15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Nuru kişiylə söhbət edirdim - Akif Abbasov yazır
Tarix: 27-09-2023 08:22 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Oqtay atası Əhməd kişiylə Kislovodskiyə dincəlməyə gedir. İstirahət evində yerbəyer olandan sonra həyətə düşürlər. Buralar hər ikisinin xoşuna gəlir. Elə bil cənnətə düşüblər. Təmiz hava, yaşıllıqlar qoynu, hər cür əyləncə, daha adama nə lazımdır?!
Kislovodskidə təkcə yeyib-yatmırdılar. Kefləri saz idi. Axşamlar konsertə, rəqsə, kinoya, gəzintiyə, restorana gedirdilər. Kənddə olanda Əhməd kişi çox vaxt narahat yatırdı. Burada isə gecələr xurt düşürdü, kəlləsini yerə qoyan kimi yuxu onu aparırdı.
Bir gün Oqtay yorulub istirahət evindəki otağına ertə qayıtmışdı. Bir az yatıb, indi də televizora baxırdı. Çayını içib saatına baxdı. Axşam saat on bir idi. Əhməd kişi nədənsə ləngiyirdi. Oqtay narahat olub ayağa qalxdı. Parkın içərisi ilə ətrafına göz gəzdirə-gəzdirə yol gedirdi. Qarşıdan adamlar iki-bir, üç-bir ona sarı gəlirdilər. Birdən Oqtayın gözləri atasına sataşdı. 35-40 yaşlarında sarışın bir rus qadınının qoluna girib şirin-şirin söhbət edə-edə gəlirdi. Oqtay cəld kənara çəkildi ki, atası onu görməsin. Sonra tez otağına qayıtdı və gözləməyə başladı.
Bir müddət keçmiş Əhməd kişi kefi saz otağa girdi:
- Axşamın xeyir, oğul. Əcəb yerdir, əcəb havadır. Gəzməkdən doymaq, yorulmaq bilmirsən. Adamın dərdi-səri dağılır…
Oqtay özünü bilməməzliyə vurub soruşdu:
- Ay ata, səhərdən haralarda qalmısan? Gözləməkdən gözümün kökü saraldı. Narahat olmağa başlamışdım.
Əhməd kişi özünü o yerə qoymayıb cavab verdi:
- Ay oğul, daha burada adam yeyən yoxdur ha. Allah saxlamış Nuru kişiyə rast gəldim. Söhbətə tutdu. Bir də gördüm gecə yarı olub.
Oqtay soruşdu:
- Nuru kişi kimdir, ay ata?
- Gəl indi Nuru kişini də tanıma. Rayon sovetinin katibi.
Bu əhvalatdan bir neçə gün keçdi. İndi Əhməd kişi otaqda oturub Oqtayı gözləyirdi. Gecədən xeyli keçmişdi. Kişinin yuxusu ərşə çəkilmişdi. Oqtay gəlib çıxmaq bilmirdi. Və o gecə Oqtay həqiqətən gəlib çıxmadı. Nataşa ilə restoranda yeyib-içəndən sonra ona qoşulub gedib Nataşanın otağında qalmışdı.
Ertəsi gün Oqtay istirahət evindəki otağına qaydanda Əhməd kişini qanı qara gördü. Çırtma vursaydın qanı çıxmazdı. Acıqlı-acıqlı oğlundan soruşdu:
- Ay oğul, adam belə iş tutar?! Yad yerdir, ürəyimin içini yemişəm. Harada itib-qalmısan?
Oqtay özünü sındırmadan:
- Ay ata, Nuru kişiyə rast gəldim. Söhbətə tutdu. Sən düz deyirmişsən. Allah saxlamış yaman söhbətcil imiş, düz səhərə qədər o danışıb, mən qulaq asmışam. Nə edim, ağsaqqal adamdır. Fikirləşdim: xudahafizləşib evə gələrəm, birdən xətrinə dəyər. Odur ki, bir təhər dözdüm.
Əhməd kişi arif adam idi. Barmağını dişləyib bir söz demədi.
Bölməyə aid digər xəbərlər
Tarix: 27-09-2023 08:22 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək