyyə boynuna aldı:
- Bir dənə də hinduşka...
Gülbacı təəccüblə:
- Azz, yeni il qabağıdır, - dedi. - Heç bilirsən bazarda hinduşka neçiyədir?
- Hər neçəyə olsa, əmim oğludur. Qan qohumumdur, əmimin yadigarıdır. Deyirsən, bir hinduşkanı da qıymayım? Adam adama hansı gündə lazımdır?!
Gülbacı dilləndi:
- İndi hinduşkanın biri əlli manatdır.
Bu dəfə Səriyyə təəccüblə içərisini çəkdi:
- Əlli manat???
Gülbacı təsdiqlədi:
- Hə, əlli manat...
Oradan-buradan bir qədər söhbətləşəndən sonra Gülbacı çıxıb getdi. Səriyyə səhər ertə Bakıya yola düşəcəkdi. Odur ki, yatağa tez girdi ki, yatıb yuxuya qalmasın.
Səhər saat 6-da zəngli saat səsləndi. Səriyyə durub yuyundu. Yarım saat, qırx dəqiqə sonra zənbilini götürüb yola çıxdı. Bilet alıb avtobusa qalxdı. Avtobusun yola düşməsinə on beş dəqiqə qalırdı. Səriyyə birdən hiss etdi ki, nə isə darıxır. Dünən Bakıya getmək, Vidadi əmioğlusunu təbrik etmək üçün nə qədər hazırlıq işləri görmüşdü. Bakıya getmək üçün ürəyi əsirdi. İndi isə, getmək istəmirdi. Gülbacının sözləri ona rahatlıq vermirdi: “Heç bilirsən bazarda hinduşka neçiyədir? Əlli manata”.
Qış yaman gəlirdi. Uşaqların əyni yalın idi. Musanın ayaqqabısı su buraxırdı. Gülgəzin paltosu nimdaş idi. İsanın da şalvarı süzülmüşdü. Hinduşkaya bax, gör necə qudurub! Əlli manata qalxıb. Bal da, qaymaq da od qiymətinə idi. Sürücü sərnişinləri harayladı:
- Gəlin, gedirik. Siqaretinizi atın, avtobusa qalxın.
Sərnişinlər avtobusa doluşdular. Avtobus tərpəndi. Yüz metr belə getməmişdi ki, Səriyyə ayağa qalxdı:
- Şofer qardaş, maşını saxla.
- Nə olub? Öyrənmisiniz, maşın qalxanda saxlatdırıb bulka alırsınız...
Səriyyə səsini qaldırdı. O, zənbilini də götürmüşdü:
- Düşürəm.
Sürücü cin atına mindi:
- Necə yəni düşürəm. İndi bu millət iki saat səni gözləsin ki, nə vaxt qayıdacaqsan?!.
- Getmirəm. Saxla, düşüm.
- Getmirsən? Bu başqa məsələ. Amma pulunu qaytarmayacağam. Yeri “zanit” eləmisən.
- Cəhənnəmə qaytar, qara yola qaytar.
Səriyyə düşdü. Avtobus tərpəndi. Səriyyə nəfəsini dərib əlini qaldırdı. Bazara gedən avtobusa mindi. Südü-qatığı, nehrə yağını-balı, hinduşkanı bazara gətirib yaxşı qiymətə satdı və uşaqlarına yavanlıq, əyin-baş aldı.
Evə qayıdandan sonra bir stəkan çay içib, telefonun dəstəyini qaldırdı. Telefonçu qızın səsini eşidən kimi Bakını sifariş verdi və Vidadini təbrik etdi.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək