15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ətin sümüyü - Akif Abbasov yazır
Tarix: 23-09-2023 10:48 | Bölmə: Akif ABBASOV
Akif ABBASOV
İslam fəlsəfə doktoru idi. Elmlər doktorluğu hazırlığı üzrə də mövzu götürüb dissertasiya üzərində işləyirdi. Səriştəli tədqiqatçı idi. Bir gün işdə oturub jurnala məqalə yazırdı. Bu zaman telefon zəng çaldı. Mansur idi. Yaxın dost olmasalar da, salam-kalamları vardı. Bir-birinin xətrini istəyir, bir-birinin sözünü eşidirdilər. İslam dəstəyi qaldırıb:
- Alo, eşidirəm, Mansur müəllim.
- Salam, necəsən?
- Şükür Allaha! Yaxşıyam. Sən necəsən? İşlərin necə gedir?
Mansur da razılığını bildirdi. O, Bakıdakı zavodlardan birində sex rəisi idi. Öz işinin də ustasıydı.
Mansur:
- Qardaş, sənə bir işim düşüb, - deyə mətləb üstünə gəldi.
- Buyur, buyur.
- Bilirsən, səndən yaxşı olmasın, mənim bir dostum var. Onun oğlu sizin sahədə doktorantdır. Dissertasiya yazır. Elmi rəhbəri deyib ki, bir əsərini redaktəyə ver, abıra salsınlar. Deyirəm bəlkə bir kömək göstərərsən. Zəhmət haqqını da verəcək.
İslam:
- Bəs elmi rəhbəri nə əcəb dissertasiyaya əl gəzdirmir? - deyə xəbər aldı.
Mansur:
- Elmi rəhbərinin işi başından aşır, deyir özümə məqalə yazmağa vaxt tapmıram. Amma iradlarını bildirib. Deyir: əsərini bir səriştəli adama ver baxsın, həm iradlar düzəltsin, həm də redaktə işləri aparsın. Mən də səni məsləhət gördüm. Atasına dedim, qoy İslam müəllimin razılığını alım, sonra gedib söhbət edərsiniz. Nə deyirsən?
İslam tərəddüdlə:
- Açığı məndə də vaxt azlığı var, - dedi. -Amma birinci dəfədir mənə ağız açırsan, etiraz eləməyə üzüm gəlmir.
Mansur:
- Ay sağ ol. A kişi, Bir yandan baxanda etiraz eləməyin yeri də yoxdur. Xeyrin olacaq. Qaçıb orada-burada dərs deyir, əldən düşürsünüz. Ayın axırında da vur-tut 100-150 manat alırsınız. Saathesabı dərs deyəndə isə, tədris ilinin sonunu gözləyirsiniz ki, birdəfəlik əmək haqqınızı alasınız.
İslamı gülmək tutdu:
- Zavodda işləyə-işləyə bunları haradan bilirsən?
Mansur cavabında dedi:
- Mənim qızım da ali məktəbdə dərs deyir.
İslam:
- Yaxşı, zəhmət haqqı müqabilində siz mənə nə verəcəksiniz? - deyə soruşdu.
- 500 manat.
- Mən razı.
Mansur:
- Onda oğlanı göndərirəm, söhbətinizi edin. Redaktəni qurtaranda mənə xəbər verirsən, pulu özüm gətirib verəcəyəm. İstəmirəm aranızda pul söhbəti olsun. Danışdıq?
- Danışdıq.
Aradan bir müddət keçdi. Bu dəfə İslam Mansura zəng etdi:
- Redaktə etdim. İş hazırdır. Götürə bilərsiniz.
- İşdəsən?
- İşdəyəm.
- Yarım saata yanındayam.
Az sonra İslamla Mansur görüşdülər. Laborantın gətirdiyi limonlu çayı içə-içə oradan-buradan, olub-keçənlərdən söhbət saldılar. Sonra İslam stolun siyirməsini açıb iki dissertasiya çıxardı:
- Bu da dissertasiyalar. Bu əvvəlki variantdır. Redaktə elədiyim. Bu da indiki. Nüxsə. Redaktədən sonra düzəlişlər də aparılıb.
Mansur razılığını bildirdi:
- Əla. Mən bilirəm də kimə söz deyərlər. Lap yaxşı. Lap alt-üst eləmisən ki.
- Əlimdən gələni etmişəm, çatışmayan şeyləri də özüm əlavə etmişəm.
- Görürəm.
Mansur əlini cibinə atdı. Çıxardığı pulu İslama uzatdı.
İslam pulu sayanda gördü ki, 400 manatdır. Başını qaldırıb Mansurun üzünə baxdı:
- 500 manat demişdin axı...
Mansur halını pozmadan:
- Hə, bilirəm. Burada təəccüblü nə var ki? Qardaş, guya bilmirsən: ətin sümüyü də olur.
İslam başa düşdü ki, qalan 100 manatı da Mansur qatlayıb cibinə qoyub. Ona görə də daha bir söz demədi. O 400 manatı verməsəydi, nə edəcəkdi ki? Buna da şükür.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək