15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ona da töhmət verin - Hekayə
Tarix: 28-09-2023 09:30 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Xəlilli balaca bir kənd idi. Balaca da məktəbi vardı. Nə vaxt tikildiyini heç kim bilmirdi. Məktəb özü balaca olsa da, həyəti böyük idi. Həyəti də bağı-bağçalı. Bağ-bağçada da çoxlu ağac vardı. Bu məktəb çox köhnə idi, siniflər də az. Vur-tut altı-yeddi sinif olardı. Qışda havalar çox soyuq keçirdi, şaxta qılınc kimi adamı kəsirdi.
Qaz üzünə həsrət qalan kənd yeri ola, arada da işıqlar sönə, su da dona. Gəl indi qışı keçir, görüm necə keçirirsən!. Adamlar gün batmamış evlərinə çəkilib bir təhər otaqları isitməyə çalışırdılar. Lap on otağın olsun, birini zor-bəla ilə qızdıra bilərdin. Hamı sobanın ətrafında cəmləşir, bədənlərini, əllərini qızdırmağa çalışırdılar. Onda da gərək sobanı qış uzunu yandırmaq üçün odun tədarükün ola. Axşam da pal-paltarını soyunub yatmaq nədir, elə pallı-paltarlı, kişilər kepkada, papaqda, qadınlar yun şalda yorğanın altına girirdilər. Yoxsa donub ölərdilər.
Belə qarlı-şaxtalı havada ata-anaları uşaqlarını məktəbə buraxmırdılar. Uşaqlara da elə bu lazım idi ki, məktəbə getməsinlər. Bəzi uşaqlar havaya baxmayıb dərs almağa yollanardılar. Məktəbin Ağça adında xadiməsi vardı. Arıqca, qapqara bir arvad idi. O, şaxtaya, borana, yağan qara baxmayıb məktəbə gələr, otaqların tozunu alar, sinif otaqlarını süpürərdi.
Bir də məktəbin Əhməd adında coğrafiya müəllimi vardı. O zamanlar cavan idi, indi yaşlaşıb. O da evdə qərar tuta bilməyib məktəbə baş çəkərdi. Evdə nə qədər oturacaqdı? Subay adam idi. Əhməd müəllim dərs buraxmazdı. Hər gün də olmasa, günaşırı məktəbdə idi. Lap dərsə beş-üç şagird də gəlsəydi, jurnalı götürüb yazar, dərsini keçərdi.
Ağca arvad sinif otaqlarını süpürməklə yanaşı bir özü oturduğu, süpürgəsini, vedrəsini, döşəməni yumaq üçün işlətdiyi taxtanı və əskini saxladığı balaca otaqda, bir də Əhməd müəllimin dərs dediyi sinifdə sobanı yandırardı. Soba kömürlə işləyir, tezcə otağı qızdırırdı.
Məktəbə başqa siniflərdən də uşaqlar gələrdi. Əhməd müəllim onları da otağına çağırar, onlara da həm öz fənnindən, həm də başqa fənlərdən məlumatlar verərdi. Şagirdlər də, valideynlər də Əhməd müəllimdən çox razı idilər.
Bir dəfə qışın oğlan çağında məktəbə qəfil yoxlama gəldi. Heç məktəb direktorunun xəbəri də olmadı. Gələnlər bir-bir sinif otaqlarına, müəllimlər otağına girdilər. Nə ins vardı, nə də cins. Yəni müəllim də yox idi, şagird də. Həm də məktəbin dəhlizi, sinif otaqları qaranlıq və hədsiz soyuq idi, pəncərələr buz bağlamışdı.
Gələnlər getmək istəyəndə Ağca arvad qabaqlarına çıxdı. Xoş-beş elədi. Soruşdular:
- Ay xala, bu gün iş günüdür. Bu məktəb niyə boşdur? Nə müəllim var, nə şagird.
Ağca arvad əli ilə, dəhlizin qurtaracağındakı sinif otağını göstərdi:
- Müəllim də var, şagird də. O sinif otağındadırlar. Şaxta onları qovub o otağa salıb.
Yoxlamaya gələnlər icazə alıb sinif otağına girdilər. Müəllimlə, şagirdlərlə salamlaşdılar. Keçib arxa cərgədə əyləşdilər. Saydılar. İçəridə 21 nəfər şagird vardı. Hamısı da qış geyimində: qulaqlı papaqda, gödəkçə və ya paltoda, uzunboğaz çəkmədə.
Əhməd müəllim dərsini yekunlaşdırdı. Şagirdlər tənəffüsə çıxdılar. Qonaqlar Əhməd müəllimi sorğu-suala tutdular:
- İcmalınız var?
- İcmal tutmamışam. Alıb sinif jurnalına baxdılar. Keçilən mövzular, günlər qeyd olunmuşdu.
- Bəs niyə hazır-qaib eləməmisiniz?
- Bu gün mənim dərsim 7-ci sinifdə idi. Həmin sinifdən də vur-tut 5 şagird gəlmişdi. Qalanları başqa siniflərdəndir. Nə hazır-qaib edim?
Yoxlamaya gələnlər narazı qaldılar. Eləcə sinif otağındaca Əhməd müəllimə töhmət elan edib çıxdılar.
Əhməd müəllim qalmışdı mat-məəttəl. Neçə gün idi müəllimlər məktəbə gəlmirdilər. Hətta məktəb direktoru və müavini də görünmürdü. Onlara gözün üstə qaşın var,- deyən olmadı. Hər gün məktəbə gələn, dərsini keçən, hətta digər siniflərin şagirdlərini də məlumatlandıran Əhməd müəllim isə töhmət aldı.
O, tələsik sinif otağından çıxıb yoxlamaya gələnləri səslədi. Onlar ayaq saxladılar. Əhməd müəllim qonaqlara yaxınlaşıb:
- Yaddan çıxan bir məsələ var, - dedi.
Soruşdular:
- Nə məsələ?
- Bu ayazlı-şaxtalı havada, yerin buz bağladığı günlərdə sürüşə-sürüşə gəlib dərs keçən yalnız mənəm. Mənə töhmət verdiniz. Bəs Ağca arvad? Ağca arvad qaldı axı. Başqa texniki işçilərdən, xadimələrdən də təkcə o gəlib-gedir, buraları silib-süpürür, sobanı yandırır. Ağca arvad inciyər. Ona da bir töhmət verin.
Yoxlamaya gələnlər fikrə getdilər. Əhməd müəllim daha sinif otağına getmədi. Yola düzəldi. Evinə gedib bir daha məktəbə gəlmədi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək