15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Yersiz gəldi... - Akif Abbasov yazır
Tarix: 05-10-2023 08:52 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Hamısı bir həyət evində yaşayırdı. Ata-ana, iki bacı, iki evli qardaş, bir subay qardaş. Ev vur-tut dörd otaqdan ibarət idi. Nə qədər ki, evlənməmişdilər, iki qardaş mehriban yaşayırdı. Elə ki, gəlinlər gəldi, vur-çatlasın başladı.
Gəlinlər yola getmir, ərlərini bir-birinin üstünə salırdılar. Hədə, təhqir, söyüş həddini aşmışdı.
Ata-ananı, bacını, subay qardaşı saya salan yox idi. Tərəflər qızışanda valideynləri belə eşitmir, ağızlarına gələni bir-birlərinə deyirdilər.
Axırda Səkinə arvad ərinə dedi:
- Vallah bir gün bizim yetimçələr Ağaəsədlə qardaşı Əsədin gününə düşəcəklər.
Məcid kişi təəccüblə arvadına baxdı:
- Nə Ağaəsəd, nə Əsəd?
- Yadından çıxıb, ay kişi?! Beş ilin söhbətidir. Arvadlarının fitvası ilə qardaşlar tutaşdılar. Böyük qardaş - Ağaəsəd vurub Əsədin hamilə arvadını qanına boyadı. Əsəd də arvadının qarnındakı ilə birlikdə öldüyünü görüb bıçağı böyük qardaşının - Ağaəsədin ürəyinin başına soxdu.
Polislər gəlib Əsədi apardılar. Bu dava-dalaşın, qan-qadanın axırı nə oldu? Ağaəsədlə qardaşı arvadı Sahibə öldü, Əsədə də on iki il iş verdilər. Hər iki ailə dağıldı, uşaqları başsız qaldı.
Məcid kişi fikrə getdi: “Arvad düz deyir, bu uşaqların bir xətası var. Axırda elə iş tutacaqlar ki, yanıb-yaxılacağıq. Əlimiz heç yana çatmayacaq”.
Məcid kişi əvvəlcə Əli ilə Vəlini, onlar gedəndən sonra gəlinləri çağırıb başlarına ağıl qoydu. Durub getdilər. Amma onların qırımından Məcid kişi başa düşdü ki, dediklərinin xeyri olmadı. Oğulları da, gəlinləri də qan-qan deyirdilər.
Əli Vəlidən anlaqlı çıxdı. Yığışıb ailəsi ilə birlikdə bu rayondan baş götürüb çıxdı. Qonşu rayonda iş tapıb mənzil kirayələdi. Arvadı işləmirdi, uşaqları balaca idi. Maaş ailəni güclə görürdü. Ev sahibi Dadaş xeyirxah adam idi. Əlinin çətinlik çəkdiyini, ehtiyacdan boğulduğunu görüb güzəştə getdi:
- Sənin vəziyyətini başa düşürəm. İndi kirayədə qala-qala ev dolandırmaq müşkül məsələdir. Qərara aldım ki, daha sizdən kirayə haqqı almayım. Nə zaman fərli bir iş taparsan, əlin gətirər, onda başlayarsan kirayə haqqı verməyə. İnsanıq, bir-birimizə əl tutmalıyıq.
Əli onun əlinə-ayağına düşdü. Sevindiyindən bilmirdi nə etsin.
Əlinin ailəsi də böyüklü-kiçikli Tükəzban arvada duaçı oldular.
Haradasa bir il keçdi. Hiss olunurdu ki, Əli özünə gəlirli iş tapıb. Yerində dingildəyir. Özünün, arvadının, uşaqlarının əyin-başına fikir verir, evinə yaxşı bazarlıq edir. Amma özünü o yerə qoymur, kirayə haqqı barədə fikirləşmirdi.
Bunu görən ev sahibi Dadaş hövsələsini basıb dinmir, Əlinin insafa gələcəyini gözləyirdi.
Bir gün Dadaş evə gələndə gördü ki, həyətinə bir neçə maşın daş tökülüb. Əli ilə görüşüb, ondan soruşdu:
- Bu nə məsələdir? Bu daşları bura kim töküb?
Əli heç nə olmayıbmış kimi:
- Mən tökdürmüşəm, - dedi. - Çox götür-qoy etdim. Fikirləşdim ki, nə vaxta qədər onun-bunun evində yaşayacağam. Mən də bir kişiyəm, mənim də öz evim olmalıdır.
Dadaşın dayanıb baxdığını görüb əlavə etdi:
- Deyirəm, özümə ev tikdirim.
Dadaş key-key və təəccüblə ona baxırdı. Axırda dilləndi:
- Özünə evi burada, mənim həyətimdə tikmək istəyirsən?
Əli sinəsini qabağa verib:
- Hə, başqa harada tikəcəyəm ki?! - deyə suala sualla cavab verdi. - Bir ildən çoxdur burada yaşayıram.
Dadaş ürəyini tutdu:
- Bura axı sənin yox, mənim həyətimdir.
Əli ayağını daşlardan birinin üstünə qoyaraq, etinasız şəkildə bildirdi:
- Nə olsun sənin həyətindir. Həyətin genişdir. Qorxma yerini dar eləmərəm. Həyətin bir küncündə tikərəm evi, çox o yan-bu yan eləsən, hasar çəkdirib, aranı bağlaram. Narahat olma.
Dadaş cin atına mindi:
- A kişi, necə yəni narahat olma. Sənə kim icazə verir ki, mənim həyətimdə özünə ev tikəsən? Məndən icazə almısanmı? Bir soruşmusan ki, olar-olmaz?
Əli siqaret çıxarıb alışqanla yandırdı, bir qullab vuraraq tüstünü havaya buraxdı:
- Soruşmağa nə ehtiyac? Qanunla sənə 6 sot torpaq düşür. Amma hesablamışam ki, əslində sənin 8 sot torpağın var. Çox o yan, bu yan edərsən, gedib, şikayət edərəm ki, artıq torpaq sahən var.
Matı-mutu quruyan Dadaş artıq nə deyəcəyini bilmirdi. Əli artıq həyasızlıq edirdi:
- Əli, təqsir səndə yox, məndədir. Küçədə qalmışdın, sənə həyətimdə yer verdim, sonra kirayə haqqı almadım. Son bir ildə işığının, qazının, suyunun pulunu da mən ödəmişəm.
Əli özünə qoyulmurdu ki, qoyulmurdu. Dadaşın dediklərini heç vecinə almırdı:
- Bunlar hamısı bir vətəndaş kimi sənin borcundur. Əlsizə, köməksizə əl tutarlar. Kəsəsi, nəs gətirib mənə mane olma, qoy işimi görüm, bənna çağırmışam, sabah gəlib evin bünövrəsini qazacaqlar.
Dadaş onu dilə tutmaq, bu axmaq fikrindən daşındırmaq istədi:
- Əli, sən tərslik eləmə, adam ol, ev tikmək istəyirsənsə, get icra hakimiyyətinə, bələdiyyə idarəsinə, özünə torpaq istə. Yer ayırsınlar, harada istəyirsən ev nədir, lap imarət tik.
Əli əlini yellədi:
- Bu rayona pasport qeydiyyatım yoxdur. Torpaq ayırmazlar. Həm də dağa-daşa niyə düşüm? Hazır yer, boş torpaq var da...
Dadaşın başına sanki qaynar su tökdülər. Ağzı köpüklənə-köpüklənə:
- Əli, sən nə həyasız adam imişsən! Sənə adam, insan deməyə də dilim gəlmir. Adam olsaydın, öz rayonundan didərgin düşməzdin. Atalarımız doğru deyib: “Yersiz gəldi, yerli, qaç!” Eybi yoxdur, Əli, madam ki belədir, bu evi-eşiyi, həyəti sənə bağışlayıb, mən gedərəm bu həyətdən!
Onun sözlərini eşidən Əlinin gözləri güldü:
- Doğrudan? Sən nə yaxşı adamsan? Başa düşənsən!
Bunu görən Dadaş:
- Ay sən öləsən! – dedi. - Bu dəqiqə şələ-küləni də, ailəni də götürüb bu həyətdən, kirayəsini verməyib neçə aylar yaşadığın evdən rədd ol! Bildin! Bu dəqiqə qohum-əqrəbamı, oğullarını tökəcəyəm bura.
Əli yerində donub qaldı. Dadaş var gücü ilə qışqırdı:
- Eşitdin? Bir saat sənə vaxt verirəm. Tərpənməsən, səni bu həyətdə sürüyüb, sonra çölə atacağam! Nankor!
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək