15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Kulok - Akif Abbasov yazır
Tarix: 25-09-2023 09:49 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Sovet hökumətinin can verdiyi illər idi. Kərə yağı, mal, qoyun və toyuq əti, qənd, çay, yumurta qəhətə çıxmışdı. Eşidəndə ki, filan mağazaya ət, yaxud hansısa ərzaq gəlib uzun növbələr olurdu.
Bir çox hallarda satıcılar ərzağı gizlədir, dost-tanışa baha qiymətə satırdılar.
Şirəlinin evi mağazalardan biri ilə üzbəüz idi. O, bütün günü evin pəncərəsi qarşısında əyləşib mağazaya gəlib-gedənə göz qoyur, ərzaq gətiriləndə tez qaçıb növbə tuturdu.
Mağazada bu gün sakitlik idi. Satıcı Balağa qapının ağzındakı stulda əyləşib mürgü vurur, arada milçəyini qovurdu. Az keçmiş Həmid göründü. Balağa gözlərini yummuşdu. Həmid əlini Balağanın çiyninə qoyan kimi o, dik atıldı və piştaxtanın arxasına keçdi. Həmid içəri girməzdən əvvəl dönüb baxdı. Şirəlini yenə pəncərədən boylanan görüb acı-acı güldü.
Yadınızda varsa Sovet dövründə ərzaq mallarını qalın kağıza büküb tərəziyə qoyardılar. Həmid:
- Qonşu, görürəm bekarçılıqdır. Gəlib-gedən olmadığından səni yuxu basır.
Balağa deyindi:
- Gəlib nə alsınlar? Bizim bazarımız da bu səbəbdən kasaddır. Dolanışıq yoxdur. Bunların fikri nədir, bilmirəm. Camaatı qırmaq istəyirlər nədir?!
Həmid söz atdı:
- Özünə toxtaxtlıq ver. Yaman günün ömrü az olar. Belə getməz axır. Camaata bir gün ağlayarlar.
Balağa:
- Nəsə alacaqsan? – deyə soruşdu.
- Özün demədin kasıbçılıqdır.
Həmid saymağa başladı:
- Qənd.
- Yoxdur.
- Kərə yağı.
- Yoxdur.
- Ət.
- Yoxdur.
- Balıq.
- Yoxdur.
- Yumurta.
- Yoxdur.
- Qara kürü.
Balağanı gülmək tutdu:
- Amma nə dedin! Qara kürü var.
- Beş kilo çək.
Bu dəfə hər ikisi uğunub getdilər.
Həmid bir daha Şirəlinin pəncərəsinə baxdı. Şirəli orada bitib qalmışdı. Həmid dedi:
- Balağa, alacağım bir şey yoxdur. Sən belə elə. O kağızdan mənim üçün bir kulok düzəlt. Amma lap böyük.
Balağa key-key onun üzünə baxdı. Həmid təkid elədi:
- Dediyimi elə.
Balağa iri bir kağız götürüb dürmələdi, aşağı tərəfindən kağızı fırladıb bağladı və Həmidə uzatdı.
Həmid kuloku qucağına alıb, dik saxladı və mağazadan çıxdı.
O, gedər-getməz Şirəli özünü mağazaya saldı:
- O qənddən mənə də ver.
Balağa təəccüblə ona baxdı:
- Hansı qənddən?
- Həmidə satdığın qənddən deyirəm.
Balağa əlini yellətdi:
- Qənd var ki, Həmidə satım?
Şirəli coşdu:
- Ə, qıpqırmızı yalan niyə deyirsən?! Adam balasısan. Dedim mənə də qənd ver.
- Dedim ki, yoxdur.
Şirəli Balağanın üstünə yeridi:
- Həmidin qoltuğunda bir kulok qənd mağazadan çıxdığını indi gördüm. Başqası desəydi, fikirləşərdim yəqin səhv edib.
Balağa and-aman elədi:
- Ay canım, vallah-billah düzünü deyirəm, neçə gündür qənd almırıq.
Şirəlinin səsi məhəllə bir oldu:
- Gizlədib altdan satırsan?! Beş-on qəpiyin qulusan. Dünya dərəbəylik deyil ha. Hökumət var, qanun var, polis, prokuror var.
Balağa daha bilmirdi nə desin, onu necə inandırsın:
- Ay Şirəli, qonşuyuq, lap axtarsan bəlkə hətta qohumuq. Sənə birdən-ikiyə yalan demişəm. İnanmırsan, gəl bax, bir diş qənd tapsan, üzümə tüpür.
Şirəli mağazanı gəzib-dolaşdı:
- Yəqin evində gizlədibsən. Az-az gətirib artığına satırsan.
Balağa artıq özünü ələ ala bilmirdi:
- Ay qardaş, ay qonşu, sən Allah məni dilə-dişə salma. Heç mənim öz evimdə bir dişləmə qənd yoxdur. Arvad şəkər tozundan qənd bişirib.
Şirəli sakitləşmək bilmirdi:
- Ə, sən necə adamsan?! Nə deyirəmsə axtarıb bir söz tapırsan. Yaxşı, onda şəkər tozu çək, bizim arvad da sizin arvad kimi qənd bişirsin.
Balağa udqundu:
- İndi deyəcəyəm şəkər tozu yoxdur, yenə başlayacaqsan...
Şirəlinin qışqırtısına mağazanın qarşısına xeyli adam yığılmışdı. Şirəli onları görüb bir az da qızışdı.
- Ə, bu necə olur? Qənd deyirəm, deyirsən: yoxdur. Şəkər tozu deyirəm, deyirsən: yoxdur. Bəs indi demədin arvadın şəkər tozundan qənd bişirib!
- İndi bişirməyib. Olanda bişirmişdi. Ondan qalanı deyirəm.
Şirəli üzünü camaata tutaraq dedi:
- Gördünüz! Belələrini yerində oturtmaq lazımdır. Hamınız susursunuz! Bu isə, altdan-altdan iş görür. On dəqiqə əvvəl Həmidə beş-altı kilo qənd satdığını bu gözlərimlə gördüm.
Balağa ilişmişdi. Özü də möhkəmcə. Oturduğu yerdə işə düşmək bax buna deyirlər! Gəl indi bu adamları inandır, görüm necə inandıracaqsan.
- Ay Səlim, ay Vəli, ay Talıb, ay Asif, ay Fatma xala! Vallah-billah Həmidə qənd-zad satmamışam. Mağazaya bir həftədir mal gəlmir. Bu qənd söhbəti haradan çıxdı, bilmirəm.
Toplaşanlardan kimsə dedi:
- Bəs deyir Həmidin əlində qənd büklüsü görüb.
Balağa and-aman elədi:
- Vallah ona qənd-filan satmamışam.
- Bəs Həmidin əlindəki kağız büklüdəki nə imiş?
Balağa aydınlaşdırdı:
- Mənə dedi, onunçün bir kulok düzəldim. Düzəldib verdim, götürüb getdi.
Kimsə yerdən söz atdı:
- Daha bu ağ yalan oldu ki. Boş kulok onun nəyinə lazım imiş?
Balağa:
- Bunu onun özündən soruşun, - dedi:
Yenə kiminsə səsi eşidildi:
- Bu məsələni təfsilatı ilə öyrənmək lazımdır. Yoxsa biri belə deyir, o biri elə.
- Həmidgilə gedək. Öyrənək görək, o, qənd alıb-almayıb. Almayıbsa o, kağız torba nəyinə lazım imiş.
Bu təkliflə hamı razılaşdı.
Həmid bir də onu gördü ki, bir dəstə adam onun evinə sarı gəlir. O, məsələni başa düşdü. Tez kağız kloku da götürüb küçəyə çıxdı. Şirəliyə dərs verməyin məqamı idi.
Kütlə Şirəlinin bərabərinə çatanda dayandı. Şirəlinin bağırtısı eşidildi:
- Bax o kuloku deyirəm. Qəndlə doludur.
Həmid özünü eşitməməzliyə vurdu:
- Dostlar, tanışlar, əvvəla, xoş gəlmisiniz. Qonağım olun. Buyurun evə.
Kimsə dilləndi:
- Sağ ol, ay Həmid. Mübahisəli bir məsələ var. Dedik hamılıqla aydınlaşdıraq. Biri deyir sənə qənd satılıb: o biri deyir - satılmayıb. Bilmirik kimə inanaq.
Şirəli onun cavabını gözləmədən irəli yeriyib Həmidin əlində tutduğu kuloku qamarladı:
- Budur fakt.
Şirəli kuloku boş görüb tutuldu:
- Bunun qəndi hanı?
Həmid:
- Nə qənd?
Şirəli tez:
- Qəndi boşaltmısan yəqin, - dedi.
Bu dəfə Həmid özündən çıxdı:
- Bu tamaşanı sənə görə çıxarmışam. Bütün günü evin pəncərəsində oturub mağazaya gəlib-gedəni güdür, gözlərini onların aldıqları ərzağa dikirsən. Balağadan mən xahiş elədim ki, bir boş kulok hazırlayıb versin mənə. Bilirdim ki, dinc durmayıb maraqlanacaqsan. Ay camaat, əmin olmaq üçün bu kağız büklünün içərisinə baxın. Görün qənddən, şəkər tozundan bir əsər-əlamət, nişanə varmı.
Alıb baxdılar, Şirəli də baxdı.
Həmid Şirəliyə:
- Bu oyunu ona görə düzəltmişəm ki, xəbis əməllərindən əl çəkəsən. Xəbərçiliyinə, satqınçılığına, bədxahlığına, paxıllığına son qoyasan.
Nəzərlər Şirəliyə dikildi. Həmid haqlı idi. Şirəli hələm-qələm işləri ilə hamını bezdirmişdi.
Gələnlər dağılışdılar. Şirəli büzüşüb durmuşdu.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək