Tarix: 18-10-2016 12:25 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səhmdar cəmiyyət formasında fəaliyyət göstərən bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq. Reyting.az xəbər verir ki, bu açıqlama ilə SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edib.
R.Abdullayev deyib ki, hazırda bu istiqamətdə iş aparılır: "Yəqin ki, gəlirlə işləyən müəssisələri seçəcəyik ki, həmin səhmlər vətəndaşlarımız üçün maraqlı olsun”.
R.Abdullayev onu da vurğulayıb ki, SOCAR-ın özünün ilkin səhm bazarına (İPO) çıxmaq planı yoxdur.
Şirkət prezidenti həmçinin qeyd edib ki, xarici borc bazarına çıxılması, bond buraxılması da gündəmdə deyil: "SOCAR istiqrazlarının buraxılmasında məqsəd xarici investorlara ödədiyimiz faizləri daxili investorlara yönəltməkdir. Xarici bazardan vəsait cəlb etsək, uzunmüddətli cəlb etməliyik, bu cür borclanma bizə uzunmüddətli layihələr üçün lazımdır. Hələ ki, belə bir plan yoxdur”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək