15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Taxta qaşıq - Akif Abbasov yazır
Tarix: 26-09-2023 10:00 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Tər Təmizov 50 yaşına çatmışdı. Hələ də subay idi. Xeyr, ömründə evlənməmişdi ki, deyək dul idi. Anadangəlmə subaydı. Yan-yörəsinə baxıb arada qeyrətə gəlirdi ki, evlənsin, amma bu yaşında fərasət sahibi deyildi ki, birinin qolundan yapışıb ona xoş sözlər desin, ürəyini ələ alsın.
Axırda iş yoldaşlarına ağız açdı. Kömək dilədi. Onlar:
- Ay Tər Təmizov, axı sənin ipinin üstünə odun yığmalı deyil, - dedilər. -Evlənmə məqamı yetişəndə, bir hoqqa çıxaracaqsan, bizi də biabır edəcəksən, özünü də.
- Yox, yox, canım üçün subaylığın daşını atmaq istəyirəm. Bacı-qardaşlarım da məni üzdən-gözdən salıblar ki, evlənim. Yazıq ata-anam “Evlən” deyə-deyə köçlərini bu dünyadan çəkdilər. Arzularını ürəklərində qoydum.
Can Ciyərov əlini ona uzatdı:
- Deyinən sən öl evlənirəm.
Tər Təmizov əlini uzatdı:
- Sənə qıymıram, özüm ölüm evlənirəm.
Bu dəfə Xeyir Xəbərov dilləndi:
- Sənin ən yaxşı namizədin Gül Baharovadır. O da subaydır. Aranızda vur-tut 10 yaş fərq var. Onun 40 yaşı var.
Ertəsi gün Qol Qanadovun kabinetinə yığışdılar. Gül Baharovanı da məsələdən hali eləmişdilər. O, Tər Təmizovu tanıyırdı. Bilirdi subaydır, o qadının, bu qadının bostanına daş atan deyil. İndi gəlmişdi söhbətə ki, görsün bu işlərin axırı necə olacaq.
Qol Qanadov şöbə müdiri idi. Üzünü məclis əhlinə tutaraq:
- Gəlin Tər Təmizovla Gül Baharovanı burada qoyub özümüz “Nargilə” kafesinə düşək, - dedi. - Tər Təmizov, sən də söhbətini qurtarandan sonra gələrsən kafeyə.
Tər Təmizov ayağa qalxıb baş endirdi:
- Baş üstə, rəis.
Əməkdaşlar qapıya sarı getdilər. Əllərindəki torbada araq, pivə vardı. Kafedə də kabab sifariş verəcəkdilər.
Tər Təmizovun fikri arağın, pivənın, lülə kababın, tikə kababın, basdırmanın yanında, dostlarını ötürüb qayıtdı gəldi Gül Baharovanın yanına...
... Qol Qanadov, Can Ciyərov, Xeyir Xəbərov gəlib yetişdilər “Nargilə” kafesinə. Xörəkpaylayan onlara kabinet göstərdi. Əllərindəki içkiləri stolun üstünə qoyub sifarişlərini verdilər. Sifarişləri gələnə kimi biri əlüzyuyana sarı getdi, biri ayaqyoluna dəydi, Qol Qanadov siqaret çıxarıb yandırdı. Baharın ilk ayları olduğundan hava xoş idi. Kabinetə təzəcə keçmişdilər ki, bir də gördülər budur Tər Təmizov gəlir.
Can Ciyərov tez:
- Niyə tez durdun? – deyə xəbər aldı.
Xeyir Xəbərov təəccüblə:
- Qadınla söhbət etmədin? – dedi.
Qol Qanadov da öz növbəsində:
- Biz sizi tək qoyduq ki, yaxından tanış olasınız, arxayın söhbət edəsiniz...Bəs söhbət etmədin?
Tər Təmizov dilləndi:
- Elə şey olar?! Əlbəttə, söhbət etdik. Mən Gül Baharovadan soruşdum: “Mənə ərə gələrsən?” Cavabında dedi: “Yox”. Mən də söhbəti tamamlayıb dedim: “Onda gedə bilərsən”. O da durub getdi, mən də tez özünü bura çatdırdım.
Dostlar bir-birinə baxıb başlarını buladılar. Qol Qanadov:
- Belə söhbət olar?! – deyə soruşdu.
- Mənə yox dedi, daha nə danışacaqdım.
Can Ciyərov fikrini bildirdi:
- Gərək soruşaydın: Sizdə taxta qaşıq var?
Tər Təmizov gözlərini döydü:
- Taxta qaşığın bura nə dəxli?
- Hə, taxta qaşıqda böyük hikmət var. Gül Baharova səndən soruşacaqdı: İndiki zamanda taxta qaşıq nəyə lazımdır? Onda deyərdin: bilirsən, gözəl xanım, nazlı xanım, taxta qaşıq həmişə gərəkli olub. Analarımızın, nənələrimizin əlindən tutub. Quymağı, xəşili taxta qaşıqla qarışdırıblar. İndi də dəbdədir. Tefal qazana, tefal tavaya dəmir qaşıq vursan, onların tefal qatı gedər, dəmir qaşıq qazanı, tavanı cızar. Ondan sonra gərək qazanı da, tavanı da qolun getdikcə tullayasan. Tefal qazanda yemək bişirəndə, tefal tavada kartof qızardanda yeməyi, kartofu taxta qaşıqla qarışdırırlar. Onda Gül Baharova görəcəkdi ki, sən ailəcanlı kişisən, təsərrüfatdan başın çıxır, həm də söhbət üçün mövzu olacaqdı.
Tər Təmizov fikrə getdi:
- Bunları mənə əvvəldən deyəydiniz də. İş-işdən keçəndən sonra nağıl danışırsan. Əşi, canınız sağ olsun. Araq süzün.
Qol Qanadov:
- Araq öldürsün səni, - dedi. - İndi bildim nə üçün söhbətiniz alınmayıb. Fikrin arağın yanında qalıbmış. Elə bildin arağı içib qurtaracaq, sənin payını saxlamayacağıq?
Xeyir Xəbərov:
- Tər Təmizov, səndən evlənən olmaz. Elə belə eləmisən ki, indiyə kimi subay qalmısan. Ə, Can Ciyərov, bununçun araq süz.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək