Tarix: 11-11-2015 20:52 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Mərkəzi Bank Azərbaycanda fəaliyyət göstərən banklara xəbərdarlıq edib.
Modern.az saytı bank sistemindəki mənbəyə istinadən bildirib ki, banklara ünvanlanan xəbərdarlıq məktublarında qiymətləndirilmə ilə bağlı məsələdə ciddi pozuntuların olduğu qeyd edilib və banklara qəti şəkildə tapşırılıb ki, bundan sonra müstəqil qiymətləndirmə şirkətləri ilə işləsinlər.
Qeyd edək ki, bu günə qədər banklarda qiymətləndirmə əməliyyatını əksər vaxtlarda elə bankların özlərinə məxsus qiymətləndirmə şirkətləri həyata keçirib. Nəticədə isə ancaq bankların maraqları qorunub. Həm fiziki, həm də hüquqi şəxslər bu məsələdən zərər görüblər.
İqtisadçı Vüqar Bayramovisə Modern.az saytına açıqlamasında deyibki, əmlakın qiymətləndirilməsi və zonalarda orta qiymətin nəzərə alınması ilə bağlı məsələlər prezident İlham Əliyevin imzaladığı "Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” fərmanda öz əskini tapıb:
"Əsas problem ondan ibarətdir ki, kommersiya banklarının özünün 10-a yaxın qiymətləndirmə şirkətləri var. Daimi olaraq ipoteka kreditləri verilən zaman bir və ya daha çox qiymətləndirmə şirkəti ilə birlikdə fəaliyyət göstərirlər. Bu da əmlakın doğru qiymətləndirilməsi ilə bağlı müəyyən çətinlik yaradır, dəqiq məlumat verilməsinə imkan vermir.
Bir çox hallarda əmlakın qiyməti bazar qiymətindən yüksək göstərilir. Məqsəd daha çox ipoteka kreditinin alınması, alınan kreditlə ilkin ödənişi bağlamaq, həmçinin ipoteka kreditinin bir hissəsinin digər məqsədlər üçün istifadə edilməsidir.
Bu zaman təbii ki, ev alan da, ev satan
da praktik olaraq öz aralarında müəyyən razılıq əldə edir.
O baxımdan, rəqabətli qiymətləndirmə
vacibdir. Bu həm İpoteka Fondu üçün, həm də vətəndaş üçün vacibdir. Çünki bir
sıra hallarda bankla vətəndaş razılaşıb qiyməti yüksək göstərə bilirdisə, bəzi
hallarda hətta qiymətləndirmə şirkəti situasiyaya uyğun mövcud bazar
qiymətindən aşağı və ya yuxarı qiymət verirdi ki, uduzan vətəndaş olsun”.
V.Bayramov bildirib ki, rəqabətli qiymətləndirmə olduğu zaman vətəndaş aldığı evin bazar qiymətinə uyğun qiymətləndirildiyinə əmin olur: "Ona görə də qiymətləndirmə yalnız rəqabətin artırılması üçün deyil, həm də mexanizmlərin dəyişdirilməsi ilə bağlıdı ki, bununla evin aşağı qiymətləndirilməsinə imkan verməməsi lazımdır ki, vətəndaş uduzmasın”.

Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək