15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Kartof və göy-göyərti - Akif Abbasov yazır
Tarix: 02-10-2023 10:03 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Əlikram ayağını soyunmaq istəyəndə Qızxanım onun başının üstünü aldı:
- Əliş, başına dönüm, bir dəstə göy soğan, vəzəri, reyhan, bir də turp al, qayıt.
Qızxanım adət etmişdi. Əlikrama Əliş deyirdi, elə Əlikram da onu Xanım çağırardı.
Əlikram dilləndi: “Xanım...”
O nəsə demək, narazılığını bildirmək istədi, Qızxanım imkan vermədi, şirin dilini işə saldı:
- Əliş, bilirəm, deyəcəksən ki, gecdir, axşam saat 10-dur. Bu vaxt göy-göyərti olar? Olsa da büzüşüb-durub. Başım dolma bükməyə qarışıb, çıxıb göy-göyərti almamışam. Dolmanı göyərtisiz necə yeyəcəksən?!
Əlikram istədi desin ki, “Xanım, eybi yox yeyərəm”, Qızxanım imkan vermədi ki, o sözləri dilinə gətirsin:
- Üzə vurmasan da, yenə ağız burnunu əyəcəksən. İndi Bəhlul da gələcək, o da şam etməyib. Gələndə iki kiloqram kartof da al. Sabaha lazımdır. Getməyinə gedirsən, quru soğan da al, gətir. Bir də kimdir ondan ötrü çölə-bayıra çıxan. Düzdür, soğan var, amma azdır, sabah, o biri gün almalı olacağıq. Uzağa ha getməyəcəksən. Həyətdə Kazımda yaxşı göyərti də, kartof-soğan da olur.
Qızxanım sifarişlərinin sayını artırmasın deyə Əlikram tez özünü çölə atdı. Günorta yediyinin üstündə idi. Bərk acmışdı. Kazım köhnə taxtadan, dəmirdən tapıb bir əldəqayırma dükan-bazar düzəltmişdi. Burada mer-meyvə, çörək, qatıq, süd, göy-göyərti və hər nə gəldi satırdı. İnsafən, tərəzisi də düz idi. Əlikram Kazıma arxayın olub həyətə düşmüşdü. Amma dükan tərəfdən işıq gəlmirdi. Əlikram öz-özünə fikirləşdi:
“Yəqin işıqları sönüb, dükanda elektrik xətləri hər necə gəldi çəkilmişdi. Mantyor özünü yetirənə kimi şam yandırardı. Onunçun nə fərqi var? Təki alveri getsin”.
Əlikram ümidlə yaxınlaşdı. Yox, dükan-bazar bağlı idi. Ətrafdakılardan soruşdu. Dedilər ki, qardaşı öz oğluna toy edir, Kazım toydadır.
Əlikram kor-peşman geri döndü. Bir istədi evə qayıtsın, amma fikirləşdi, düz, ya əyrı. Arvad iş tapşırıb, qan-qaraçılıq olacaq. Əlini yelləyib pay-piyada o biri dayanacaqdakı əldəqayırma dükan-bazarlara sarı üz tutdu. Çox olsa, yarım saat vaxtı gedəcəkdi...
...Artıq bir saat keçmişdi. Əlikram qayıtmaq bilmirdi. Bəhlul gəlmiş, gözləməyə səbri çatmamış, şam etmişdi. Qızxanım da ona qoşulub yeməyini yemişdi. Nə qədər gözləyəcəkdilər?!. On ikinin yarısı idi. Kazımın bazar-dükanına gedib-qayıtmaq uzağı iyirmi dəqiqə vaxt aparardı. Amma Əlikram gəlib çıxmaq bilmirdi ki, bilmirdi. Qızxanım narahat halda Bəhlula baxdı. Anası bir söz deməsə də, Bəhlul onun qırımından başa düşdü: Qızxanım istəyir ki, o, atasının dalınca getsin.
Bəhlul ayağını geyinirdi ki, qapının zəngi çalındı. Əlikram idi. O, qucağında kağız torba içəri girdi. Torbanı Qızxanıma uzatdı. Qadın aldı. Əlikram nəfəsini dərib otağa keçdi. Pərt idi. Qızxanım gəlib qarşı stulda əyləşdi. Gözlərini Əlikramın sifətinə zillədi. Yəni: “Əliş, danış görək haralarda qalmısan?!”
Demə,..
Əlikram bir-iki kiloqram kartof, göy-göyərti aldı. Fikirləşdi ki, quru soğan hələ ki var, sonra Kazımdan alar. Odur ki, geri döndü. Kağız torbaya beli bağlı olmadığından onu qucağına aldı. Bir də görürdün güc düşdüyündən kağız torba alt hissədən cırıldı, aldıqların da gəldi yerə. Sonra da gəl yerə əylib onları yığ, həm də torban olsa, olmayanda qalırsan ətrafa boylana-boylana. Ona görə möhkəm parçadan bazarlıq torbası tikdirmişdi. Özü ilə gəzdirərdi. İndi bazarlıq söhbəti qəflətən ortaya çıxdığından onu götürməmişdi.
Saat on ikiyə işləyirdi. İşıqlar sönmüşdü. Əlikram ətrafına göz gəzdirə-gəzdirə gedirdi. Birdən qarşısına üç nəfər cavan oğlan çıxdı. Onlar ucadan səsləndilər:
- Dayan!
Əlikram ayaq saxladı.
- Əlindəki torbanı ver.
- Neyləyirsiniz? - deyib kağız torbanı daha bərk-bərk özünə tərəf sıxdı.
Bunu görən gənclər onun üstünə yeridilər:
- Demədik bəri ver.
- Kartofdur, göydür, göyərtidir...
Cavanlardan biri dişini ağardaraq:
- Necə kartof, necə göy-göyərti olduğunu bilirik...
Kağız torbanı dartaraq onun əlindən aldılar və götürüldülər.
Əlikram onların ardınca baxa-baxa qaldı. İndi arvada nə cavab versin?! Necə desin ki, tapşırdıqlarını almamışam. Əvvəla, almamısansa - niyə? İkincisi, bəs bu müddətdə harada küllənirdin? Desə ki, almışdım, əlimdən qapıb qaçdılar, buna arvad inanmayıb deyəcək – üç nəfər cavan oğlanın nəyinə gərəkdir iki kilo kartof, 3-4 dəstə göy-göyərti? Ya da deyəcək gör nə qədər əfəlsən ki, torbanı əlindən alıb qaçırlar. Əlqərəz, bütün dəlillər onun əleyhinə idi. Lap mat-məəttəl qalmalı iş idi. Doğrudan da, nəylərinə lazım idi o kağız torbadakılar???
Dilxor olan və həm də acından nəfəsi kəsilən Əlikram səkinin qırağında əyləşdi. Bərk yorulmuşdu. Gün ərzində adam nə qədər ayaq döyər?! Evdə də söz-söhbət bitib-tükənmir. Mürgü vurur, evə getməyə tələsmirdi. Kimsə əlini onun çiyninə qoydu. O, başını qaldırdı. Həmin gənclər idi. Kaşız torbanı ona uzatdılar:
- Day-day, demə düzünü deyirsənmiş, sənə inanmadıq. Elə bildik torbadakı pullardır, yalandan üstünü kartofla, göy-göyərti ilə örtübsən. İndi çoxları belə edir. Adam aldadırlar. Qorxurlar ki, oğrular ciblərini kəsərlər.
Qızxanım ərinin hekayətinə qulaq asıb istehza ilə dilləndi:
- Demədin ki, mən o fərasətin yiyəsi deyiləm və olmayacağam da. Demədin ki, mənim cibimə pulu zorla basırlar, çıxarıb özlərinə verirəm. Pulu üstümə atıb gedəndə də dallarınca qaçıb özlərinə qaytarıram. Heç olmasa belə deyəydin ki, bir də qabağını kəsməyəydilər.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək