Tarix: 27-01-2016 16:03 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 1,5 mln.ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 49S nömrəsi ilə dövlət qeydiyyatına alınıb."Report" bu barədəKomitəyə istinadən xəbər verir.
Həmçinin, Komitə tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 2,5 mln.ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 50S nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Nəticədə bu iki emissiyanın həcmi müvafiq olaraq 150 mln. manat və 250 mln. manat təşkil edib.
Qeyd edək ki, dünən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 3 mln. ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 47S nömrəsi ilə vəhər birinin nominal dəyəri 100 ABŞ dolları olan 2 mln. ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 48S nömrəsi ilə dövlət qeydiyyatına alınıb.Nəticədə, bu iki emissiyanın həcmi müvafiq olaraq 300 mln. dollar və 200 mln. dollar təşkil edib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək