Tarix: 23-08-2016 13:44 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Marketlərdə satılan yağın və şəkərin qiyməti artırılıb.
Reyting.az xəbər verir ki, Unikal.org-un "Araz", "Rahat", "Makromart" marketlər şəbəkəsində apardığı müşahidələrə əsasən, Zellandiya istehsalı olan "Golden Crown” kərə yağının 1 kq-ı hazırda 8.8 AZN-ə satılır. Qiymət artımı "Westgold” kərə yağının satışında da baş verib.
Bəzi mağazalarda isə bu məhsul 9 AZN-ə təklif edilir. Halbuki bir neçə gün əvvəl bu rəqəm 7.5 AZN təşkil edirdi.
İmişli Şəkər Zavodunun istehsalı olan 1.10 AZN-ə satılan şəkərin marketlərdə hazırda satış qiyməti 1.2 AZN-dir.
Ukrayna istehsalı olan şəkər tozunun əvvəlki qiyməti 1.18 AZN idisə hazırda, 1.29 AZN-ə satılır.
Market administratorları qiymət artımını dolların bahalaşması ilə əlaqələndirirlər.
İstehlakçılar bildiriblər ki, təkcə şəkərin və yağın deyil, digər məhsulların da qiymətlərində bahalaşma var.
56 yaşlı Bakı sakini Rəhilə xanımın fikrincə, şəkər tozunun qiymətinin artımı meyvə-tərəvəz mövsümü ilə əlaqədardır: "İnsanlarımız qışa mürəbbə və kampotlar bişirirlər. Belə olduğu halda şəkər tozuna tələbat çoxalır. İşbazlar da bundan öz xeyirləri üçün yararlanırlar".
Xatırladaq ki, bir neçə gündür dolların məzənnəsində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilməkdədir.
Bir müddət əvvəl İqtisadiyyat Nazirliyindən qiymət artımlarının qarşısının alınacağı bildirilsə də, hələlik bu istiqamətdə hər hansı addımın atıldığı müşahidə olunmur.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək