15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Gəlin - Akif Abbasov yazır
Tarix: 04-10-2023 09:29 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Mələk xanım mağazaya 457 yeni manat ödəyib evə gəldi və gözləməyə başladı. Çatdırma və quraşdırma mağazanın boynuna düşürdü. Dünən usta gəlib paltaryuyan maşını quraşdırmaq üçün lazım olan santexnika işlərini görüb qurtarmışdı.
Yarım saat sonra firmanın işçiləri paltaryuyan maşını gətirdilər. Usta maşının işlətmə qaydalarını izah edə-edə zarafatından da qalmırdı:
- Ay bacı, bu paltaryuyanı ki aldın, ev işlərini yarıbayarı azaldacaq. Elə təsəvvür elə ki, evinə gəlin gətirmisən, əlini-əlinin üstünə qoyub baxırsan, «gəlin» pal-paltarını yuyur, yaxalayır və qurudur.
Mələk xanımı gülmək tutdu. O da zarafatla:
- Hansı gəlin qayınana üçün paltar yuyur? - dedi.
Usta:
- Yox, bu gəlin ağıllı gəlindir.
Ustalar işlərini görüb qurtaranda:
- Gəlininiz xoş gəlib, səfa gətirib. Sizi təbrik edirik! Gözəl mübarəkdir! - deyib getdilər.
Uşaqlar paltaryuyan maşının ətrafına yığışıb tamaşasına durdular. Nəhayət, baxmaqdan doyub qonaq otağına keçib yenə televizorun qarşısında əyləşdilər. Aradan yarım saat keçmişdi ki, qapının zəngi çalındı. Mələk xanım ayağa qalxıb qapıya yaxınlaşdı, gözlükdən baxanda qonşu qadınları gördü. Qapı açılan kimi bir dəstə arvad içəri doluşdu və dil-ağız elədi:
- Çox mübarəkdir, Mələk xanım!
Mələk xanım sevincək:
- Sağ olun, əzizlərim! Allah sizdən razı olsun!
Fatma dilləndi:
- Qapıdan keçəndə eşitdim. Bir kişi gözaydınlığı verirdi.
Şəfiqə soruşdu:
- Adı nədir, Mələk xanım?
Mələk xanım yadına salmağa çalışdı. Jalə tez:
- Adı…Vesteldir.
Şəfiqə xanım təəccüblə:
- Vestel? Xaricidir?
Mələk xanım:
- Hə, xaricidir. Bizimkilərdən adam yarımır. Yarı yolda qoyur səni. Bu isə, başqa aləmdir, ay Şəfiqə, sənə qismət olsun. Bilirsən nə paltar yuyur! Tər-təmiz, ağ-appaq.
Şəfiqə:
- Halal olsun. Alanda da beləsini alasan. Sonra zarafatla dedi. - Gedək, baxaq, tanış olaq, görək, həqiqətən tərifəlayiqdir?!
Mələk xanım qonşu qadınları mətbəxə apardı. Yolboyu Rəfiqə öz-özünə deyindi: «Bir yandan tərifləyir, o biri yandan indidən mətbəxə basıb. Bir layiqli yerdə oturda bilmirdi?!»
Mətbəxdə qonşu qadınlar bir-birinin üzünə baxdılar. Burada kimsə yox idi. Şəfiqə çiyinlərini çəkib:
- Bəs gəlin hanı, Mələk xanım?
Bu dəfə Mələk xanım donub qaldı. Ustanın dediklərini də unutmuşdu:
- Hansı gəlin? Nə gəlin?
- Ağ geyimli gəlini deyirik. Baxmaq istəyirik.
- Başa düşmürəm, hansı gəlindən danışırsınız…
Mələk xanım özünü elə itirmişdi ki, mətbəxə paltaryuyan üçün keçdiyini də unutmuşdu. Fatma yada salmağa çalışdı:
- Qapının ağzından keçəndə gəlinə görə sizi təbrik etdiklərini bu qulaqlarımla eşitdim. Qonşuluqda yaxşı deyil. Gəlini bizdən gizlədirsiniz? Ay qızlar, gəlin, gedək.
Mələk xanım sanki yuxuda idi, ayıldı. Qəh-qəhə çəkib onları saxladı. Paltaryuyan maşınına sarı gedib, örtüyü qaldırdı. Maşın ağ rəngdə idi. Özü də gəlin kimi bəzəkli:
- Ay sağ olmuşlar, budur mənim gəlinim! Adı da Vesteldir. Özü də xarici gəlindir. Bayaq siz soruşdunuz, mən də dedim. Baxmaq istəyirsiniz - baxın. Daha küsmək nəyə lazım?!
Qonşu qadınlar Fatmanın üzünə baxdılar. Bunun mənası o idi ki: “Qapı pusmağın axırı belə pərtliklə qurtarar!”.
Bölməyə aid digər xəbərlər
Tarix: 04-10-2023 09:29 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək