Tarix: 28-10-2016 12:45 | Bölmə: İqtisadiyyat / Xəbərlər

27-28 oktyabr 2016-cı il tarixlərində Estoniyanın Tartu şəhərində "Torpaq islahatının aparılması – çağrışlar vəən yaxşı təcrübələr" (Conducting Land Reform – Challenges and Best Practices) mövzusunda seminar təşkil edilib. Həmin seminarda Azərbaycanı iqtisadçı-alim Ramil Hüseyn təmsil edir.
Reyting.az-ın məlumatına görə, tədbiri Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi Avropa Komissiyası, Estoniya Bioloji Elmlər Universiteti və Estoniya Kənd İşləri Nazirliyi ilə birgə təşkil edib.
Seminarın təşkil olunmasında 3 əsas məqsədin olduğu bildirilir:
1) Torpaq islahatının cari vəziyyəti,
2) Ən yaxşı təcrübələr,
3) Torpaq idarəetməsinin təkmilləşdirilməsidir.
Seminar zamanı Estoniya, Latviya, Litva və Almaniyanın yüksək səviyyəli mütəxəssisləri Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri ilə təcrübələrini bölüşəcəklər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki seminarda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndləri ilə birgə hazırladığı ölkə təqdimatı iştirakçılara təqdim edəcək.
Qeyd edək ki, bu il ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən torpaq islahatının 20 ili tamam olur. Məhz MDB regionunda analoqu olmayan bu torpaq islahat barədədə tədbir iştirakçılarına məlumat veriləcək. (Mənbə: İİTKM)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək